Son aylarda dünyada çikungunya xəstəliyinin yayılmasında ciddi artım müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu ilin əvvəlindən indiyədək təxminən 260 min yoluxma halı qeydə alınıb.
Azmedinfo.az ÜST-ün məlumatına istinadən yazır ki, xəstəliyin sürətlə yayılması əsasən Aedes aegypti və Aedes albopictus kimi ağcaqanadların aktivliyi ilə bağlıdır.
Çikungunya nədir?
Çikungunya — virus mənşəli, insandan insana birbaşa keçməyən, ancaq ağcaqanad sancması ilə yayılan infeksion xəstəlikdir. Adı Afrikanın kimakonde dilindən götürülüb və “bükülmüş” mənasını verir. Bu, xəstəliyin yaratdığı şiddətli oynaq ağrılarının təsviridir.
Əsas simptomlar
Xəstəliyin inkubasiya dövrü adətən 4–8 gündür. Ən çox rast gəlinən əlamətlər bunlardır:
Yüksək hərarət (38°C-dən yuxarı)
Şiddətli oynaq ağrıları (xüsusilə əllər, dizlər və ayaqlar)
Əzələ ağrıları
Baş ağrısı
Dəri səpgiləri
Yorğunluq və halsızlıq
Əksər hallarda xəstəlik bir neçə həftə ərzində sağalır, lakin bəzi insanlarda oynaq ağrıları aylarla davam edə bilər.
Kimlər risk altındadır?
Tropik və subtropik iqlim bölgələrində yaşayan və ya səfər edənlər
Ağcaqanad aktivliyinin yüksək olduğu mövsümlərdə açıq havada çox vaxt keçirənlər
İmmun sistemi zəif olan şəxslər, yaşlılar və körpələr
Qorunma yolları
Hazırda çikungunya üçün spesifik peyvənd və ya antiviral dərman yoxdur. Ən effektiv qorunma üsulu ağcaqanad sancmasının qarşısını almaqdır:
Ağcaqanad məhvedici vasitələrdən (repellent) istifadə edin.
Uzunqol geyimlər və açıq olmayan paltarlar geyinin.
Ağcaqanad torları ilə yatın, xüsusən də açıq havada və ya pəncərələrdə qoruyucu setka yoxdursa.
Ağcaqanadların çoxaldığı yerləri aradan qaldırın – durğun su qablarını, köhnə təkərləri, açıq su hovuzlarını təmizləyin.
Səhər tezdən və gün batanda (ağcaqanadların ən aktiv vaxtı) açıq havada ehtiyatlı olun.
Çikungunya ölümcül olmasa da, ciddi narahatlıq və uzunmüddətli oynaq ağrılarına səbəb ola bilər. Xüsusən də səyahət planlayarkən gedəcəyiniz bölgənin epidemioloji vəziyyəti barədə məlumatlı olmaq, profilaktik tədbirləri vaxtında görmək sağlam qalmağın əsas yoludur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654