Azərbaycan Tibb Universitetində (ATU) yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azmedinfo.az-a verilən məlumata görə, tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli yeni tədris ili münasibətilə professor-müəllim heyətini, tələbələri və valideynləri təbrik edib.
Rektor xüsusilə I kurs tələbələrinə müraciət edərək onların bu gün Azərbaycan Tibb Universitetinin böyük ailəsinə qoşulduqlarını vurğulayıb. O bildirib ki, tələbə, xüsusilə də ATU tələbəsi adını qazanmaq böyük zəhmət, əzmkarlıq və fədakarlıq tələb edir.
"Əziz I kurs tələbələri, siz bu gün həyatınızda ilk dəfə Bilik gününü tələbə adını daşıyaraq, Tibb Universitetinin ərazisində, ATU ailəsinin üzvü kimi qarşılayırsınız. Bu münasibətlə sizi və ailələrinizi, valideynlərinizi ürəkdən təbrik edirəm", – deyə rektor bildirib.
Gəray Gəraybəyli bu il universitetə qəbul olunan tələbələrin yüksək nəticələri ilə seçildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ATU-ya qəbul olunan gənclər ölkə üzrə ən yüksək nəticə göstərən abituriyentlər sırasında yer alıblar.
ATU-nun 96 illik tarixə malik olduğunu qeyd edən rektor universitetin məzunlarının Azərbaycan səhiyyəsinin və elminin inkişafında mühüm rol oynadığını, onların ölkəmizi dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etdiklərini bildirib.
Universitetin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan rektor Ulu Öndər Heydər Əliyevin ATU-ya səfərlərini xatırladıb. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu sosial və gənclər siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Rektor tibb təhsili və səhiyyənin, eləcə də gənclərin inkişafının dövlət siyasətində xüsusi yer tutduğunu bildirib. O, ATU-nun tədris klinikalarının təməlqoyma və açılış mərasimlərində dövlət başçısının və Birinci vitse-prezidentin iştirakını universitetə göstərilən diqqətin mühüm göstəricisi kimi dəyərləndirib.
Gəray Gəraybəyli, həmçinin I kursa qəbul olunan tələbələrin böyük əksəriyyətinin dövlət hesabına təhsil alacağını diqqətə çatdırıb və dövlət hesabına təhsil alan tələbələrin sayının ildən-ilə artdığını bildirib: "Bir daha sizi tələbə adı qazandığınıza görə ürəkdən təbrik edirəm. Tam əminəm ki, sizin iştirakınızla universitetimizin gələcək inkişafı daha da parlaq olacaq".
Daha sonra tələbələr adından ATU-ya 700 balla qəbul olunan Samir Tağızadə, Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva və Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyevin qızı Rəhilə Mirzəyeva çıxış ediblər. Tələbələr qazandıqları uğurda ailələrinin və müəllimlərinin böyük rolunu qeyd edib, göstərilən dövlət qayğısına görə təşəkkürlərini bildiriblər.
Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov da tədbirdə çıxış edərək həkimlik kimi şərəfli və məsuliyyətli peşəni seçən gənclərə uğurlar arzulayıb.
Ardınca tələbələrin həkimliyi - təmizlik, peşəkarlıq, etibar və məsuliyyəti simvolizə edən ağ xalat geyinmə mərasimi baş tutub. Samir Tağızadə, Ayan Niftəliyeva və Rəhilə Mirzəyevanın həkim kimi ilk xalatları professor Gəray Gəraybəyli tərəfindən geyindirilib.
Tədbirin sonunda rektor yüksək bal toplayaraq ATU-ya qəbul olunan tələbələrə xatirə hədiyyələri təqdim edib.
-
İkili orqan transplantasiyası: Müasir tibbin mürəkkəb xilasetmə missiyasıƏn çox oxunanlar10 Sentyabr 2026310
-
Varlığa dörd fərqli baxışƏn çox oxunanlar12 Sentyabr 2026236
-
İnfarkt baş verməmiş risk görünür - Professor müasir kardiologiyanın imkanlarından bəhs etdiƏn çox oxunanlar10 Sentyabr 2026210
-
Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır - Regionlarda elmi-praktik seminarlarƏn çox oxunanlar13 Sentyabr 2026210
-
Azərbaycanda kök hüceyrə transplantasiyası sahəsində yeniliklər və dövlət dəstəyiƏn çox oxunanlar18 Sentyabr 2026206
-
Gözlər qaranlıqdan işığa niyə dərhal uyğunlaşmır?Ən çox oxunanlar13 Sentyabr 2026204
-
Bakıda ana və uşaq sağlamlığına həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcəkƏn çox oxunanlar11 Sentyabr 2026200
-
İqlim böhranı səhiyyə böhranına çevrilir Azərbaycan sağlamlıq risklərinə qarşı tədbirlər görürƏn çox oxunanlar10 Sentyabr 2026198
-
SABİQUN KİMLƏRDİR?Ən çox oxunanlar10 Sentyabr 2026196
-
Ekspert: İİV illərlə simptomsuz keçə bildiyi üçün vaxtında müayinə və müalicəyə sadiqlik həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar12 Sentyabr 2026188
-
Boğaz və qulaq ağrısı zamanı hansı hallarda həkimə müraciət edilməlidir?Ən çox oxunanlar14 Sentyabr 2026188
-
MƏZHƏB DİN DEYİLƏn çox oxunanlar14 Sentyabr 2026178
-
Başgicəllənməsinin gizli səbəbi - Qulaq kristallarının qaçması nədir?Ən çox oxunanlar14 Sentyabr 2026176
-
NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRHƏn çox oxunanlar17 Sentyabr 2026174
-
Şəhər yaşıllıqları niyə səhiyyə infrastrukturunun bir hissəsinə çevrilməlidir?Ən çox oxunanlar11 Sentyabr 2026170
-
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşübƏn çox oxunanlar11 Sentyabr 2026170
-
Əməvi ideologiyasının Hz. Əli haqqında yaratdığı iftiralarƏn çox oxunanlar15 Sentyabr 2026170
-
MÜAVİYƏ — QURANA ZİDD SİSTEMİN BANİSİƏn çox oxunanlar13 Sentyabr 2026166
-
QURANDA İSLAMI KÖKÜNDƏN DƏYİŞƏN SƏHV YOZUMLARƏn çox oxunanlar16 Sentyabr 2026166
-
12 sentyabr – Ümumdünya İlk Tibbi Yardım GünüdürƏn çox oxunanlar12 Sentyabr 2026164