Dr. Rəşad Mahmudov: Cəmiyyətin gələcək sağlamlığı ortaq məsuliyyətimizdir
08 Mart 2026
378
1980-ci illərdə uşaqlıq oynamaq, ip atlamaq, top dalınca qaçmaq və gün batana qədər açıq havada dostlarla birlikdə vaxt keçirmək demək idi. Bu oyunlar sadəcə əyləncə deyildi. Onlar uşaqların sağlam böyüməsinin, güclü metabolizmin, ürək-damar sisteminin və ümumi fiziki inkişafın təbii bir hissəsi idi...
Azmedinfo.az Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d., ürək-damar cərrahı Rəşad Mahmudovun böyüməkdə olan uşaqlarımızın gələcəyi və sağlamlıqları haqqında fikirlərini izləyiciləri ilə paylaşır:
"Bu gün texnologiya həyatımızı asanlaşdırsa da, uşaqların həyatında fərqli bir reallıq yaradıb. Hərəkətin yerini ekranlar, oyun meydançalarının yerini isə telefonlar və planşetlər almağa başlayıb. Uşaqların enerjisi hərəkətlə deyil, getdikcə daha çox passiv şəkildə sərf olunur. 1980 də uşaq olan insanlar bu gün təxminən 40–50 yaşlarındadır. Həmən yaşda olanlar artan xərçəng, metabolik və ürək-damar xəstəlikləri ilə bağlı narahatlıqlarını tez-tez dilə gətirirlər. Amma unutmayaq ki, həmin nəsil ən azından daha aktiv uşaqlıq dövrü yaşamışdı. Buna baxmayaraq, müasir dövrün qidalanması, süni qidaların artması, stres, zərərli vərdişlər və passiv həyat tərzi xəstəliklərin artmasına ciddi təsir göstərdi. İndi isə daha ciddi bir sual ortaya çıxır. Əgər artıq indiki uşaqlıq dövrü belə passivləşirsə, yəni enerjisini istifadə etməyən, metabolik sistemləri erkən yaşlardan pozulan bir nəsil formalaşırsa, üstəlik qidalanmanın qlobal miqyasda getdikcə daha çox sənayeləşdiyi bir dövrdə yaşayırıqsa, o zaman gələcək onilliklərdə bizi hansı tibbi və sosial problemlər gözləyə bilər?
Məsələyə riyazi və epidemioloji baxışla yanaşdıqda ortaya çıxan mənzərə olduqca ciddi və düşündürücüdür. Bu artıq təkcə bir ailənin problemi deyil. Bu, bütövlükdə cəmiyyətin gələcək sağlamlığı məsələsidir.
Valideynlər, müəllimlər, həkimlər və qərar verən insanlar olaraq bu reallığı bu gündən dərk etməliyik. Hər bir dəyişiklik isə ilk növbədə evdən və məktəbdən başlayır. Uşaqlarımızı hərəkətə təşviq etmək, açıq havaya yönəltmək və sağlam həyat tərzini gündəlik həyatın bir hissəsinə çevirmək bizim ortaq məsuliyyətimizdir. Çünki bəzən ən böyük tibbi xidmət xəstəlikləri müalicə etmək deyil, uşaqların xəstəliklərdən uzaq, aktiv və sağlam böyüməsinə imkan yaratmaqdır."
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Askaridoz nədir? Parazitoloq xəstəliklə bağlı vacib məqamları açıqlayıbƏn çox oxunanlar20 Avqust 2026256
-
“Cüməniz mübarək!” — Quran nə deyir, mövhumat nə əlavə edir?Ən çox oxunanlar20 Avqust 2026220
-
Qədir-Xumdan Kərbəlaya gedən yolƏn çox oxunanlar18 Avqust 2026206
-
Yezidin qeyri-legitim hakimiyyəti üç böyük qanlı faciə ilə tarixə yazıldıƏn çox oxunanlar17 Avqust 2026200
-
Böyümüş limfa düyünləri hər zaman təhlükəlidirmi?Ən çox oxunanlar19 Avqust 2026190
-
Erkən müalicə həyat qurtarır – Kardiologiya İnstitutundan maarifləndirici videoçarxƏn çox oxunanlar20 Avqust 2026188
-
Hepatit B və C-dən qorunmağın yolları - Mütəxəssisdən vacib çağırışƏn çox oxunanlar20 Avqust 2026182
-
QURANDA QƏZA VƏ QƏDƏRƏn çox oxunanlar22 Avqust 2026178
-
Şəkərli diabetdə damarları və orqanları qoruyan həyati qida komponenti – Mütəxəssislərdən xəbərdarlıqƏn çox oxunanlar18 Avqust 2026176
-
Antibiotiklərdə həkim nəzarəti niyə şərtdir?Ən çox oxunanlar19 Avqust 2026168
-
Gənc invaziv kardioloqların nəzərinə: “Mürəkkəb Klinik Hallar” sessiyasına müraciət başladıƏn çox oxunanlar18 Avqust 2026168
-
Səfərbərlik Xidməti həkim və tibb mütəxəssislərinin işə qəbulunu elan edir — VAKANSİYALARƏn çox oxunanlar17 Avqust 2026164
-
MERAC VƏ BEŞ VAXT NAMAZƏn çox oxunanlar21 Avqust 2026162
-
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atırƏn çox oxunanlar21 Avqust 2026158
-
Ümumdünya Səhiyyə Təşkilatından qırmızıca xəbərdarlığı - Peyvəndlənmə səviyyəsi təhlükəli dərəcədə aşağıdırƏn çox oxunanlar17 Avqust 2026158
-
BMT: Qəzza ən çox humanitar yardım işçisinin həlak olduğu bölgə olaraq qalırƏn çox oxunanlar19 Avqust 2026158
-
Məktəblilərin sağlamlığı və dərslərdə uğurun sirri - Uzman pediatr Telman Aytayevdən vacib tövsiyələrƏn çox oxunanlar18 Avqust 2026158
-
IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul planı açıqlandı – 5 mindən çox yerƏn çox oxunanlar18 Avqust 2026158
-
“Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin FərmanıƏn çox oxunanlar22 Avqust 2026154
-
Təsadüfən aşkarlanan təhlükə: Nodulyar qastrit nədir və necə müalicə olunur?Ən çox oxunanlar17 Avqust 2026152