Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 09:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
İkili orqan transplantasiyası: Müasir tibbin mürəkkəb xilasetmə missiyası
10 Sentyabr 2026
310
İkili orqan transplantasiyası: Müasir tibbin mürəkkəb xilasetmə missiyası
İkili orqan transplantasiyası eyni resipiyentdə iki müxtəlif həyati vacib orqanın ağır və geri dönməz funksional çatışmazlığı zamanı tətbiq olunan mürəkkəb transplantoloji müdaxilədir. Bu proses iki orqanın eyni əməliyyat çərçivəsində və ya tibbi göstərişlərə uyğun olaraq müəyyən ardıcıllıqla transplantasiya edilməsi ilə icra edilir.
 
Azmedinfo.az xəbər verir ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatın görə, ikili orqan transplantasiyasına ehtiyac xəstədə bir neçə orqanın funksiyasının eyni zamanda ciddi şəkildə pozulduğu və mövcud müalicə üsullarının artıq kifayət etmədiyi hallarda yarana bilər. Belə transplantasiyalar yüksək səviyyəli tibbi hazırlıq, multidisiplinar yanaşma və dəqiq koordinasiya tələb edir.
 
Azərbaycan səhiyyəsində müasir yanaşma və inkişafyönümlü layihələrin təşklili nəticəsində ikili orqan transplantasiyası əməliyyatı yüksək peşəkarlıq və uğurla icra edilir. Hazırda Azərbaycanda mürəkkəb ikili orqan transplantasiyası çərçivəsində qaraciyər və böyrəyin birlikdə transplantasiyası həyata keçirilir. Bu əməliyyat hər iki orqanın ağır çatışmazlığı olan və xüsusi tibbi göstərişlərə cavab verən xəstələr üçün nəzərdə tutulur.
 
İkili orqan transplantasiyası müasir tibbin ən mürəkkəb sahələrindən biri olmaqla, ağır vəziyyətdə olan xəstələr üçün həyata yenidən qayıtmaq imkanı yaradır.
Ən çox oxunanlar