Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Samirə Həsənova limfa sistemi və onun pozuntuları — xüsusilə limfadenopatiya barədə ətraflı məlumat verib.
Azmedinfo.az Səhiyyə nazirliyinin məlumatı əsasında həkim mütəxəssisin müsahibəsini təqdim edir.
– Limfa düyünləri nədir və orqanizmdə hansı funksiyanı yerinə yetirir?
Limfa sistemi – qan dövranı sisteminə paralel işləyən ikinci bir damar sistemidir. Limfanın vəzifəsi toxumalardakı artıq mayeləri, zülalları, toksinləri və patogenləri toplayaraq bədəndən xaric olunmaq üçün qana ötürməkdir. Limfa damarları, dalaq və limfa düyünlərindən ibarət olan bu sistem immun cavabın əsas dayaqlarındandır.
– Limfa düyünləri neçə cür olur və harada yerləşirlər?
Limfa düyünləri periferik və dərin olmaqla iki yerə bölünür. Periferik düyünlər dərinin altına yaxın yerləşir və əl ilə hiss oluna bilir: qulaq arxası, çənəaltı, boyun, qoltuqaltı, qasıq və s. Dərin limfa düyünləri isə sinə və qarın boşluğunda, bud əzələləri daxilində yerləşir. İnsan bədənində təxminən 500 limfa düyünü mövcuddur.
– Limfa düyünləri nə üçün vacibdir?
Bu düyünlər bədənin “gömrük postu” kimi fəaliyyət göstərir. Onlar limfanı süzərək zərərli bakteriya, virus, göbələk və zədələnmiş hüceyrələri aşkarlayır və onları zərərsizləşdirmək üçün limfosit və makrofaqlarla zənginləşdirilmiş müdafiə mexanizmi işə salır.
– Limfa düyünlərinin böyüməsinin səbəbi nədir?
Bu hal “limfadenopatiya” adlanır və adətən başqa xəstəliklərin simptomu kimi ortaya çıxır. Ən çox viral və bakterial infeksiyalar (məsələn, respirator xəstəliklər) zamanı müşahidə olunur. Dərin limfa düyünlərinin böyüməsi isə bağırsaq infeksiyaları, pnevmoniya və ya virus mənşəli infeksiyalarla bağlı ola bilər. Bəzən limfadenopatiya şiş hüceyrələrinin yayılması və autoimmun xəstəliklər nəticəsində də yaranır.
– Limfadenopatiyanın əlamətləri hansılardır?
Böyümüş limfa düyünləri adətən 1–2 sm ölçüdə olur, yumşaq və bəzən ağrılı hiss edilir. Əsas xəstəliyin əlamətləri – boğaz ağrısı, öskürək, burun axması, hərarət və zəifliklə müşayiət oluna bilər. Ancaq bəzən limfa düyünlərinin ölçüsünün qəfil artması, xüsusilə qoltuqaltı və boyun nahiyələrində, daha ciddi xəstəliklərin, o cümlədən xərçəng və limfomanın əlaməti ola bilər.
– Limfadenopatiya diaqnozu necə qoyulur və hansı müayinələr aparılır?
İlk növbədə, ümumi qan analizi, biokimyəvi testlər və infeksiyalara qarşı seroloji testlər aparılır. Əgər düyün sərtdirsə və qeyri-adi dəyişikliklər müşahidə olunursa, şiş və metastaz ehtimalı qiymətləndirilir. Daxili limfa düyünləri yalnız ultrasəs, KT və MRT müayinələri ilə aşkarlanır.
– Limfadenopatiya necə müalicə olunur?
Bu, əsas xəstəliyin nəticəsi olduğu üçün müalicə həmin səbəbin aradan qaldırılmasına yönəlir. Əgər səbəb müəyyən olunmursa (idiopatik limfadenopatiya), xəstəyə nəzarət və periodik müayinə tövsiyə olunur. Xroniki və ya şübhəli hallarda daha ətraflı tədqiqatlar aparılır.
– Fəsadlar nələr ola bilər?
Limfa düyünlərinin infeksiyalaşması limfadenitə səbəb ola bilər. Bu vəziyyət iltihab, ağrı, şişkinlik, qızartı və bəzən irinləmə və ya toxuma ölümü ilə müşayiət olunur. Nəzarətsiz qaldıqda isə qan zəhərlənməsi (sepsis) və infeksiyanın orqanizm boyunca yayılması riski yarana bilər.
– Nə zaman həkimə müraciət edilməlidir?
Əgər limfa düyünündə uzun müddət keçməyən böyümə, sərtlik, ağrı və ya müşayiət edən digər narahatedici əlamətlər varsa, mütləq həkimə müraciət olunmalıdır.
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026584
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 2026558
-
Pediatrik bioetika və süni intellektin etik məsələləri beynəlxalq konfransda təhlil edilibƏn çox oxunanlar05 Oktyabr 2026504
-
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıbƏn çox oxunanlar07 Oktyabr 2026340
-
Onlar Allahı layiqincə dərk etmədilərƏn çox oxunanlar05 Oktyabr 2026334
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026306
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edibƏn çox oxunanlar05 Oktyabr 2026300
-
Şəkərli diabet xəstələrinə əlillik hansı hallarda təyin olunur?Ən çox oxunanlar07 Oktyabr 2026294
-
Pirallahıda məktəblilər arasında zərərli vərdişlərə qarşı maarifləndirmə aparılıbƏn çox oxunanlar05 Oktyabr 2026288
-
Din birdir - İslamƏn çox oxunanlar06 Oktyabr 2026286
-
Nyu-Yorkda qızılcaya görə fövqəladə vəziyyət elan edildiƏn çox oxunanlar06 Oktyabr 2026274
-
Gülnaz Dadaşova beynəlxalq proCardio 2026 simpoziumunda iştirak edibƏn çox oxunanlar10 Oktyabr 2026210
-
Vərəm xəstəliyinin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişirƏn çox oxunanlar10 Oktyabr 2026208
-
RGEM molekulyar diaqnostika və epidemioloji nəzarət sahəsində əməkdaşlığı genişləndirirƏn çox oxunanlar10 Oktyabr 2026204
-
Quranın meyarında tarixi kimlikƏn çox oxunanlar09 Oktyabr 2026180
-
8 Oktyabr – Ümumdünya Görmə GünüdürƏn çox oxunanlar08 Oktyabr 2026162
-
Uşaqların sağlamlığının qorunması üçün profilaktik müayinələr və peyvəndləmə aparılırƏn çox oxunanlar07 Oktyabr 2026156
-
Müasir diabetologiyanın əsas hədəfi dəyişir – Diqqət xəstənin bütöv sağlamlığına yönəlirƏn çox oxunanlar07 Oktyabr 2026142
-
Şüurun süzgəcindən keçən həqiqət - Birinci yazıƏn çox oxunanlar11 Oktyabr 2026136
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026134