Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
13 Sentyabr 2026
126
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib.
Azmedinfo.az-a verilən məlumata görə, 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale) üzrə 16 bal olaraq dəyərləndirilib. Müayinələr zamanı sağ orta beyin arteriyasının tromboemboliyası aşkarlanıb.
İnvaziv radioloq Ağakişi Yəhyayev tərəfindən pasiyentə təcili mexaniki trombektomiya icra olunub. Tromb damardan çıxarılaraq beynin qan dövranı bərpa edilib.
Müdaxilədən sonra pasiyentin müalicəsi İnsult Mərkəzinin şöbə müdiri Minarə Çərkəzzadə və həkim-nevroloq Emin Nəsirovun nəzarəti altında davam etdirilib. Müalicə nəticəsində NIHSS göstəricisi 16 baldan 8 bala, ikinci gün isə 0 bala enib. Nevroloji əlamətləri tam aradan qalxan pasiyent 5 günlük stasionar müalicədən sonra evə buraxılıb.
Qeyd edək ki, Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ilk dəfə icra olunan mexaniki trombektomiya insult zamanı tıxanmış beyin damarının açılmasına və qan dövranının bərpasına imkan verən müasir müalicə üsuludur.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İkili orqan transplantasiyası: Müasir tibbin mürəkkəb xilasetmə missiyasıƏn çox oxunanlar10 Sentyabr 2026310
-
Varlığa dörd fərqli baxışƏn çox oxunanlar12 Sentyabr 2026238
-
İnfarkt baş verməmiş risk görünür - Professor müasir kardiologiyanın imkanlarından bəhs etdiƏn çox oxunanlar10 Sentyabr 2026210
-
Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır - Regionlarda elmi-praktik seminarlarƏn çox oxunanlar13 Sentyabr 2026210
-
Azərbaycanda kök hüceyrə transplantasiyası sahəsində yeniliklər və dövlət dəstəyiƏn çox oxunanlar18 Sentyabr 2026206
-
Gözlər qaranlıqdan işığa niyə dərhal uyğunlaşmır?Ən çox oxunanlar13 Sentyabr 2026206
-
Bakıda ana və uşaq sağlamlığına həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcəkƏn çox oxunanlar11 Sentyabr 2026200
-
SABİQUN KİMLƏRDİR?Ən çox oxunanlar10 Sentyabr 2026198
-
Ekspert: İİV illərlə simptomsuz keçə bildiyi üçün vaxtında müayinə və müalicəyə sadiqlik həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar12 Sentyabr 2026188
-
Boğaz və qulaq ağrısı zamanı hansı hallarda həkimə müraciət edilməlidir?Ən çox oxunanlar14 Sentyabr 2026188
-
MƏZHƏB DİN DEYİLƏn çox oxunanlar14 Sentyabr 2026178
-
Başgicəllənməsinin gizli səbəbi - Qulaq kristallarının qaçması nədir?Ən çox oxunanlar14 Sentyabr 2026176
-
NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRHƏn çox oxunanlar17 Sentyabr 2026174
-
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşübƏn çox oxunanlar11 Sentyabr 2026170
-
Şəhər yaşıllıqları niyə səhiyyə infrastrukturunun bir hissəsinə çevrilməlidir?Ən çox oxunanlar11 Sentyabr 2026170
-
Əməvi ideologiyasının Hz. Əli haqqında yaratdığı iftiralarƏn çox oxunanlar15 Sentyabr 2026170
-
MÜAVİYƏ — QURANA ZİDD SİSTEMİN BANİSİƏn çox oxunanlar13 Sentyabr 2026168
-
12 sentyabr – Ümumdünya İlk Tibbi Yardım GünüdürƏn çox oxunanlar12 Sentyabr 2026166
-
QURANDA İSLAMI KÖKÜNDƏN DƏYİŞƏN SƏHV YOZUMLARƏn çox oxunanlar16 Sentyabr 2026166
-
15 Sentyabr – Ümumdünya Limfoma ilə Mübarizə GünüƏn çox oxunanlar15 Sentyabr 2026154