Talassemiyanın tam müalicəsi bəzi hallarda mümkün olsa da, bu, xəstəliyin növü və ağırlıq dərəcəsi ilə birbaşa əlaqədardır.
Azmedinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayımda mövzu ilə bağlı ətraflı məlumat verib.
Onun sözlərinə görə, hazırda xəstəliyin yeganə tam sağaldıcı müalicə üsulu sümük iliyi və ya kök hüceyrə transplantasiyasıdır. Bu prosedur yalnız uyğun donor tapıldıqda və xəstənin ümumi sağlamlıq durumu icazə verdikdə həyata keçirilir. Əməliyyat zamanı əvvəlcə xüsusi dərmanlar və şüa terapiyası ilə xəstə sümük iliyi məhv edilir, daha sonra sağlam donorun kök hüceyrələri orqanizmə köçürülür. Əhmədova bildirib ki, bu metod talassemiyanı tam aradan qaldıra bilsə də, ağır yan təsirlər və yüksək risklər səbəbindən yalnız seçilmiş hallarda tətbiq edilir.
Mütəxəssis vurğulayıb ki, əksər talassemiya xəstələrində uzunmüddətli və planlı idarəetmə aparılır. Buraya müntəzəm qan köçürmələri və xelasiya müalicəsi (dəmir yüklənməsinin qarşısını alan dərmanlarla müalicə) daxildir. Qan köçürmələri orqanizmdə hemoglobin səviyyəsini normada saxlayaraq anemiyanın ağır nəticələrini azaldır. Lakin bu proses bədəndə artıq dəmir yığılmasına səbəb olur ki, bu da ürək, qaraciyər və digər həyati orqanlarda ciddi zədələnmələrə gətirib çıxara bilər. Xelasiya terapiyası isə bu artıq dəmiri orqanizmdən çıxarmaq üçün tətbiq olunur.
Tünzalə Əhmədova söhbət zamanı nikahdan əvvəl tibbi müayinənin vacibliyinə də diqqət çəkib. O qeyd edib ki, insanlar bəzən özlərini sağlam hiss etsələr də, müəyyən irsi xəstəliklərin daşıyıcısı ola bilərlər. Talassemiya buna ən tipik nümunələrdən biridir – daşıyıcı olan şəxsdə xəstəlik əlamətləri müşahidə olunmasa da, iki daşıyıcı evləndikdə övladlarda xəstəliyin ağır forması ilə doğulma ehtimalı yüksək olur. Qohum evliliklərində isə bu risk daha da artır, çünki genetik fond oxşar mutasiyalarla zəngin olur.
Onun sözlərinə görə, nikahdan əvvəl aparılan tibbi müayinələr və genetik analizlər gələcək valideynlərə riskləri öncədən görmək, sağlam nəsil planlaşdırmaq və zəruri tədbirlər görmək imkanı yaradır. Bu, sadəcə formal yox, həm fərdi, həm də ictimai sağlamlığın qorunması baxımından həyati əhəmiyyət daşıyan bir addımdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654