Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan Çikungunya virusunun sürətlə qlobal miqyasda yayılma təhlükəsinə qarşı ölkələri vaxtında tədbir görməyə çağırıb.
Azmedinfo.az təşkilatın məlumatına istinadən yazır ki, bu virusun geniş yayıldığı 20 il əvvəl Hind okeanında baş vermiş böyük epidemiyadan əvvəl müşahidə olunan ilkin siqnalların eynisi yenidən qeydə alınıb və bənzər bir böhranın təkrar yaşanmaması üçün təcili tədbirlər görülməlidir.
119 ölkədə aşkarlanıb, 5,6 milyard insan risk altında
ÜST-nin texniki mütəxəssislərindən olan Diana Roxas Alvares bildirib: “Çikungunya virusu geniş tanınmasa da, indiyə qədər 119 ölkədə qeydə alınıb və bu, dünyada 5,6 milyard insanı risk altına salır.”
O qeyd edib ki, virus şiddətli oynaq ağrıları, yüksək qızdırma ilə müşayiət olunur və bəzi hallarda ölümlə nəticələnə bilər.
Keçmişin izləri yenidən görünür
Alvares 2004–2005-ci illərdə Hind okeanındakı adalarda başlayan və qısa zamanda yüz minlərlə insanı təsir edən epidemiyanı xatırladaraq bu gün oxşar bir mənzərənin yenidən meydana çıxdığını bildirib:
“2025-ci ilin əvvəlindən bəri Reunion, Mayot və Mavriki adalarında böyük miqyaslı Çikungunya epidemiyaları qeydə alınıb. Reunion adasında əhalinin üçdə birinin yoluxduğu təxmin olunur.”
Afrika, Asiya və Avropa da təhlükə altındadır
ÜST-nin məlumatına görə, virus artıq Madagaskar, Somali, Keniya kimi Afrika ölkələrinə yayılıb. Cənubi Asiyada da geniş yayılma müşahidə olunur.
Hind Okeanı adalarındakı epidemiyalarla əlaqədar Avropada da idxal edilmiş hallara rast gəlinib. Fransada yerli yoluxma təsdiqlənib, İtaliyada isə şübhəli halların araşdırıldığı bildirilir.
“Vaxt itirmədən hazırlıq görülməlidir”
Alvares deyib: “Bu yoluxma modellərini əvvəlki epidemiya zamanı da müşahidə etmişdik. Tarix təkrarlanmadan əvvəl ölkələr hazırlıqlı olmalıdırlar.”
O əlavə edib ki, ölüm faizi 1%-dən aşağı olsa da, milyonlarla insanın yoluxması bu nisbətin minlərlə insanın həyatı ilə nəticələnə biləcəyini göstərir.
İqlim dəyişikliyi ilə şimala yayılır
Çikungunya daha çox Aedes aegypti və Aedes albopictus (kaplan ağcaqanadı) növləri vasitəsilə yayılır. Bu növlər xüsusilə səhər və axşam saatlarında insanları aktiv şəkildə sancır.
İqlim dəyişikliyi ilə birlikdə kaplan ağcaqanadı artıq şimal bölgələrinə qədər yayılmağa başlayıb. Bağışıqlığın zəif olduğu bölgələrdə nüfusun 75%-nə qədər infeksiyanın yayıla biləcəyi bildirilir.
ÜST-dən qorunma çağırışı
ÜST vətəndaşlara şəxsi qoruyucu tədbirlər görməyi tövsiyə edir:
Ağcaqanad əleyhinə vasitələrdən istifadə edilməli,
Su ilə dolu qablar boşaldılmalı,
Ağcaqanadların çoxala biləcəyi mühitlər aradan qaldırılmalıdır.
Virusun qarşısını almaq üçün fərdi və ictimai tədbirlərin paralel şəkildə görülməsi vacib sayılır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650