Böyük Britaniyada aparılan bir araşdırma, xroniki ağrı və psixi sağlamlıq problemləri arasında gözlənilməz əlaqəni ortaya qoyub.
Azmedinfo.az "eClinicalMedicine" tibb jurnalına istinadən yazır ki, London Universitet Kollecinin (UCL) alimləri tərəfindən aparılan araşdırmaya görə, depressiya və tənhalıq kimi psixoloji problemlər fiziki ağrılar başlamazdan illər əvvəl özünü göstərir.
Araşdırmanın bir hissəsi olaraq, Böyük Britaniyada yaşı 50 və yuxarı olan 7300-dən çox insanın 21 illik sağlamlıq məlumatları təhlil edilib. Tapıntılar depressiya əlamətlərinin xroniki ağrı inkişaf etməzdən əvvəl əhəmiyyətli dərəcədə artdığını ortaya qoyub. Nəticələr "eClinicalMedicine" tibb jurnalında dərc edilib.
Tədqiqatçılar bel, diz, omba və ya ayaq ağrısı kimi xroniki ağrıları olanları digərlərindən ayıraraq fərdləri iki qrupa ayırıblar. Ağrı qrupunda olanlar, ağrı başlamazdan əvvəlki illərdə daha yüksək səviyyədə depressiya və tənhalıq hiss etdiklərini bildiriblər.
Tədqiqatçılar erkən mərhələdə verilən psixoloji dəstəyin və sosial yardımın ağrı riskini azalda biləcəyinə diqqət çəkərək, "Ağrıya yalnız bioloji baxımdan deyil, ruh sağlamlığı ilə birlikdə müraciət etmək lazımdır" deyib.
Tədqiqatda diqqəti çəkən başqa bir məqam təhsil və gəlir səviyyələrinin də müəyyənedici amillər olmasıdır. Təhsil və gəlir səviyyəsi aşağı olan şəxslərdə depressiya əlamətlərinin daha şiddətli olduğu aşkar edilib.
Elm adamları qeyd ediblər ki, depressiya əlamətləri zaman keçdikcə daha da pisləşir, ağrı ilk dəfə hiss olunduqda pik həddə çatır və daha sonra yüksək olaraq qalır və ağrı başlamazdan səkkiz il əvvələ qədər uzanır.
Oxşar tendensiya tənhalıq səviyyəsində də müşahidə olunub. Ağrı yaşamayan qrupda depressiya və tənhalıq səviyyəsi aşağı və sabit qalarkən, ağrı keçirənlərdə bu simptomların həm ağrıdan əvvəl, həm də ağrıdan sonra daha yüksək olduğu müşahidə edilib.
Alimlər hesab edirlər ki, psixi sağlamlığın qorunmasına proaktiv yanaşmalar, xüsusilə yaşlı insanlarda və əlverişsiz sosial-iqtisadi qruplarda uzunmüddətli ağrıların idarə olunması strategiyalarına inteqrasiya edilməlidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654