Süni intellektin (Sİ) səhiyyəyə inteqrasiyası son illərdə ən mühüm texnoloji dönüş nöqtələrindən biri hesab olunur. Xüsusilə diaqnostika sahəsində Sİ alqoritmlərinin tətbiqi tibbi qərarların dəqiqliyini və sürətini artırmaqla yanaşı, səhvlərin azalmasına və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına şərait yaradır.
Azmedinfo.az Ruslan Kərimovun müəllifi olduğu, süni intellektin tibbi diaqnostikada tətbiqinə dair dünya təcrübəsi və Azərbaycan reallığını əhatə edən mövzuda aktual məqaləsini izləyiciləri ilə paylaşır.
Dünya təcrübəsində artıq bir sıra ölkələr Sİ əsaslı diaqnostika sistemlərini klinik praktikaya daxil edib. Məsələn, ABŞ-da Food and Drug Administration (FDA) 2021-ci ilə qədər 343 süni intellekt əsaslı tibbi cihaz və proqram təminatını qeydiyyatdan keçirib. Bu texnologiyalar radiologiya, dermatologiya, kardiologiya və oftalmologiya sahələrində istifadə olunur. Məşhur nümunələrdən biri, Google Health tərəfindən hazırlanmış diabetik retinopatiyanın aşkarlanması üçün istifadə edilən süni intellekt sistemidir ki, o, oftalmoloqun iştirakı olmadan dəqiq diaqnoz qoymaq bacarığına malikdir.
Avropa İttifaqında isə Sİ texnologiyalarının tətbiqi “AI Act” adlı hüquqi çərçivə ilə tənzimlənir. Bu sənəddə yüksək riskli texnologiyalar (o cümlədən səhiyyədə istifadə edilənlər) üçün sərt standartlar müəyyən edilib. Klinik etibarlılıq, məlumat təhlükəsizliyi və alqoritm şəffaflığı əsas tələblər sırasındadır.
Azərbaycan reallığında isə bu sahədə ilkin təşəbbüslər müşahidə olunur. Hələlik Sİ əsaslı diaqnostik sistemlərin geniş klinik praktikada istifadəsi yayılmayıb. Bunun səbəbləri sırasında texnoloji baza, hüquqi mexanizmlərin olmaması və tibbi kadrların bu sahədə bilik çatışmazlığı dayanır. Bununla belə, bəzi özəl klinikalar və tədris müəssisələri ilkin Sİ layihələrinə maraq göstərməyə başlayıblar. Azərbaycan Tibb Universitetində rəqəmsal tibblə bağlı seminarların təşkili və İKT ilə inteqrasiya təşəbbüsləri gələcəyə ümid yaradır.
Nəticə etibarilə, süni intellektin diaqnostikada istifadəsi tibb elminin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycanın da bu sahədə beynəlxalq təcrübədən yararlanaraq həm hüquqi, həm də texnoloji infrastrukturunu formalaşdırması vacibdir. Bunun üçün təhsil, səhiyyə və İKT sektorlarının inteqrə olunmuş inkişaf strategiyası zəruridir.
Süni intellektin səhiyyədə istifadəsi zamanı məsuliyyət kimin üzərindədir?
Süni intellekt sistemləri diaqnostik qərarların verilməsində rol oynadıqca, hüquqi və etik suallar da aktuallaşır. Səhv diaqnoz və ya yanlış qərar nəticəsində məsuliyyəti kim daşıyır, proqram təminatçısı, həkim, yoxsa səhiyyə müəssisəsi?
Hazırda bir çox ölkələr bu məsələni açıq saxlayır, lakin tendensiya ondan ibarətdir ki, süni intellekt hələlik yardımçı qərarvermə aləti kimi qəbul olunur və son qərar həkimin məsuliyyəti altında qalır. Bu da o deməkdir ki, Sİ-nin verdiyi təhlil və ya proqnoz əsasında qərar qəbul edən həkim, nəticə səhv olarsa, məsuliyyət daşımalı olur.
Avropa İttifaqında "AI Act" bu məsələni müəyyən risk kateqoriyalarına bölərək tənzimləyir. ABŞ-da isə hüquqi tənzimləmlər və FDA təsdiqi bu məsələlərin həllində əsas rol oynayır.
Azərbaycan kontekstində isə məsuliyyət bölgüsü məsələsi hələlik hüquqi cəhətdən tənzimlənməyib. Rəqəmsal səhiyyə ilə bağlı normativ sənədlər formalaşmadığından, süni intellektdən istifadənin hüquqi nəticələri barədə açıq mexanizmlər mövcud deyil. Bu, həm həkimlərdə tərəddüd yaradır, həm də Sİ texnologiyalarının klinik praktikada istifadəsini ləngidir.
Gələcəkdə bu məsələnin həlli üçün normativ hüquqi baza hazırlanmalı, etik prinsiplər və məsuliyyət bölgüsü aydın şəkildə müəyyənləşdirilməlidir. Əks halda texnologiyanın imkanları istənilən nəticəni verməyə bilər.
Ruslan Kərimov
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654