İnsan amili dövlət siyasətinin mərkəzində
Müasir dünyada davamlı inkişaf anlayışı artıq yalnız iqtisadi göstəricilər və infrastruktur layihələri ilə məhdudlaşmır. Bu gün dövlətlərin inkişaf səviyyəsi ilk növbədə insan kapitalının keyfiyyəti, qadın və uşaqların sağlamlığı, sosial rifah, təhlükəsiz şəhər mühiti və gələcək nəsillərin qorunması ilə ölçülür.
Bu baxımdan Azərbaycan son illərdə insan yönümlü inkişaf modelini formalaşdıran ölkələr sırasında xüsusi diqqət çəkir.
Dövlət başçısı İham Əliyev tərəfindən həyata keçirilən strateji inkişaf kursunda sosial infrastrukturun müasirləşdirilməsi, yeni məktəblərin, uşaq bağçalarının, yaşayış komplekslərinin və ictimai məkanların yaradılması yalnız tikinti siyasəti deyil, həm də cəmiyyətin sağlam gələcəyinə yönəlmiş mühüm sosial investisiya kimi qiymətləndirilir.
Müasir şəhərsalma anlayışı artıq təkcə yollar, binalar və kommunikasiya sistemləri demək deyil. Yeni urbanizasiya fəlsəfəsi insanın fiziki, psixoloji və sosial rifahını əsas prioritet hesab edir. Xüsusilə qadın və uşaq sağlamlığı ilə bağlı beynəlxalq tədqiqatlar göstərir ki, təhlükəsiz yaşayış mühiti, keyfiyyətli təhsil infrastrukturu, ekoloji balans və fiziki aktivlik imkanları gələcək nəslin sağlam formalaşmasında həlledici rol oynayır.
Uşaq sağlamlığı yalnız tibbi məsələ deyil
ÜST və UNICEF tərəfindən təqdim olunan müasir elmi yanaşmalara əsasən, uşağın sağlamlığı yalnız xəstəliklərin müalicəsi ilə müəyyən olunmur. Sağlamlıq anlayışı yaşayış şəraiti, qidalanma, ekoloji mühit, təhsil, fiziki aktivlik və sosial təhlükəsizliklə sıx bağlıdır.
Elmi araşdırmalar sübut edir ki, uşaqyönümlü sosial-aktiv məkanlar uşaqlarda piylənmə və hipodinamiya riskini azaldır, ürək-damar xəstəliklərinin profilaktikasında mühüm rol oynayır. Eyni zamanda, müasir məktəb və bağçalar uşaqların intellektual və psixoemosional inkişafına müsbət təsir göstərir, sağlam şəhər mühiti ailədaxili rifahı və sosial adaptasiyanı gücləndirir.
Bu səbəbdən inkişaf etmiş ölkələrdə şəhər infrastrukturu artıq ictimai sağlamlığın ayrılmaz komponenti hesab edilir.
1995-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının uşaqlıq dövrü xəstəliklərinin idarə olunması üzrə proqramları (ARI, DD, IMCI və s.), eləcə də UNICEF-Azərbaycan, ÜST və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin beynəlxalq sağlamlıq layihələri çərçivəsində ekspert kimi fəaliyyət göstərərək, milli səhiyyə siyasətinin formalaşdırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq mexanizmlərinin hazırlanması, sübutlara əsaslanan diaqnostik və klinik alqoritmlərin, protokolların və tədris modullarının ölkə şəraitinə adaptasiyası, həmçinin milli tibbi kadrların hazırlanması prosesində fəal iştirak etmişik. Bu fəaliyyət çərçivəsində ÜST bazalarında ko-fasilitator və kurs direktoru hazırlığı üzrə beynəlxalq treninqlər həyata keçirmişik. Eyni zamanda, əvvəlcə beynəlxalq proqramlar üzrə ekspert qrupunun üzvü, daha sonra isə 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə “Ana və uşaq sağlamlığı” layihələrinin milli koordinatoru kimi fəaliyyətimiz müasir Azərbaycan səhiyyəsində hüquqi-etik bazanın formalaşmasına və yeni prioritetlərin müəyyənləşdirilməsinə mühüm töhfə verib.
Bundan əlavə, 2000-ci ildə Azərbaycanda ilk dəfə olaraq bioetikanın tədris layihəsini hazırlayaraq, artıq 26 ildir ki, həkimlər üçün ixtisaslaşdırılmış kurs və proqramların tədrisini uğurla həyata keçiririk. Elm və Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyinin, eləcə də müvafiq beynəlxalq təşkilatların yaxından dəstəyi sayəsində bu gün bioetika fənni Azərbaycan Tibb Universitetinin fakültələrində tədris olunmaqdadır.
Səhiyyənin inkişaf tempindən asılı olmayaraq, Hipokrat andı və Paraselsin fundamental tezisləri hər zaman fəaliyyətimizin mənəvi əsası olaraq qalmalıdır. Tarixi tibbi prinsiplər bu gün də hər bir layihədə, diaqnostika, müalicə və reabilitasiya prosesində, eləcə də pasiyentlərlə fərdi münasibətlərdə öz aktuallığını qoruyur.
Müasir tibb elminin ən son nailiyyətlərinə əsaslanan istənilən müdaxilə, ilk növbədə, “fayda və zərər” prinsipi ilə ölçülür. Əgər potensial zərər əldə olunacaq faydanı üstələyirsə, həmin metodun tətbiqindən imtina edilir. Bu yanaşma, inkişaf etmiş dövlətlərin və onların rəhbərlərinin biotibbi tədqiqatlarda iştirak edən hər bir fərdin hüquq və ləyaqətini qorumaq öhdəliyinin göstəricisidir.
