Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 09:10
Əlaqə vasitələri
Bizimlə əlaqə
Azərbaycan pulmonoloqları Barselonada beynəlxalq konqresdə elmi nəticələrini təqdim ediblər
20 Sentyabr 2026
38
Azərbaycan pulmonoloqları Barselonada beynəlxalq konqresdə elmi nəticələrini təqdim ediblər
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşları və dissertantları İspaniyanın Barselona şəhərində keçirilən Avropa Respirator Cəmiyyətinin Beynəlxalq Konqresində ölkəmizi uğurla təmsil ediblər.
 
Azmedinfo.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən tənəffüs sistemi xəstəlikləri üzrə aparıcı mütəxəssislərin, alimlərin, tədqiqatçıların və səhiyyə sahəsində çalışan peşəkarların bir araya gəldiyi mötəbər elmi tədbirdə İnstitutun nümayəndələri pulmonologiya, respirator xəstəliklərin müasir diaqnostikası, müalicəsi və elmi-tədqiqat istiqamətləri üzrə aktual mövzuların müzakirəsində iştirak ediblər.
 
Konqres çərçivəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşları və dissertantları tərəfindən elmi məruzələr və təqdimatlar nümayiş etdirilib, aparılan elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.
 
İnstitutun nümayəndə heyətinə baş direktorun müalicə işləri üzrə müavini Gülzar Əliyeva rəhbərlik edib.
 
Beynəlxalq konqresdə iştirak İnstitutun elmi və praktiki fəaliyyətinin beynəlxalq platformalarda təqdim olunması, qabaqcıl təcrübələrin öyrənilməsi, xarici həmkarlarla elmi əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli olmuşdur.
 
Tədbir çərçivəsində keçirilən elmi sessiyalar, panel müzakirələri və praktiki təqdimatlar zamanı respirator xəstəliklərin müasir müalicə yanaşmaları, innovativ diaqnostika üsulları və elmi tədqiqatların nəticələri ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.
Ən çox oxunanlar