Noyabr ayı bütün dünyada Ağciyər Xərçəngi Maarifləndirmə Ayı kimi qeyd olunur. Bu ayın əsas məqsədi xərçəngə bağlı ölümlərin qlobal miqyasda əsas səbəbi olan bu ciddi xəstəliyə diqqəti cəlb etmək, əhalinin risk faktorları, erkən diaqnostika imkanları və müasir müalicə üsulları haqqında məlumatlılığını artırmaqdır.
Azmedinfo.az tibbi portalının təqdim etdiyi bu məqalədə, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin üzvü, Liv Bona Dea Hospitalın həkim onkoloqu Elxan Məmmədov və onkologiya ixtisası üzrə rezident Məmmədli Ağadadaş ağciyər xərçənginin yaranma səbəbləri, klinik əlamətləri və müasir təbabətdə tətbiq olunan yeniliklər, xüsusən də fərdiləşdirilmiş hədəfli yanaşmaları ətraflı şəkildə araşdırıblar.
Ağciyər xərçəngi (AX) dünyada onkoloji xəstəliklər arasında həm insidens, həm də mortalitet baxımından ilk sıralarda dayanır. 2025-ci il GLOBOCAN məlumatlarına görə, ağciyər xərçəngi bütün bədxassəli şişlərin təxminən 11.4%-ni təşkil edir və xərçəngə bağlı ölümlərin əsas səbəbidir. Xəstəlik kişilərdə daha çox rast gəlinir, lakin qadınlarda da siqaret istifadəsinin artması ilə tezlik yüksəlir. İnkişaf etmiş ölkələrdə insidens azalmağa meylli olsa da, inkişaf etməkdə olan regionlarda artmaqda davam edir.
Etiologiyası
Əsas risk faktoru siqaret çəkmədir. Bütün halların 85-90%-i ilə əlaqəlidir. Tütün tüstüsündəki kanserogenlər (benzpirən, nitrozaminlər və s.) bronx epiteli hüceyrələrində DNT zədələnməsi yaradır. Digər etioloji amillərə radon qazı, asbest, dizel tüstüsü, hava çirkliliyi, ionlaşdırıcı radiasiya, genetik meyllilik, irsi pozğunluqlar (EGFR geninin irsi heteroziqot mutasiyası, Li-Fraumeni sindromu, Peutz-Jeghers sindromu) və xronik obstruktiv ağciyər xəstəliyi (AXOX) daxildir. Ağciyər karsinomasının ailə anamnezi (birinci dərəcəli qohumlarda) müvafiq xərçəngin inkişaf riskini 2-3 dəfə artırır.
Patomorfologiyası
Ağciyər xərçəngi histoloji olaraq iki əsas qrupa bölünür: qeyri-kiçik hüceyrəli (AQXHK) və kiçik hüceyrəli (AKHK). AQXHK ümumi halların təxminən 85%-ni təşkil edir və adenokarsinoma, yastıhüceyrəli karsinoma və böyük hüceyrəli karsinomadan ibarətdir. AKHK isə neyroendokrin mənşəlidir, sürətlə böyüyür və metastaz potensialı yüksəkdir. Nadir rast gəlinən növlərindən tüpürcək vəzi tipli karsinoması və sarkomatoid karsinomadır.
Əlamətləri
Erkən mərhələlərdə simptomsuz ola bilər. Ən çox rast gəlinən əlamətlər: öskürək, hemoptiziya, nəfəs darlığı, sinə ağrısı və arıqlamadır. Lokal invaziyalarda səs batması (n. recurrens), disfagiya, vena cava superior sindromu kimi hallar müşahidə oluna bilər. İpsilateral yuxarı ətrafda neyropatik ağrılar (Pancoast şişi) və paraneoplastik sindromlar mümkündür. Metastatik yayılma zamanı sümük ağrıları, qaraciyər disfunksiyası və beyin simptomları yaranır.
Diaqnostikası
İlk addım xəstənin klinik qiymətləndirilməsidir. Uzunmüddətli öskürək, hemoptiziya, sinə ağrısı, dispne və izahsız çəki itkisi şübhəni artıran əsas əlamətlərdir. Risk faktorları, xüsusilə uzun illər siqaret çəkmə tarixi nəzərə alınmalıdır. Radioloji diaqnostika prosesin əsas hissəsidir. İlkin olaraq ağciyər rentgenoqrafiyası aparılsa da, daha dəqiq qiymətləndirmə üçün toraks KT üstünlük təşkil edir. KT şişin ölçüsünü, lokalizasiyasını və limfa düyünlərinə yayılmasını müəyyənləşdirməyə imkan verir. Metastatik yayılımın aydınlaşdırılması üçün PET-CT geniş istifadə olunur. Diaqnozun qəti təsdiqi histopatoloji nəticə ilə aparılır. Bunun üçün bronxoskopiya ilə biopsiya, transtorakal biopsiya və ya EBUS yolu ilə limfa düyünlərindən material götürülə bilər. Alınan nümunədə hüceyrə tipi (adenokarsinoma, yastıhüceyrəli karsinoma və s.) müəyyənləşdirilir.
