2024-cü ildə əksəriyyəti 5 yaşdan kiçik olan təxminən 95 min uşaq qızılca səbəbindən həyatını itirib. Dünya üzrə hallar artarkən, ÜST ölkələri peyvənd proqramlarını gücləndirməyə çağırır.
Azmedinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının 2000-2024-cü illər dövrünə dair hesabatına əsasən, qızılcaya bağlı ölümlər yüzdə 88 azalıb və təxminən 59 milyon insanın həyatı peyvənd sayəsində xilas edilib. Lakin 2024-cü ildə, əksəriyyəti 5 yaşdan kiçik olmaqla, təxminən 95 min nəfər qızılca səbəbindən dünyasını dəyişib. ÜST, tamamilə qarşısı alına bilən bir xəstəlikdən bu qədər can itkisinin qəbuledilməz olduğunu vurğulayır.
Ölümlər azalmasına baxmayaraq, dünya üzrə hallar pandemiya əvvəli səviyyələri aşaraq 11 milyona çatıb. Şərqi Aralıq dənizi, Avropa və Cənub-Şərqi Asiyada hallar müvafiq olaraq yüzdə 86, 47 və 42 artıb. Afrikada isə immunizasiya (peyvəndlənmə) nisbətlərinin yüksəlməsi ilə həm hallarda, həm də ölümlərdə nəzərəçarpacaq dərəcədə azalma qeydə alınıb.
ÜST-ün Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus qızılcanın "dünyanın ən yoluxucu virusu" olduğunu xatırladaraq, peyvəndləmədəki hər bir boşluğun epidemiyalara yol açdığını bildirib. Lakin peyvəndləmə nisbətləri kritik həddlərin altında qalmaqda davam edir; 2024-cü ildə uşaqların yalnız yüzdə 84-ü birinci, yüzdə 76-sı isə ikinci dozanı alıb. Ötən il 30 milyondan çox uşaq kifayət qədər qorunmayıb və 59 ölkədə böyük və ya ciddi narahatlıq yaradan epidemiyalar qeydə alınıb.
ÜST, rutin peyvənd proqramlarının gücləndirilməsini, sürətli epidemiya müdaxiləsi imkanlarının artırılmasını və genişmiqyaslı kampaniyaların təşkilini tövsiyə edir. Ekspertlər, maliyyə təmin edilmədiyi təqdirdə, qızılcanın yaxın illərdə daha böyük epidemiyalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654