Müasir tibb elminin yeniliklərinə, multidisiplinar tədqiqatların nailiyyətlərinə, onkoloji xəstəliklərin müalicəsində əldə edilmiş uğurlara baxmayaraq, mədə xərçəngi hələ də bədbin proqnozla xarakterizə olunur.
Azmedinfo.az Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin, eləcə də bu günlərdə Bakıda keçirilən “Mədə xərçənginə müasir baxış – hər yönü ilə mədə xərçəngi” adlı elmi-praktik konfransın sədri Altay Əliyevin mövzu ilə bağlı eksklüziv müsahibəsini təqdim edir:
Hörmətli sədr, ilk öncə “Mədə xərçənginə müasir baxış – hər yönü ilə mədə xərçəngi” mövzusunda keçirilən konfrans barədə təəsüratlarınızı oxucularımızla paylaşmağınızı rica edirik.
– bu konfrans yeni yaranan Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sayca üçüncü böyük elmi-praktiki tədbiri olsa da, maraqlı məruzələrlə, multidisiplinar müzakirələrlə yadda qaldı. Məqsədimiz mədə xərçənginə diqqəti artırmaq, onun müalicəsində qarşıya çıxan çətinlikləri onkoloq həkimlərin, cərrahların, radioloq və digər mütəxəssislərin iştirakı ilə müzakirə etmək, bu sahədə fərqlilik, yeni yanaşma göstərmək idi. Çünki mədə xərçəngi ilə bağlı bu gün mövcud olan statistik məlumatlar heç də ürəkaçan deyil.
Altay doktor, bu statistik məlumatlardan bəhs edə bilərikmi?
– Azərbaycanda statistik rəqəmlərə görə, mədə xərçəngi onkoloji xəstəliklər arasında üçüncü yerdədir. Elə ölüm nisbətinə görə də, 3-cü sıradadır. Yəni, mədə xərçəngi əslində ölkəmizin ümummilli məsələsidir desək, yanılmarıq. Bu nöqteyi-nəzərdən, ölkə vətəndaşlarını qorumaq üçün biz həkimlər bu xəstəliyi önləmək və ölüm nisbətini azaltmaq üçün əlimizdən gələni əsirgəməməliyik.
Yeri gəlmişkən, bir neçə cümlə mədə xərçənginin tarixindən bəhs etsək, zənnimcə, yerinə düşər. Fransa imperatoru, Fransa Respublikasının birinci prezidenti, dünyaşöhrətli sərkərdə Napoleon Bonapart mədə ülseri/xərçəngindən əziyyət çəkirdi. Ömrünün son günlərində öz həkiminə oğlunun şahidliyində qarnının yarılmasını və öyrənilməsini istəyir. Çünki atası da, babası da eyni xəstəlikdən – səbəbi bilinməyən qarın ağrısından şikayətlənirdi. Və tarixi məxəzlərdə göstərilən ehtimallara görə, məşhur sərkərdənin atası Karlo Bonapart da mədə xərçəngindən dünyasını dəyişib.
Səhhəti get-gedə pisləşən Napoleon Bonapart 5 may 1821-ci ildə 51 yaşında vəfat edir. Meyidi yarıldıqdan sonra 9 mayda dəfn edilir. Meyityarmanın nəticəsinə görə Napoleon qanaxma ilə fəsadlaşmış mədə xərçəngindən vəfat edib.
Görün insan oğlu öz irqini, nəslinin davamını qorumaq üçün ölkəsinin və xalqının rifahı naminə etdikləriylə kifayətlənmir, son anda öz bədəninin araşdırılmasını istəyir. Qısaca, biz də insanlarımız və gələcəyimiz üçün bu xəstəliyi daha da dərindən öyrənməliyik.
Altay doktor, “Mədə xərçənginə müasir baxış – hər yönü ilə mədə xərçəngi” adlı elmi-praktik konfransdan bir neçə gün öncə dünyanın qabaqcıl elmi nəşriyyatı “Elsevier” tərəfindən nəşr olunan yüksək impakt faktorlu “Gastrointestinal cərrahiyyə” jurnalında işıq üzü görmüş elmi məqalə haqqında oxucularımıza, səhiyyə ictimaiyyətinə qısaca məlumat verməyinizi istərdik.
– Bəhs etdiyiniz “Lokal irəliləmiş mədə xərçəngi xəstələrində bədən kompozisiyasının neoadjuvant kimyaterapiya zamanı doza dəyişiklikləri və proqnozla əlaqəsi” adlı məqalə 2018-2024-cü illər ərzində Bakı şəhərində fəaliyyət göstərən Liv Bona Dea Hospitalda neoadjuvant kimyaterapiya müalicəsi alan lokal irəliləmiş mədə adenokarsinoması diaqnozlu 97 pasiyentin fərdi məlumatlarına söykənən retrospektiv tədqiqat əsasında qələmə alındı.
Bizdə olan məlumata görə, həmmüəlliflərimizlə birlikdə apardığımız bu araşdırma elmi ədəbiyyatda ilkdir. Tədqiqatın məqsədi neoadjuvant kimyaterapiya öncəsi mədə xərçəngi olan xəstələrdə bədən kompozisiyası parametrləri ilə kimyaterapiya dozasının gecikdirilməsi və ya azaldılması arasındakı əlaqəni qiymətləndirmək, habelə bədən kompozisiyasının ümumi sağqalım və xəstəliksiz sağqalım göstəricilərinə təsirini araşdırmaq oldu.
Nəticələr bunu deməyə əsas verir ki, neoadjuvant kimyaterapiyadan əvvəl visseral yağ toxumasının aşağı olması xəstələrdə kimyaterapiya dozasının azaldılması və ya gecikdirilməsi üçün əhəmiyyətli proqnoz göstəricisidir. Bədən kompozisiyası sağqalım nəticələrini proqnozlaşdırmasa da, şişin histoloji dərəcəsi və invaziya göstəriciləri proqnostik əhəmiyyət daşıyır. Bu nəticələr göstərir ki, visseral yağ toxumasının monitorinqi neoadjuvant kimyaterapiya zamanı dozaların daha effektiv planlaşdırılmasına və klinik nəticələrin yaxşılaşdırılmasına kömək edə bilər.
Adıçəkilən tədqiqatın nəticələrinin təsdiqlənməsi üçün gələcəkdə genişmiqyaslı prospektiv araşdırmalar aparmağımıza ehtiyac var.
Hörmətli Altay doktor, maraqlı müsahibə üçün sizə təşəkkür edir, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinə gələcək elmi-innovativ fəaliyyətində, səhiyyə və tibb xidmətləri üçün taleyüklü əhəmiyyət kəsb edən tədqiqatlarda yeni nailiyyətlər əldə etməsini diləyirik.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142