Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
01 Noyabr 2026, Bazar, 20:40
Əlaqə vasitələri
Bizimlə əlaqə
Bakıda leyşmaniozun diaqnostikası və müalicəsində müasir yanaşmalar müzakirə olunub
25 Oktyabr 2026
1088
Bakıda leyşmaniozun diaqnostikası və müalicəsində müasir yanaşmalar müzakirə olunub

Paytaxtda “Leyşmaniozun müasir diaqnostikası, müalicəsi və profilaktikasına multidisiplinar yanaşmalar” mövzusunda I Milli Leyşmanioz Konfransı xarici ölkələrdən dəvət olunmuş qonaqlar, yerli alimlər, təcrübəli həkimlər və laboratoriya ekspertlərinin iştirakı ilə keçirilib.

Azmedinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə leyşmaniozun epidemioloji vəziyyəti, klinik gedişatı, müasir laborator diaqnostikası, müalicə strategiyaları və profilaktikasına dair aktual elmi-praktik məsələlər ətraflı nəzərdən keçirilib.

 

Müfiziki və tibbi baxımdan xəstəliklə effektiv mübarizədə sahələrarası əməkdaşlığın və kompleks elmi yanaşmaların tətbiqinin zəruriliyi diqqət mərkəzində saxlanılıb.

I Milli Leyşmanioz Konfransı infeksiyanın diaqnostikası, müalicəsi və profilaktikası üzrə elmi təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin müvafiq sahə mütəxəssisləri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platformaya çevrilib.

Ən çox oxunanlar