Tədqiqatçılar insanların daha uzun, daha sağlam həyat sürməsinə kömək etmək məqsədilə qocalma kodunu sındırmaq üçün hələ də çalışırlar. Keçmiş tədqiqatlar göstərir ki, həm həyat tərzi davranışları, həm də ətraf mühit faktorları da daxil olmaqla, müxtəlif faktorlar nə qədər həyat sürəcəyimizdə rol oynayır.
Azmedinfo.az “Medical News Today” portalında dərc olunan məqaləni oxucuları üçün təqdim edir:
Bu yaxınlarda “Nature Medicine” jurnalında nəşr olunan yeni bir araşdırma, həyat tərzi və ətraf mühit faktorlarının siqaret çəkmə vəziyyəti, fiziki fəaliyyət və yaşayış şəraiti də daxil olmaqla yaşlanmamıza necə təsir etdiyini daha çox sübut edir.
Hansı ətraf mühit faktorları qocalmağa daha çox təsir edir?
Bu araşdırma üçün tədqiqatçılar 164 müxtəlif həyat tərzi və ətraf mühit faktorlarının qocalmaya, yaşa bağlı xəstəliklərə və vaxtından əvvəl ölümə təsirini müəyyən etmək üçün İngiltərə Biobankının təxminən yarım milyon iştirakçısının tibbi məlumatlarını təhlil ediblər.
"Bizim sahəmiz genetik tədqiqatlardan uzun müddətdir ki, qocalma və ömrün genetikdən daha çox ətraf mühitə uyğun olması lazım olduğu qənaətinə gəlib, lakin biz layihəmizin əvvəlində anladıq ki, ekspozomun öyrənilməsi bizə bunu birbaşa böyük əhali məlumatlarında sınamaq imkanı verə bilər," – deyə “Massachusetts General Hospital”ın elmi işçisi və bu araşdırmanın ilk müəllifi Austin Argentieri izah edib.
Tədqiqat zamanı elm adamları hansı ətraf mühit faktorlarının qocalmağa daha çox təsir etdiyini müəyyən etmək üçün “yaşlanma saatı” adlı unikal qocalma modelindən istifadə ediblər:
“Əvvəlki tədqiqatda biz qandan zülal götürərək və iştirakçının bioloji yaşını hesablamaq üçün maşın öyrənməsindən istifadə edərək proteomik qocalma saatı qurduq. Biz göstərdik ki, bu proteomik qocalma saatı ölüm və xəstəliklər üçün güclü bir göstəricidir. Bu, 18 əsas xroniki xəstəliyin gələcək riski ilə əlaqəli tək ölçüdür. Biz bu tədqiqatda proteomik qocalma saatından istifadə etdik, çünki qocalma üçün vacib olan ekspozisiyaları müəyyən etmək istəyirdik və buna görə də qərara gəldik ki, yalnız ardıcıl istiqamətlərdə həm ölüm, həm də proteomik yaş saatı ilə əlaqəli olan ekspozisiyaları seçək" dedi.
Siqare və sosial-iqtisadi vəziyyət ən böyük təsirə malikdir
Tədqiqatın yekununda Argentieri və komandası 25 həyat tərzi və ətraf mühit faktorunu müəyyən edib ki, onlardan 23-ü dəyişdirilə bilən amillərdir.
Bunlara daxildir:
Pendir istehlakı,
Dərinin asan qaralması,
Təhsil sərf edilən zaman,
Məşğulluq vəziyyəti,
Etnik mənsubiyyət,
Yorğunluq hisslərinin tezliyi,
İdman,
Maddi çətinlik,
Gəlir,
Fiziki fəaliyyət,
Yuxu saatları,
Siqaret çəkmə vəziyyəti,
Mənzil növü (məsələn, ev, mənzil, mobil ev və s.)
İstilik şəraiti
10 yaşda çəki və boy
Tədqiqatçılar siqaret çəkmə, sosial-iqtisadi vəziyyət, fiziki fəaliyyət və həyat şəraitinin ölüm və bioloji qocalmaya ən çox təsir edən amillər olduğunu aşkar ediblər. Təkcə siqaret 21 xəstəliklə, sosial-iqtisadi faktorlar və yorğunluq tezliyi isə 19 xəstəliklə əlaqələndirilib.
Ətraf mühit faktorları ağciyər, ürək, qaraciyər xəstəliklərinə daha çox təsir edir
Ümumilikdə, tədqiqatçılar ölüm riskindəki variasiyanın 17%-ni ətraf mühit faktorları ilə əlaqələndiriblər, 2%-dən az isə 22 əsas xəstəliyə genetik meyllə izah olunur.
Alimlər həmçinin ətraf mühitə məruz qalmaların ağciyər, ürək və qaraciyər xəstəliklərinə daha çox təsir etdiyini, demans və döş xərçəngi üçün genetik riskin hələ də üstünlük təşkil etdiyini aşkar ediblər.
Yaşlanmaya səbəb olan daha çox ekoloji risk müəyyən edilməlidir
"Müəyyən edilmiş həyat tərzi və ətraf mühit amillərinin əksəriyyəti dəyişdirilə bilən hesab edildiyindən, bu risk faktorlarını aradan qaldırmaq və yaxşılaşdırmaqla xəstəliyin qlobal yükünü azaltmaq üçün böyük bir fürsət var", - kardioloq Cheng-Han Chen bildirib.
Hematoloq və tibbi onkoloq Uael Harbın sözlərinə görə, dəyişdirilə bilən amillərin bioloji qocalmaya və vaxtından əvvəl ölümə nə dərəcədə təsir göstərməsi profilaktik strategiyaların vacibliyini vurğulayır:
“Növbəti məntiqi addım, əsas ekoloji amillərin qocalmanı sürətləndirdiyi və xəstəliklərə səbəb olduğu xüsusi mexanizmlərə daha dərindən baxmaq olardı. Siqareti tərgitmə proqramları, fiziki fəaliyyətin təşviqi və sosial-iqtisadi şəraitin yaxşılaşdırılması kimi müdaxilə strategiyalarına diqqət yetirən tədqiqatların, bu məruz qalmaların dəyişdirilməsinin həqiqətən bioloji qocalmanı yavaşlata biləcəyini və vaxtından əvvəl ölümü azalda biləcəyini təsdiqləməyə kömək edəcək ".
Tərcümə:
Ruslan KƏRİMOV
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654