Müalicəsi
Müalicə histoloji tipə, mərhələyə və molekulyar statusa əsaslanır. Erkən mərhələdə cT1-2N0-1M0 cərrahi rezeksiya əsas yanaşmadır, adjuvant və ya neoadjuvant kemoterapi əlavə oluna bilər. Lokal irəliləmiş mərhələdə kimya+radioterapiya tətbiq olunur. Metastatik xəstələrdə müalicə sistem xarakter daşıyır: platina əsaslı kemoterapi, immunoterapiya (pembrolizumab, nivolumab) və hədəfli müalicələr (EGFR, ALK, ROS1 inhibitorları) istifadə olunur.
Profilaktikası
Ən effektiv profilaktika siqaretdən uzaq durmaqdır. İkincili profilaktika məqsədilə risk qruplarında aşağı doza KT ilə skrininq aparılması tövsiyə olunur. Peşəkar ekspozisiyadan (asbest, radon və s.) qorunma, hava çirkliliyinin azaldılması və sağlam həyat tərzi ağciyər xərçənginin qarşısının alınmasında mühüm rol oynayır.
Bu ay təkcə məlumatlanmaq deyil, həm də həyati vərdişləri dəyişmək üçün çağırışdır. Ağciyər xərçəngi ilə mübarizə yalnız həkimlərin deyil, bütün cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir. Maariflənmə, erkən müayinə vərdişləri və sağlam seçimlər isə bu təhlükənin qarşısını almağın ən real yoludur.
-
Ailəvi transplantasiya və kollektiv məsuliyyətƏn çox oxunanlar18 May 2026390
-
Anevrizma xəbərdarlığına rəğmən nənə nəvəsinə donor olduƏn çox oxunanlar22 May 2026374
-
Həkimlər və tələbələr üçün fundamental töhfə: “Nevrologiyada tibbi genetika”Ən çox oxunanlar20 May 2026314
-
Azərbaycanda Radioterapiya və Nüvə Təbabəti Onkoloji Mərkəzi qurulurƏn çox oxunanlar18 May 2026302
-
Xankəndidə uşaqlar üçün tibbi müayinə asksiyası keçiriləcəkƏn çox oxunanlar20 May 2026282
-
Əczaçılıq ekologiyası və sosial məsuliyyətimiz - MəqaləƏn çox oxunanlar20 May 2026276
-
Bioetika, təlimlər və startap uğuru - Qırğızıstan Tibb Akademiyasının heyətinin ATU səfəri yekunlaşdıƏn çox oxunanlar22 May 2026268
-
Kardio-onkologiyada süni intellekt həlləri ekspertlərin müzakirəsindəƏn çox oxunanlar21 May 2026256
-
"Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib -Azərbaycan Respublikası Prezidentinin FərmanıƏn çox oxunanlar21 May 2026252
-
WUF13: Əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması diqqət mərkəzindəƏn çox oxunanlar21 May 2026252
-
Akademik Mirməmməd Cavadzadənin anım günüdürƏn çox oxunanlar18 May 2026250
-
Hamiləlikdə vaxtında müayinə təhlükəsiz analığın açarıdırƏn çox oxunanlar17 May 2026250
-
20 May – Ümumdünya Travmatoloq GünüƏn çox oxunanlar20 May 2026250
-
Ginekoloq-cərrah əkiz hamiləliklərdə yaranan təhlükələrdən danışdıƏn çox oxunanlar15 May 2026246
-
Süni intelleklt insanların dərin və tənqidi düşünmə qabiliyyətlərini zəiflədirƏn çox oxunanlar20 May 2026246
-
“İlk tibbi yardım – ikinci həyata addım”- Səhiyyə Nazirliyindən maarifləndirici fleşmobƏn çox oxunanlar16 May 2026244
-
Pediatrlar və neonatoloqlar üçün mühüm elmi-praktiki kurs keçiriləcəkƏn çox oxunanlar21 May 2026240
-
ÜST-nin Azərbaycan nümayəndəliyi köməkçi texnologiya və reabilitasiya sistemlərinin gücləndirilməsi üzrə regional layihənin nəticələrini təqdim edibƏn çox oxunanlar16 May 2026232
-
Müasir biokimya və molekulyar biologiyaya töhfəƏn çox oxunanlar15 May 2026230
-
Bakı klinikalarının imtina etdiyi 70 yaşlı xəstə Tədris Cərrahiyyə Klinikasında sağaldıƏn çox oxunanlar19 May 2026216