Antalyada yaşayan 21 yaşlı Sıla Kahraman 4 yaşında başlayan qeyri-ixtiyari nəcis tutmama problemi səbəbindən 16 il uşaq bezi taxmaq məcburiyyətində qalıb. Təxminən iki il əvvəl Akdeniz Universiteti (AU) Xəstəxanasına müraciət edən pasient öz qarın piyindən əldə edilən kök hüceyrələrlə zənginləşdirilmiş xüsusi qarışığı bədəninə yeritməklə sağlamlığına qovuşub.
Azmedinfo.az "Medimagazin"ə istinadən yazır ki, universitetin professoru Dr. Özgür Dandin və komandasının hazırladığı və ilk dəfə istifadə etdiyi əməliyyat sayəsində Sılanın xəstəliyinə son qoyulub.
"Sıla bu günə qədər bir çox müalicə üsullarını sınadı, amma nəticə vermədi. Diaqnoz qoymaq üçün apardığımız elektrofizioloji müayinələrdə anal sfinkter əzələlərini işlədən sinirlərdə zədələnmələr aşkar etdik. Əvvəllər tətbiq edilən klassik üsulların işə yaramadığını gördükdə alternativ müalicə axtarmağa başladıq. Xəstənin qarın toxumasından alınan kök hüceyrələrin mexaniki filtrasiya və yağ toxumasından fayda əldə etməyi planlaşdırdıq. Beləcə yağ toxumasının mexaniki doldurma təsiri ilə birlikdə kök hüceyrələrin sağalma və bərpaedici təsirlərini aşkarladıq", - deyə professor bildirib.
Daha əvvəl də anal yırtıq, fistula və yaraların müalicəsində oxşar üsullardan istifadə etdiklərini xatırladan Dos. Doktor Dandin bildirib ki, metodu ilk dəfə Sıla üzərində tətbiq etdik. Əməliyyatdan sonra heç bir fəsad olmadı. Xəstəmiz ilk dəfə bağırsaq hərəkətlərini idarə edə bildiyini söylədi. Bu həm bizim, həm də ailəsi üçün böyük sevinc oldu.
Təxminən 8 ay sonra edilən check-uplarda xəstədə əhəmiyyətli bir yaxşılaşmanın görüldüyünü vurğulayan professor qeyd edib ki, yeni müayinələrdə heç bir patoloji tapıntı aşkar edilmədi. Artıq müalicənin üstündən 15-16 ay keçib və heç bir problem yaşamır. İlkin olaraq ikinci seans planlamışdıq, amma lazım olmadı. Bu ilk uğurlu tətbiqdən sonra oxşar şikayətləri olan bir çox xəstəyə eyni əməliyyatı etdik və əhəmiyyətli müvəffəqiyyət əldə etdik.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654