Tütünçəkmə nəticəsində hər gün ətraf mühitə 10 milyard toksik siqaret kötüyü atılır - Tədbir
20 Fevral 2025
682
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSIM) tərəfindən Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıqla təşkil edilən tədbirin əsas məqsədi gənc nəsli tütünçəkmənin zərərli təsirləri ilə bağlı bir daha maarifləndirmək, sağlam həyat tərzi barədə ətraflı məlumatlandırmaq olub.
Azmedinfo.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin baş mütəxəssisi Həmid Əliyev giriş sözü ilə çıxış edərək, ölkəmizdə gənclərin xüsusi qayğı ilə əhatə olunduğunu, yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açan İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva bildirib ki, ölkəmizdə tətbiq olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun mahiyyəti tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının mühafizəsidir. O, gəncləri tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmağa, tütündən istifadənin azaldılması istiqamətində ölkəmizdə aparılan təbliğat və təşviqat işlərinə töhfə verməyə çağırıb.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək, tütünün insan orqanizminə və ətraf mühitə zərərli təsiri barədə ətraflı məlumat verib: “Yanan siqaret 7 mindən çox müxtəlif kimyəvi maddə, o cümlədən 70-dən çox xərçəng xəstəliyi yaradan maddə istehsal edir. Tütünçəkmə nəticəsində hər gün ətraf mühitə 10 milyard toksik siqaret kötüyü atılır və il ərzində siqaret kötüklərindən 770 min ton tullantı əmələ gəlir”. T.Musayev tütünçəkmə ilə mübarizədə dövlətin dəstəyini, qəbul olunan qanunların və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Yekunda iştirakçıların sualları cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən sağlamlığın qorunması və sağlam həyat tərzi barədə geniş çeşiddə maarifləndirici materiallar paylanılıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654