London Kral Kollecinin alimləri tərəfindən aparılan yeni araşdırma tibb işçiləri arasında narkotiklə əlaqəli ölümlərin demək olar ki, yarısının iş yerində qəbul etdikləri dərmanlarla əlaqəli olduğunu müəyyənləşdirib.
Azmedinfo.az xəbər verir ki, adıçəkilən tədqiqat narkotik asılılığı ucbatından həyatını itirən tibb işçiləri və ya tələbələrindən bəhs edən ilk hesabat araşdırmasıdır.
Araşdırmanın aparıcı müəlliflərindən olan doktor Kerolayn Kouplend vurğuladığı kimi, "bu çox narahatedici yazıdır və bizə qayğı göstərən şəxslərin daha çox qayğısına qalmalı olduğumuzu xatırladır".
Tədqiqatçılar 2000-2022-ci illər arasında London Kral Kollecində "Milli psixoaktiv maddələrin istifadəsi üzrə ölüm halları proqramı"nda təqdim olunan 58 koronerin hesabatını təhlil ediblər. Həyatlarını itirdikləri zaman həmin şəxslər xəstəxanada, aptekdə işləyiblər və ya tibb təhsili alıblar. Bu səbəbdən, ciddi nəzarət altında narkotik və psixotrop maddələr onlar üçün əlçatan olub.
Tədqiqata ən çox daxil edilən peşələr anestezioloqlar, ardınca isə ümumi praktikantlar, cərrahlar və psixiatrlar olub. Müəlliflər qeyd edirlər ki, anestezioloqların daha yüksək nisbəti bu potensial ölümcül dərmanlarla yaxından işləmələri səbəbindən ola bilər.
Ölümün ən çox səbəbi səksəkə və digər psixi pozğunluqları müalicə etmək üçün istifadə edilən opioidlərdən (43 %) və benzodiazepinlərdən (24 %), midazolamdan (10 %), miorelaksant dərman maddələrindən (9 %), anesteziya və ya sedasiya üçün tez-tez istifadə edilən dərmanlardan qaynaqlanıb. Yalnız üç halda ölən tibbi işçisinin orqanizmində kokain kimi qadağan olunmuş narkotik aşkarlanıb.
Müəlliflər aşkar ediblər ki, ölənlərin 69 %-nin tibbi anamnezində ən az bir psixi pozğunluq qeyd olunub. Həmin anamnezlərdə ən çox görülən isə depressiyadır.
Üç halda tibb işçisi peşə etikasının pozulması və ya cinayət işi üzrə araşdırma aparıldığı barədə məlumatlandırıldıqdan sonra intihar edib.
K.Kouplendin sözlərinə görə, bu araşdırma göstərir ki, tibb işçiləri karyeralara yenicə başladıqları ilk mərhələdən psixi sağlam olmaları üçün onlara dəstək göstərilməsi vacibdir. Səhiyyə işçiləri arasında intihar nisbəti Böyük Britaniyada milli orta göstəricidən 24% yüksək olduğu üçün bu aktual problemdir. Həkimlər və tibb bacıları stresli, gərgin iş mühitində çalışırlar. Bu nöqteyi-nəzərdən, onlara qarşılaşdıqları konkret problemlərə görə fərdi qayğı və dəstək göstərilməsi vacibdir.
Tədqiqat müəlliflərinin fikrincə, sağlam və hərtərəfli qayğı ilə təmin edilmiş əməkdaşların olması milli səhiyyə xidmətinin uğurlu gələcəyinin açarıdır.
Günel Məmmədova
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261098
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261052
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261024
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026952
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026934
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026922
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026890
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026886
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026882
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026860
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026858
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026836
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026832
-
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə GünüdürƏn çox oxunanlar20 Oktyabr 2026830
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026700
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026664