Yeni araşdırma göstərib ki, bəzi bağırsaq bakteriyaları orqanizmdəki zərərli və parçalanması çətin olan kimyəvi maddələri – yəni “əbədi kimyəvi maddələri” udaraq nəcis vasitəsilə bədəndən xaric edə bilir. Bu toksik maddələr PFAS (per- və polifloralkil maddələr) adlanır və sənayedə, eləcə də gündəlik istehlak məhsullarında geniş istifadə olunur. Onlara "əbədi kimyəvi maddələr" deyilməsinin səbəbi isə həm ətraf mühitdə, həm də insan orqanizmində uzun müddət qalmasıdır.
Azmedinfo.az "Nature Biology" jurnalına istinadən yazır ki, Kembric Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, bağırsaq çöpləri də daxil olmaqla bəzi bakteriya növləri Petri qabında yerləşdirilmiş PFAS-ların 20%-dən 75%-ə qədərini uda bilir. “Science News”un məlumatına görə, insan mikrobiomu ilə zənginləşdirilmiş siçanların nəcisində mikrobları olmayan siçanlarla müqayisədə daha çox PFAS aşkar edilib.
PFAS maddələri istiyə, suya, yağa və parçalanmaya davamlı olduğu üçün onları yapışmayan qablarda, su itələyici geyimlərdə, qida qablaşdırmalarında, kosmetik vasitələrdə və şəxsi gigiyena məhsullarında istifadə edirlər. Lakin Consumer Reports bildirir ki, aparılmış tədqiqatlar PFAS-ın qalxanabənzər vəz xəstəlikləri, yüksək xolesterin, böyrək və xaya xərçəngi, xoralı kolit, eləcə də hamiləliklə əlaqəli hipertenziya ilə mümkün əlaqəsini üzə çıxarıb. Digər araşdırmalarda isə PFAS maddələrinin uşaqlarda metabolik dəyişikliklərə, qaraciyər zədələnmələrinə və böyrək xəstəliklərinə səbəb ola biləcəyi göstərilib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, PFAS maddələri demək olar ki, ABŞ əhalisinin hamısında aşkarlanır.
Tədqiqat müəllifi, Kembric Universitetinin mikrobioloqu Kiran Patil bildirir ki, bu tapıntılar gələcəkdə insanlarda bağırsaq mikrobiomunun vəziyyəti və PFAS səviyyəsini izləməyə imkan verə bilər. Həmçinin, bu kimyəvi maddələri tam udmaq qabiliyyətinə malik bakteriyalarla zəngin qida əlavələrinin qəbulu da faydalı ola bilər.
Hazırda bir çox ölkələr və beynəlxalq təşkilatlar PFAS maddələrinin istifadəsini azaltmaq, təhlükəsiz hədd müəyyənləşdirmək və bu maddələrin ətraf mühitdən təmizlənməsi üçün texnologiyalar hazırlamaq üzərində işləyirlər. Bağırsaq bakteriyalarından istifadə kimi son elmi nailiyyətlər isə PFAS-ın parçalanması üçün innovativ yanaşma kimi qiymətləndirilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654