İnsan İmmunçatışmazlığı Virusu (İİV) uzun müddət heç bir klinik əlamət büruzə vermədən, latent mərhələdə inkişaf edə bilsə də, orqanizmin immun sistemini, xüsusilə CD4 limfositlərini tədricən zəiflətməyə davam edir.
Azmedinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodiki şöbəsinin həkim-metodisti Səbinə Nəbizadənin sözlərinə görə, simptomların olmaması infeksiyanın təhlükəsiz və ya qeyri-yoluxucu olması anlamına gəlmir; pasiyent statusundan xəbərsiz olduqda yoluxdurma riski dəfələrlə artır. Mütəxəssis qeyd edib ki, vaxtında başlanılan antiretrovirus terapiya (ART) virus yükünü təyin olunmayan həddə endirərək ötürülmə riskini minimuma çatdırır.
Həkim-metodist vurğulayıb ki, immun sisteminin zədələnməsi orqanizmin müdafiə qabiliyyətini azaltdığından, İİV-lə yaşayan şəxslərdə müxtəlif orqan və sistemləri zədələyən opportunistik (fürsətcil) infeksiyaların inkişaf riski yüksəlir. Müalicənin davamlılığını təmin etmək üçün təyin olunmuş dərmanların rejimə uyğun qəbul edilməsi mütləqdir: dərmanların özbaşına dayandırılması və ya qeyri-müntəzəm qəbulu virusun preparatlara qarşı rezistentliyini (müqavimətini) formalaşdırır və bu halda fərdi laborator göstəricilər əsasında müalicə sxeminin dəyişdirilməsi tələb olunur.
Tibb işçilərinin parenteral yoluxma riskindən qorunması məqsədilə hər bir pasiyentə potensial yoluxma mənbəyi kimi yanaşılmalı, fərdi qoruyucu vasitələrdən istifadə və alətlərin sterilizasiyası qaydalarına ciddi əməl edilməlidir. Təsadüfi zədələnmə baş verdikdə isə dərhal təmasdan sonrakı profilaktikaya (PEP) müraciət olunmalıdır. S.Nəbizadə cəmiyyətdəki stiqma və ayrı-seçkiliyin də xəstəliyin erkən aşkarlanmasına və müalicəyə sadiqliyə ən böyük maneələrdən biri olduğunu, bu səbəbdən əhali və risk qrupları arasında maarifləndirmə tədbirlərinin ardıcıl şəkildə davam etdirildiyini diqqətə çatdırıb.
-
Bakıda qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr olunmuş "Səsini eşit!" adlı tədbir keçiriləcəkƏn çox oxunanlar15 Noyabr 20261168
-
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıbƏn çox oxunanlar16 Noyabr 20261056
-
BİR DİN VAR İDİ — İNSANLAR ONDAN QOPDULARƏn çox oxunanlar18 Noyabr 20261044
-
Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidirƏn çox oxunanlar18 Noyabr 20261036
-
Deputat autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün maliyyənin artırılmasını təklif edibƏn çox oxunanlar18 Noyabr 20261034
-
Quranın dilinə müdaxiləƏn çox oxunanlar17 Noyabr 20261002
-
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilərƏn çox oxunanlar16 Noyabr 2026970
-
İcbari tibbi sığortada yeni mərhələ – Elektron reyestr yaradılırƏn çox oxunanlar18 Noyabr 2026902
-
Cənubi Koreyada alimlər 3D bioprinter vasitəsilə canlı insan buynuz qişası yaradıblarƏn çox oxunanlar17 Noyabr 2026884
-
Tələbələr arasında vərəm və ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar müayinələrə başlanılıbƏn çox oxunanlar19 Noyabr 2026882
-
Həkimdən böyrək xəstələrinə mühüm çağırış: Dializdən azad olmaq mümkündür!Ən çox oxunanlar17 Noyabr 2026882
-
Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıbƏn çox oxunanlar19 Noyabr 2026872
-
18 noyabr – Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə GünüdürƏn çox oxunanlar18 Noyabr 2026860
-
Antibiotiklərdən düzgün istifadə həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar19 Noyabr 2026858
-
Tibb işçiləri üçün etik davranış qaydalarına dair təqdimat keçirilibƏn çox oxunanlar20 Noyabr 2026852
-
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanırƏn çox oxunanlar20 Noyabr 2026848
-
ABŞ qızılcadan azad ölkə statusunu itiribƏn çox oxunanlar15 Noyabr 2026824
-
İSLAM ADI ALTINDA MÜAVİYƏNİN SÜLALƏ HAKİMİYYƏTİƏn çox oxunanlar15 Noyabr 2026762
-
Azərbaycanda növbəti istilik mövsümünə sabah start verilirƏn çox oxunanlar15 Noyabr 2026678
-
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıbƏn çox oxunanlar15 Noyabr 2026664