Beynəlxalq təşkilatların tövsiyələrindən asılı olmayaraq, qərarların qəbulunda milli dövlət maraqları və vətəndaş amili ilkin rol oynayır. Necə ki, Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda dövlət səviyyəsində atılan operativ addımlar, sərhədlərin bağlanması, karantin zonalarının təşkili və vaksinasiya prosesində təhlükəsizliyi qlobal səviyyədə sınaqdan keçmiş preparatlara üstünlük verilməsi bu mənada uzaqgörən siyasətin əyani sübutudur.
Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin öz vətəndaşına yönəlmiş strateji konsepsiyasının əsasında məhz insan sağlamlığına yönələn risklərin minimuma endirilməsi və milli rifahın təmin olunması kimi fundamental prinsiplər dayanır.
Müasir Azərbaycanın sağlam gələcəyə yönəlmiş inkişaf modeli
Son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial və infrastruktur layihələri yeni inkişaf fəlsəfəsinin formalaşdığını göstərir. Regionlarda və paytaxtda yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, tibb mərkəzlərinin və yaşayış komplekslərinin tikilməsi gələcək nəslin sağlam və təhlükəsiz mühitdə yetişməsinə xidmət edir.
Xüsusilə köhnə yaşayış fondunun yenilənməsi və müasir yaşayış komplekslərinin yaradılması əhalinin həyat keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyır. Beynəlxalq tibbi-statistik məlumatlar göstərir ki, yaşayış şəraiti uşaqlarda respirator xəstəliklər, stress faktorları və psixoloji sağlamlıq göstəriciləri ilə birbaşa əlaqəlidir.
Bununla yanaşı, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi şəhər idarəçiliyində yeni mərhələnin başlanğıcı hesab olunur. Bu model rəqəmsal texnologiyalar vasitəsilə ekoloji dayanıqlılığı, enerji səmərəliliyini və vətəndaş rifahını artırmağa yönəlmiş müasir urbanizasiya yanaşmasını əks etdirir.
Humanitar təşəbbüslər və sosial məsuliyyət modeli
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr ölkənin sosial-humanitar inkişafında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi proqramlar xüsusilə qadınların, uşaqların və həssas sosial qrupların müdafiəsinə yönəlib.
Fondun təşəbbüsü ilə yeni məktəblər və uşaq müəssisələri inşa edilir, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv layihələr həyata keçirilir, müasir uşaq meydançaları və idman kompleksləri yaradılır, mədəni, humanitar və tibbi proqramlar reallaşdırılır.
Müasir uşaq meydançalarının və idman zonalarının yaradılması yalnız estetik və sosial layihə deyil, həm də ictimai sağlamlıq baxımından mühüm addımdır. Sübutlu tibbin nəticələrinə əsasən, uşaqlarda erkən yaşlardan fiziki aktivliyin təşviqi gələcəkdə piylənmə, metabolik sindrom, şəkərli diabet və psixoemosional problemlərin riskini əhəmiyyətli dərəcədə azaldır.
Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən həyata keçirilən ekoloji və sosial təşəbbüslər gənc nəslin ekoloji məsuliyyət və sağlam həyat tərzi prinsiplərinə dayanaraq formalaşmasına mühüm töhfə verir.
Qadın və uşaq sağlamlığı milli inkişafın strateji istiqaməti kimi
Müasir səhiyyə siyasətində qadın sağlamlığı ayrıca sosial məsələ deyil, milli təhlükəsizlik və demoqrafik inkişaf faktoru kimi qiymətləndirilir. Sağlam ana sağlam nəslin formalaşmasının əsasını təşkil edir.
Beynəlxalq elmi araşdırmalar göstərir ki, perinatal yardımın keyfiyyəti uşağın gələcək sağlamlıq göstəricilərinə birbaşa təsir edir.
Bundan əlavə, erkən uşaqlıq dövrünə yatırılan investisiyalar dövlət üçün uzunmüddətli sosial və iqtisadi üstünlüklər yaradır.
Ümumilikdə ana və uşaq sağlamlığına yönəlmiş proqramlar cəmiyyətin ümumi rifah səviyyəsini yüksəldir.
Bu baxımdan qadın və uşaqların sosial müdafiəsi, tibbi xidmətlərin inkişafı, təhlükəsiz mühitin yaradılması və keyfiyyətli təhsil sistemi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.
Bu gün Azərbaycan davamlı inkişafın yeni modelini formalaşdırır. Burada urbanizasiya, ekologiya, səhiyyə, təhsil və sosial rifah bir-biri ilə əlaqəli vahid sistem kimi çıxış edir.
Uşaqlar xalqın gələcəyi, dövlətin ən böyük mənəvi və intellektual sərvətidir. Sağlam, təhlükəsiz və inkişaf etmiş mühitdə böyüyən nəsil ölkənin sabahkı elmi, iqtisadi və humanitar potensialını formalaşdırır.
Məhz buna görə də qadın və uşaq sağlamlığının qorunması, ailə institutunun gücləndirilməsi və müasir sosial mühitin yaradılması bugünkü Azərbaycanın inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib.
Təranə TAĞI-ZADƏ
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri
ATU-nun II Uşaq xəstəlikləri kafedrasının
dosenti,tibb üzrə fəlsəfə doktoru
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261096
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261052
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261022
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261022
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026944
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026928
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026926
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026926
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026924
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026916
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026888
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026880
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026856
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026788
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026764
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026748
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026740