Bu gün Azərbaycanda Elm Günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 09 aprel tarixli Sərəncamı ilə hər il 27 mart – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu gün ölkəmizdə “Elm günü” kimi qeyd olunur.
Azmedinfo.az akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin katibi Günel Məmmədovanın Elm Günündə Azərbaycan cərrahiyyə elminin nailiyyətləri və gələcək perspektivlərindən bəhs edən məqaləsini təqdim edir.
Məqalədə qeyd olunur ki, Elm Günü cəmiyyətin inkişafı və texniki tərəqqi üçün elmin əhəmiyyətini, onun insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasında və orta ömür müddətinin artırılmasında, eləcə də əlverişli mühitin qorunmasında müstəsna rolunu xatırlatmaq məqsədi daşıyır. Bu bayram həm də elmin müxtəlif sahələrində ölkəmizin əvəzolunmaz nailiyyətlərini və onları təmin edən dahi şəxsiyyətləri xatırlamaq üçün əlamətdar səbəbdir.
Azərbaycan tibb elmi tarixinin qədim dövrlərə gedib çıxan dərin köklərinin olması heç kəsə sirr deyil. Tarixi məxəzlərdən göründüyü kimi, qədim insanlar müalicə məqsədilə ölkəmizin florasına xas olan dərman bitkilərindən istifadə edirdilər. İnsan bədəninin müxtəlif yerlərində yaranan şişləri, sınıqları və s. primitiv üsullarla müalicə etməyi bacaran o dövrün azərbaycanlı həkimləri cərrahiyyə ilə də tanış idilər. AMEA-nın müxbir üzvü tanınmış arxeoloq İdeal Nərimanovun qədim insan məskənlərindən olan Çalağantəpə yaşayış yerində apardığı arxeoloji qazıntılar nəticəsində eramızdan əvvəl IV minilliyə (Enolit dövrü) aid və üzərində trepanasiya izləri olan insan kəlləsi tapıb. Daha sonra Daşkəsən rayonunun Xaçbulaq kəndində də Tunc dövrünün sonu və Dəmir dövrünün əvvəllərinə aid üzərində trepanasiya əməliyyatı aparılmış kəllə sümüyü aşkarlanıb.
Azərbaycanda kliniki cərrahiyyənin inkişafı ötən əsrin birinci yarısında Bakı Dövlət Universitetinin Tibb fakültəsinin, ardınca Tibb Universitetinin, habelə Bakıda fəaliyyət göstərən tibb müəssisələrində cərrahiyyə şöbələrinin yaradılması ilə əlaqələndirilir. 1922-23-cü illərdən başlayaraq cərrahiyyə üzrə yüksəkixtisaslı kadrların hazırlanması aparılıb.
1945-ci ildə yaradılan AMEA-nın təsisçiləri arasında 2 nəfərin – akademiklər Mir Əsədulla Mirqasımovun və Mustafa bəy Topçubaşovun simasında cərrahlarımızın təmsil olunması ürəkləri riqqətə gətirən qürur mənbəyidir. Xatırladaq ki, ilk azərbaycanlı alim-cərrah Mir Əsədulla Mirqasımov, eyni zamanda bu elm məbədinin ilk prezidenti olub. O, bu gün də elmi dəyərini saxlayan “Ümumi cərrahiyyə” dərsliyi ilə səhiyyə tarixinə öz adını ilk dərslik müəllifi kimi yazıb. “Qarın yatalağının cərrahiyyəsi” adlı fundamental əsəri ilə dünya səhiyyəsinə mühüm töhfə verib.
1934-cü ildə Azərbaycan SSR “Əməkdar elm xadimi” fəxri adına layiq görülən akademik Mir Əsədulla Mirqasımov elmin və Akademiyanın inkişafındakı xidmətlərinə görə “Lenin” və “Qırmızı Əmək Bayrağı” (2 dəfə), “Qırmızı Ulduz” orden və medalları ilə təltif edilib.
Qeyd etmək yerinə düşər ki, bu il Elm Günü akademik Mustafa bəy Topçubaşovun adını daşıyan Elmi Cərrahiyyə Mərkəzi üçün xüsusilə əlamətdardır. Çünki Azərbaycan səhiyyə və elmi ictimaiyyəti 2025-ci ildə AMEA-nın təsisçilərindən biri, 1951-ci ildən həyatının sonuna qədər Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini vəzifəsində işləmiş görkəmli cərrah-alim ictimai və dövlət xadimi M.Topçubaşovun 130 illik yubileyini qeyd edir.
Mustafa bəy Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efır-yağ narkozunu – analgeziya üsulunu kəşf edib. 1964-cü ildə tibb elminin inkişafında, xüsusilə analgezin inyeksiya üsulunun işlənib hazırlanmasında xidmətlərinə görə akademik Aleksandr Vişnevski adına xatirə medalı ilə mükafatlandırılıb.
Azərbaycanın SSRİ Dövlət mükafatı laureatı, əməkdar elm xadimi Mustafa bəy Topçubaşov Stalin mükafatına və “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb, Lenin ordeni, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalları, “Qızıl Ulduz” ordeni, “Şərəf nişanı”, “SSRİ sanitar müdafiəsi”, Qırmızı Əmək Bayrağı ordenləri, “SSRİ sanitar müdafiəsi əlaçısı” döş nişanı və Bolqarıstanın III dərəcəli “Kirill və Mefodiy” ordeni ilə təltif edilib.
Alimin 5 cildlik “Xüsusi cərrahiyyə” əsəri bu gün də cərrahların stolüstü kitabıdır.
Bu gün Azərbaycan səhiyyəsi və tibb elmi dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Ölkəmizdə davamlı və “yaşıl” səhiyyənin, “yaşıl” tibbin qurulması, möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsində ciddi addımlar atılır.
1961-ci ildə Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutu kimi fəaliyyətə başlamış Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, həmçinin ölkənin digər akademik və tibb qurumlarında akademiklər Zərifə Əliyeva, Mir Əsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Zülfüqar Məmmədov, Cəlil Hüseynov, Cahangir Abdullayev, Böyükkişi Ağayev, Adilə Namazova, Mustafa Topçubaşov, Fazil Qurbanov, əməkdar elm xadimləri Tamerlan Əliyev, Əziz Əliyev kimi səhiyyəmizə və tibb elmimizə əvəzsiz töhfələr verən dünya şöhrətli azərbaycanlı alimlərin yetirmələri tərəfindən elmi araşdırmalar günbəgün genişləndirilir.
Bu gün azərbaycanlı alimlər COP29-un mirası kimi yaşıl cərrahiyyə, müasir dünya elminin çağırışlarına cavab verən, süni intellektə söykənən rəqəmsal və robotik cərrahiyyə sahəsində fundamental tədqiqatlar aparırlar. Habelə əsrin bəlası xərçəng xəstəliyinin cərrahi müalicəsində HIPEC, PIPAC kimi innovativ üsulların uğurlu tətbiqini həyata keçirirlər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142