Uzun illərdir siqaret filtrinin varlığı insanlara bir illüziya – yalançı təhlükəsizlik hissi aşılayır. Sanki həmin nazik süngər parçası siqaretin ölümcül təsirini azalda bilərmiş kimi təqdim olunur. Bu, tütün sənayesinin düşünülmüş və məqsədli marketinq hiyləsidir: filtrlər siqaretin daha az zərərli görünməsi üçün istifadə olunan maskadır.
Azmedinfo.az ÜST-ə istinadən filtrlərin siqareti təhlükəsiz göstərən aldadıcı vasitə olduğuna dair maarifləndirici yazını təqdim edir:
Həqiqət isə daha qəddardır: filtrli və ya filtrsiz – siqaret öldürür. Filtrlər yalnız tütünün təhlükəsini kamuflyaj edir, lakin onu aradan qaldırmır. Əksinə, filtrlər siqaret çəkməyə başlamağı asanlaşdırır, çünki duman daha "yumşaq" hiss edilir. Bu "rahatlıq", əslində, aldanışdır. Nəticədə, siqareti buraxmaq da bir o qədər çətinləşir.
Daha qorxulusu isə odur ki, filtrlərin yaranmasından sonra ağciyər xərçənginin daha aqressiv formalarının artdığı müşahidə olunub. Çünki filtr siqaret çəkəni daha dərindən nəfəs almağa vadar edir və zərərli hissəciklər ağciyərin daha dərin qatlarına nüfuz edir.
Bu gün insanlığın qarşısında vicdanla veriləcək bir sual dayanır: Tütün sənayesinin yalanına nə qədər daha susacağıq? Əgər siqaret onsuz da ölüm gətirirsə, niyə onun “təhlükəsiz” forması barədə miflərə aldanırıq?
Gəlin bu saxta təhlükəsizlik hissəsinə son qoyaq. Filtrlər çıxış yolu deyil – onlar problemin bir parçasıdır. İndi susmaq yox, danışmaq zamanıdır. Gəlin müraciəti üzə çıxaraq və filtrlərə qadağa qoymağa çağırış edək. Bu, yalnız sağlamlıq deyil, həm də vicdan məsələsidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654