“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub
23 İyul 2025
150
Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “mygov” platformasına yeni inteqrasiyalar həyata keçirilib.
Azmedinfo.az-a verilən məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində instrumental diaqnostik müayinə nəticələri və tibbi göndərişlər platformada təqdim olunur. Bu xidmətlər hazır sənəd formasında təqdim edilir və vətəndaşlar “mygov”a daxil olduqda təqdim edilmiş müvafiq sənədlərlə tanış ola və onları sistemdən yükləyə bilərlər.
İnstrumental diaqnostik müayinə nəticələri vətəndaşlara tibbi göstəriş əsasında təqdim olunan və onların müalicə prosesində istifadə edilən rəsmi tibbi sənəddir.
Tibbi göndərişlər isə vətəndaşların müvafiq müayinələrə və ya stasionar müalicəyə yönləndirilməsi məqsədilə təqdim olunan rəsmi tibbi sənəddir.
Dövlət tibb müəssisələri tərəfindən verilən instrumental diaqnostik müayinə nəticələrinə (MRT, KT, USM, EKQ, EEQ və s.), eləcə də həm dövlət, həm də özəl tibb müəssisələrinə verilən tibbi göndərişlərə “mygov” platforması üzərindən elektron şəkildə baxmaq və PDF formatında yükləmək mümkündür.
Qeyd edək ki, bütün bu məlumatlara veb versiyada “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə çıxış mümkündür.
Xatırladaq ki, laborator analiz nəticələri barədə məlumatları da birbaşa mygov platformasından əldə etmək mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Anevrizma xəbərdarlığına rəğmən nənə nəvəsinə donor olduƏn çox oxunanlar22 May 2026482
-
Qadın sağlamlığının qorunmasında müasir tibbin çağırışları və multidissiplinar həllər konfrans müzakirəsindəƏn çox oxunanlar25 May 2026424
-
Həkimlər və tələbələr üçün fundamental töhfə: “Nevrologiyada tibbi genetika”Ən çox oxunanlar20 May 2026346
-
Bioetika, təlimlər və startap uğuru - Qırğızıstan Tibb Akademiyasının heyətinin ATU səfəri yekunlaşdıƏn çox oxunanlar22 May 2026326
-
Xankəndidə uşaqlar üçün tibbi müayinə asksiyası keçiriləcəkƏn çox oxunanlar20 May 2026316
-
Əczaçılıq ekologiyası və sosial məsuliyyətimiz - MəqaləƏn çox oxunanlar20 May 2026310
-
Kardio-onkologiyada süni intellekt həlləri ekspertlərin müzakirəsindəƏn çox oxunanlar21 May 2026294
-
"Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib -Azərbaycan Respublikası Prezidentinin FərmanıƏn çox oxunanlar21 May 2026292
-
Pediatrlar və neonatoloqlar üçün mühüm elmi-praktiki kurs keçiriləcəkƏn çox oxunanlar21 May 2026280
-
WUF13: Əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması diqqət mərkəzindəƏn çox oxunanlar21 May 2026276
-
Süni intelleklt insanların dərin və tənqidi düşünmə qabiliyyətlərini zəiflədirƏn çox oxunanlar20 May 2026272
-
20 May – Ümumdünya Travmatoloq GünüƏn çox oxunanlar20 May 2026268
-
Polis kursantlara sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə mövzuları tədris olunduƏn çox oxunanlar22 May 2026212
-
Səhiyyə Nazirliyinin Pediatriya İnstitutunda vakant yerlərə qəbul başlayıbƏn çox oxunanlar23 May 2026206
-
Azərbaycanlı alim Ankarada beynəlxalq kadavra təlim kursunda mühazirə oxuyub və praktik dərslər keçibƏn çox oxunanlar23 May 2026176
-
5 aylıq körpə üzərində nadir ürək əməliyyatı uğurla icra olunubƏn çox oxunanlar25 May 2026174
-
Vətən müharibəsi qazisinin mərhələli cərrahi əməliyyatı uğurla icra olunubƏn çox oxunanlar24 May 2026150
-
Süni intellekt və robotik texnologiyalar kardiologiyanın gələcəyini müəyyənləşdirir - Türk dünyası alimləri BakıdaƏn çox oxunanlar25 May 2026140
-
Qadın və uşaq sağlamlığı üzərində qurulan gələcəyə doğruƏn çox oxunanlar25 May 2026132
-
Helicobacter Pylori nə vaxt mütləq müalicə olunmalıdır?Ən çox oxunanlar25 May 2026128