ABŞ-ın Boston şəhərində aparılan altı illik tədqiqat nəticəsində şəhərdaxili siçanların insan sağlamlığı üçün təhlükəli olan leptospiroz bakteriyasını yaydığı təsdiqlənib.
Azmedinfo.az Tufts Universitetinin mətbuat xidmətinin məlumatına əsasən, xəbvər verir ki, tədqiqat universitetin rəhbərliyi, Şimçali Arizona Universiteti, ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) tərəfindən birgə həyata keçirilib.
6 il ərzində Bostonun 17 müxtəlif nöqtəsindən toplanmış 328 siçanın böyrək nümunələri analiz olunub. Testlərin nəticəsinə görə, siçanların təxminən 18 faizində Leptospira bakteriyası müəyyən edilib.
İnsanla birbaşa genetik bağlılıq sübut olunub
Leptospiroz diaqnozu qoyulmuş bir insanın orqanizmində aşkarlanan bakteriyanın, eyni bölgədəki siçanlardan götürülmüş nümunələrlə genetik baxımdan demək olar ki, eyni olduğu müəyyən edilib. Bu nəticə xəstəliyin mənbəyinin şəhər siçanları olduğunu açıq şəkildə sübut edir.
Leptospiroz necə yayılır?
Leptospiroz bakteriyası əsasən siçanların sidiyi vasitəsilə torpağa, gölməçələrə və durğun sulara keçir. Bu ərazilərlə təmasda olan insanlar, ev heyvanları və digər canlılar yoluxa bilər. Xəstəlik əsasən tropik bölgələrdə rast gəlinir, lakin qlobal iqlim dəyişiklikləri səbəbilə daha sərin iqlimlərdə də yayılmağa başlayıb.
Tufts Universitetindən Dr. Marieke Rosenbaum, tədqiqat çərçivəsində siçanların böyrəklərindən bakteriya yetişdirməyə nail olduqlarını və bunun elmi ədəbiyyatda ilk dəfə qeydə alındığını bildirib. Alimlər xüsusi DNT analiz üsulları ilə Leptospira bakteriyasının tam genetik kodunu tədqiq ediblər.
Şimali Arizona Universitetindən Prof. Dr. Dave Vagner, bu genetik metodların leptospirozla bağlı elmi araşdırmalarda yeni mərhələnin əsasını qoyduğunu bildirib: “Artıq bakteriyanın şəhər daxilində siçan populyasiyaları arasında necə yayıldığını dəqiq izləyə bilirik”, – deyə qeyd edib.
Xəstəliyin əlamətləri çox zaman yüngül qızdırma və ümumi narahatlıqla müşahidə olunduğundan, diaqnoz və qeydə alınma halları az olur. Bəzi xəstələrdə antibiotiklə müalicə test aparılmadan tətbiq olunur ki, bu da rəsmi statistikaya düşməməsinə səbəb olur.
Dr. Rosenbaum qeyd edib ki, şəhərlərdə siçanları tamamilə məhv etmək mümkün deyil və “Siçan populyasiyalarına qarşı həyata keçirilən tədbirlərin həm heyvan sayı, həm də xəstəlik yayılmasına təsirini daha dərindən anlamaq vacibdir”, – deyə bildirib.
Tədqiqatın nəticələri nüfuzlu PLOS Neglected Tropical Diseases elmi jurnalında dərc olunub. Alimlər hesab edir ki, əldə olunmuş nəticələr şəhərlərdə həm siçan nəzarət siyasətlərinin, həm də ictimai sağlamlıq tədbirlərinin yenidən formalaşdırılmasında mühüm rol oynayacaq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654