Funksional endoskopik sinus cərrahiyyəsi bu halda ən effektiv üsullardandır - Otorinolarinqoloq
14 Fevral 2025
1166
Yeni Kilinikanın həkimi-otorinolarinqoloqu Nərmin Əyyubova bildirib ki, haymorit adətən infeksiyalar, allergik reaksiyalar, burun çəpərinin əyrilikləri, poliplər, müalicə olunmamış diş xəstəlikləri və ya uzun müddət davam edən soyuqdəymələr nəticəsində yaranır.
Azmedinfo.az xəbər verir ki, həkimin sözlərinə görə, burun boşluğunun daralması və ya haymor ciblərinin normal hava mübadiləsinin pozulması iltihabın inkişafına gətirib çıxara bilər.
Qeyd edib ki, haymorit zamanı xəstələr burun tıxanıqlığından, qalın burun axıntısından və üz nahiyəsində təzyiq və ağrılardan şikayətlənirlər. Bu ağrılar başın aşağı əyilməsi zamanı daha da güclənə bilər. Ağrı yanaqlarda, gözlərin ətrafında və bəzən yuxarı çənə dişlərində hiss oluna bilər. Xəstələrdə qoxu hissi zəifləyir və bəzi hallarda ümumi halsızlıq, baş ağrısı və hətta yüksək hərarət müşahidə olunur.
Haymoritin diaqnozu üçün ilkin olaraq fiziki müayinə və xəstənin şikayətlərinin qiymətləndirilməsi aparılır. Daha dəqiq nəticələr əldə etmək üçün rentgen və ya kompüter tomoqrafiyası (KT) tətbiq oluna bilər. Bu müayinələr vasitəsilə haymor ciblərindəki doluluq və ya iltihabın mövcudluğu müəyyən edilir.
Müalicə prosesində ilkin mərhələlərdə konservativ üsullara üstünlük verilir. Burun yuma məhlulları, iltihab əleyhinə dərmanlar və dekonjestant spreylər xəstəliyin simptomlarını yüngülləşdirir. Bakterial infeksiyalar zamanı antibiotiklər təyin edilir. Əgər xəstəlik xroniki hal alarsa və ya konservativ müalicə nəticə verməzsə, cərrahi müdaxilə tələb oluna bilər. Funksional endoskopik sinus cərrahiyyəsi (FESS) bu cür müdaxilələrdə ən effektiv üsullardan biridir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654