Bakı Sağlamlıq Mərkəzi (BSM) Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sisteminə (TRƏS) uğurla inteqrasiya olunub. Nəticədə mərkəzdə son illər ərzində toplanmış 3,5 milyondan artıq tibbi məlumat vahid elektron platformaya köçürülərək vətəndaşların fərdi elektron sağlamlıq tarixçələrinə daxil edilib.
Aztibb.az Səhiyyə Nazirliyinin məlumatına istinadən yazır ki, bu inteqrasiya Azərbaycanda rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir. BSM-də formalaşan tibbi məlumatlar vahid TRƏS sistemində toplanacaq ki, bu da həkimlər, həm də pasiyentlər üçün tibbi məlumatlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
TRƏS vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması, emalı və idarə olunmasını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır. TRƏS laborator müayinələr və həkimə təkrar müraciətləri azaltmağa imkan verir. Bundan əlavə, sistem dövlət və özəl tibb müəssisələrində formalaşan aktual tibbi məlumatların həkimlər üçün əlçatan olmasını təmin edir, müalicənin təyin olunması zamanı daha dəqiq klinik qərarların qəbulunu dəstəkləyir, tibbi yardımın fasiləsizliyinə töhfə verir və səmərəliliyini artırır.
BSM-də tibbi xidmətlərin idarəolunması Xəstəxana İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Bu sistemdəki göstəricilər tibbi məlumat mübadiləsi üzrə beynəlxalq HL7 FHIR standartına uyğunlaşdırılıb. İnteqrasiya nəticəsində mərkəzin arxiv məlumatları vahid sistemə köçürülüb, bundan sonra isə bütün yeni tibbi məlumatlar real vaxt rejimində avtomatik olaraq TRƏS-ə ötürüləcək.
BSM-in icraçı direktoru Asiman Həsənov qeyd edib ki, TRƏS platformasına inteqrasiya müəssisənin rəqəmsal transformasiyasında mühüm mərhələdir: “Bu sistem pasiyentlərin tibbi məlumatlarının vahid elektron xəstəlik tarixçəsində saxlanılmasını, eləcə də onların həyatı boyu toplanan tibbi məlumatlara operativ və təhlükəsiz çıxışın təmin edilməsini mümkün edəcək. Nəticədə tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artacaq”.
TRƏS-ə giriş dövlət rəqəmsal identifikasiya platforması olan “myGov ID” vasitəsilə həyata keçirilir. Bu yanaşma istifadəçilərin etibarlı identifikasiyasını və autentifikasiyasını təmin edir, sistemə təhlükəsiz çıxışı və şəxsi tibbi məlumatların yüksək səviyyədə qorunmasını təmin edir.
Hazırda Səhiyyə Nazirliyi digər dövlət və özəl tibb müəssisələrinin də TRƏS-ə mərhələli şəkildə qoşulmasını davam etdirir.
Bu inteqrasiya Azərbaycanın rəqəmsal səhiyyəsinin inkişafına mühüm töhfə verəcək, həkimlər və vətəndaşlar üçün toplanmış tibbi məlumatlara geniş çıxış imkanları yaradacaq, daha müasir, şəffaf və əlçatan tibbi xidmətlərin göstərilməsinə şərait yaradacaq
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654