Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıb
08 Oktyabr 2026
356
Türk Dünyası Parlamentarilər Vəqfinin Elmi Şurasının nümayəndə heyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində olub və tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Mərkəzin sədri Dr. Yeganə Abbasova ilə Türk Dünyası Parlamentarilər Vəqfinin Elmi Şurasının sədri Prof. Dr. Səlçuk Kılıç arasında imzalanıb.
Azmedinfo.az xəbər verir ki, görüş çərçivəsində səhiyyə, elm, təhsil və digər əlaqəli sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, birgə elmi tədqiqatların, mütəxəssis mübadiləsinin və müasir elmi layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Memorandumun əsas istiqamətlərindən biri milli genomika və biobank infrastrukturunun inkişaf etdirilməsidir. Bu çərçivədə TürkTransplant, HLA və digər genomik tədqiqatların aparılması, qabaqcıl molekulyar diaqnostikanın tətbiqi və fərdiləşdirilmiş səhiyyənin inkişafına xidmət edəcək milli genomik məlumat və biobank infrastrukturunun yaradılması nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində kök hüceyrə laboratoriyasının yaradılmasına, müasir laboratoriya infrastrukturunun formalaşdırılmasına və tədqiqat imkanlarının genişləndirilməsinə də dəstək göstərilməsi planlaşdırılır.
Digər mühüm istiqamət Mərkəzi Core Laboratoriya infrastrukturunun inkişaf etdirilməsidir. Azərbaycanın bütün rayonlarını əhatə edəcək vahid laboratoriya imkanlarının yaradılması, nümunələrin mərkəzi laboratoriyada toplanaraq emal edilməsi müayinələrin daha səmərəli və xərc baxımından optimal təşkili ilə yanaşı, nəticələrin daha qısa müddətdə əldə olunmasına imkan verəcək.
Prof. Dr. Səlçuk Kılıç memorandumun əhəmiyyətindən bəhs edib. O bildirib ki, sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə və elm sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün mühüm zəmin yaradır. Prof. Dr. Səlçuk Kılıç elmi əməkdaşlığın uzunmüddətli tədqiqat əlaqələrinin və ortaq elmi təşəbbüslərin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Dr. Yeganə Abbasova çıxışında memorandum çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin əhəmiyyətini vurğulayıb. Dr. Yeganə Abbasova bildirib ki, əməkdaşlığın əsas hədəflərindən biri əldə olunan elmi potensialın praktik səhiyyəyə tətbiqinə imkan verən davamlı mexanizmlərin formalaşdırılmasıdır.
Mərkəz rəhbəri xüsusilə orqan donorluğu və transplantasiya sahəsində elmi yanaşmaların inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
İmzalanan Anlaşma Memorandumu Azərbaycan və Türkiyə arasında səhiyyə və elm sahəsində əməkdaşlığın inkişafı üçün institusional çərçivə yaradır. Sənəd birgə tədqiqatların, mütəxəssis mübadiləsinin və müasir elmi layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Oktyabr 2026510
-
Pediatr alim milli pediatriyanın ictimai səhiyyənin inkişafına töhfələrindən bəhs edibƏn çox oxunanlar02 Oktyabr 2026482
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026358
-
Pediatrik bioetika və süni intellektin etik məsələləri beynəlxalq konfransda təhlil edilibƏn çox oxunanlar05 Oktyabr 2026354
-
Azərbaycanın orqan transplantasiyası sahəsində hüquqi və bioetik təcrübəsi beynəlxalq konqresdə təqdim olunubƏn çox oxunanlar02 Oktyabr 2026292
-
İnsan olmaq üçün müsəlman yox, müsəlman olmaq üçün gərək insan olasanƏn çox oxunanlar03 Oktyabr 2026212
-
Həzm problemləri ürək ritminə necə təsir edə bilər?Ən çox oxunanlar30 Sentyabr 2026200
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 2026194
-
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıbƏn çox oxunanlar07 Oktyabr 2026182
-
Qadın Sağlamlığı Mərkəzi yeni ultrasonoqrafiya kursu təqdim edirƏn çox oxunanlar30 Sentyabr 2026180
-
Onlar Allahı layiqincə dərk etmədilərƏn çox oxunanlar05 Oktyabr 2026168
-
TƏBİB və ABŞ şirkəti arasında süni intellekt və rəqəmsal səhiyyə üzrə əməkdaşlıq müzakirə olunubƏn çox oxunanlar30 Sentyabr 2026168
-
Səqifədən sonra Quranın ilahi nazilolma nizamının dəyişdirilməsində məqsəd nə idi?Ən çox oxunanlar02 Oktyabr 2026160
-
ÜST: son 6 ildə taunun təsdiqləndiyi 6 ölkədə 423 nəfər həyatını itiribƏn çox oxunanlar01 Oktyabr 2026160
-
Gənc cərrahlar minimal invaziv ürək əməliyyatının müasir üsullarını öyrəniblərƏn çox oxunanlar01 Oktyabr 2026160
-
Azərbaycan və Özbəkistan mütəxəssisləri pediatriya və uşaq cərrahiyyəsi sahəsində təcrübə mübadiləsi aparıblarƏn çox oxunanlar03 Oktyabr 2026158
-
Din birdir - İslamƏn çox oxunanlar06 Oktyabr 2026148
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edibƏn çox oxunanlar05 Oktyabr 2026144
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026144
-
Hamiləlikdə emosional dəyişikliklər normaldırmı? – Mütəxəssis mühüm məqamlara aydınlıq gətirirƏn çox oxunanlar03 Oktyabr 2026142