Nobel Komitəsinin sədri Olle Kampe deyir: “Onların kəşfləri immun sisteminin necə işlədiyini və niyə hamımızda ciddi autoimmun xəstəliklər inkişaf etmədiyini anlamaqda həlledici rol oynayıb.”
Azmedinfo.az BBC-yə istinadən yazır ki, alimin sözlərinə görə bu üçlüyün tədqiqatı immun sisteminin fəaliyyət mexanizmini başa düşmək üçün çox vacibdir: İmmun sistemimiz bizi bədənə daxil olmağa çalışan minlərlə fərqli infeksiyadan necə qoruyur, amma eyni zamanda öz toxumalarımıza zərər vermir?
İmmun sistemimiz infeksiyanın əlamətlərini axtaran ağ qan hüceyrələrindən istifadə edir. Bu hüceyrələr əvvəllər heç qarşılaşmadıqları virus və bakteriyaları belə tanıya bilirlər.
Bu hüceyrələr təsadüfi şəkildə yaradılan reseptor adlanan sensorlardan istifadə edirlər. Onların sayı təxminən dördbirliyon (10¹⁵) fərqli kombinasiyada ola bilər.
Belə təsadüfilik immun sisteminə çoxsaylı yad orqanizmlərə hücum etmək imkanı versə də, eyni zamanda bəzən elə ağ qan hüceyrələri də yaranır ki, onlar bədənin öz toxumalarına hücum edə bilir.
Alimlər artıq bilirdilər ki, belə problemli ağ qan hüceyrələrinin bir hissəsi onların yetişdiyi timus adlı orqanda məhv edilir.
Bu ilki Nobel mükafatı isə bədənin “mühafizəçiləri” adlandırılan tənzimləyici T-hüceyrələrin (regulatory T-cells) kəşfinə görə təqdim edilir. Bu hüceyrələr bədən boyunca hərəkət edərək orqanizmə hücum edən digər immun hüceyrələrini zərərsizləşdirir.
Məlumdur ki, bu proses 1-ci tip diabet, dağınıq skleroz və revmatoid artrit kimi autoimmun xəstəliklərdə özünü göstərir.
Nobel Komitəsi əlavə edib: “Bu kəşflər yeni bir elmi tədqiqat sahəsinin əsasını qoyub və xərçəng, həmçinin autoimmun xəstəliklərin müalicəsi üçün yeni yanaşmaların inkişafına təkan verib.”
Xərçəng xəstəliklərində tənzimləyici T-hüceyrələr orqanizmin şişlə mübarizəsini zəiflədir, buna görə də elmi tədqiqatlar onların sayını azaltmaq istiqamətində aparılır.
Autoimmun xəstəliklərdə isə, əksinə, bu hüceyrələrin sayını artırmaq üzərində sınaqlar gedir ki, orqanizm özünə hücum etməsin. Oxşar yanaşma orqan transplantasiyasından sonra orqanın bədən tərəfindən rədd edilmə riskini azaltmaqda da faydalı ola bilər.
Təəccüblü nəticə
Yaponiyanın Osaka Universitetindən professor Şimon Sakaguçi timusu çıxarılmış siçanlar üzərində apardığı təcrübələrdə onların autoimmun xəstəliklərə tutulduğunu göstərib. O, digər siçanlardan götürülən immun hüceyrələrinin bu xəstəliyin qarşısını ala bildiyini sübut edib – bu da immun hüceyrələrinin bədəni qoruma mexanizminin mövcudluğunu göstərib.
Sietldəki Sistem Biologiyası İnstitutundan Meri Brunkou və hazırda San Fransiskoda yerləşən Sonoma Biotherapeutics şirkətində çalışan Fred Ramsdell siçanlarda və insanlarda irsi autoimmun xəstəliyi araşdırarkən tənzimləyici T-hüceyrələrin fəaliyyətinə cavabdeh olan genin kəşfinə nail olublar.
Böyük Britaniyanın Fizioloji Cəmiyyətinin prezidenti professor Annette Dolphin isə qeyd edib: “Onların öncül işi göstərib ki, immun sistemi tənzimləyici T-hüceyrələr tərəfindən nəzarət altında saxlanılır və bu, onun bədənin öz toxumalarına səhvən hücum etməsinin qarşısını alır. Bu tədqiqat fundamental fizioloji elmin insan sağlamlığı üçün necə genişmiqyaslı nəticələr verə biləcəyinin parlaq nümunəsidir.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654