Səhiyyədə hüquqi xidmətlərə dair regional forum
25 Fevral 2025
788
TƏBİB-in dəstəyi və Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Səhiyyə xidmətlərində hüquqi yanaşma” mövzusunda regional forum keçirilib.
Azmedinfo.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan forumda səhiyyə və hüquq sistemlərinin qarşılıqlı əlaqəsi müzakirə olunub. Tədbirdə səhiyyə sahəsində hüquqi xidmətlərin təkmilləşdirilməsi, səhiyyə işçilərinin hüquqlarının qorunması və vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb.
Forumda TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Milli Məclisin Səhiyyə Komitəsinin nümayəndəsi Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Tahir Rzayev, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Elnara Muradova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin Aysel İbayeva, TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayon prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova, həmçinin 10 regiondan səhiyyə və hüquq sahəsində çalışan rəhbər şəxslər iştirak edib.
Forumun açılışında çıxış edən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev səhiyyədə hüquqi xidmətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, səhiyyə sisteminin effektivliyinə təsir edən amillərdən biri də tibbi personalın hüquqi biliklərinin artırılmasıdır. Bu səbəbdən də səhiyyə xidmətlərində hüquqi yanaşmaya diqqət ayrılmalı və bu istiqamətdə müntəzəm tədbirlər görülməlidir.
Daha sonra Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək səhiyyə və hüquq sisteminin birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. O, vurğulayıb ki, tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün hüquqi çərçivənin möhkəmləndirilməsi vacibdir.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxışında səhiyyə müəssisələrində hüquqi çərçivənin möhkəmləndirilməsi istiqamətində müntəzəm tədbirlərin görüldüyünü diqqətə çatdırıb və bildirib ki, səhiyyə sektorunda hüquqi məsələlərin həlli həm tibb işçiləri, həm də pasiyentlər üçün mühüm rol oynayır.
Milli Məclisin sədr müavini Rafael Hüseynov səhiyyənin hüquqi əsaslarla idarə olunmasının əhəmiyyətini qeyd edib, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması üçün normativ bazanın gücləndirilməsinin önəmindən danışıb.
Milli Məclisin Səhiyyə Komitəsinin nümayəndəsi Məlahət İbrahimqızı səhiyyədə hüquqi xidmətlərin gücləndirilməsinin hüquqi dövlət quruculuğunun tərkib hissəsi olduğunu vurğulayaraq qeyd edib ki, səhiyyə işçilərinin hüquqlarının qorunması və onların hüquqi biliklərinin artırılması əsas prioritetlərdən biridir.
Səhiyyə sistemində hüquqi mexanizmlərin inkişaf etdirilməsindən danışan digər millət vəkili Tahir Rzayev isə səhiyyədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün yeni islahatlara ehtiyac olduğunu xüsusi vurğulayıb.
Səhiyyə işçilərinin əmək hüquqlarının qorunmasının vacibliyindən bəhs edən Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova Elnara Muradova bildirib ki, tibbi personalın əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi onların fəaliyyətinin səmərəliliyinə birbaşa təsir edən amillərdəndir.
İcbari tibbi sığorta çərçivəsində hüquqi tənzimləmələrin əhəmiyyətindən danışan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin Aysel İbayeva isə bildirib ki, sığorta sisteminin effektiv işləməsi üçün hüquqi baza daim təkmilləşdirilməlidir.
Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova səhiyyədə hüquqi məsuliyyətin gücləndirilməsinin zəruriliyini vurğulayaraq bildirib ki, hüquqi tənzimləmələr səhiyyə işçilərinin məsuliyyətini artırmaqla yanaşı, onların hüquqlarının qorunmasına da xidmət etməlidir.
TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova səhiyyə sektorunda hüquqi məsələlərin tənzimlənməsi ilə bağlı mövcud problemləri qeyd edib və tibb müəssisələrində hüquqi maarifləndirmənin artırılmasının önəmindən danışıb.
Tədbirin sonunda səhiyyə-hüquq əməkdaşlığının gələcək perspektivləri bir daha nəzərdən keçirilib və bu mövzuda mütəmadi olaraq forumların təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261096
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261050
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261022
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261022
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026944
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026926
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026926
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026926
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026918
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026916
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026888
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026880
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026856
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026782
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026758
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026740
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026732