Quran mətnləri arasında kəlmə sayının azlığı ilə məna yükünün böyüklüyü arasındakı ən heyrətamiz tənasüb məhz 103-cü surədə — "Əl-Əsr"də özünü göstərir. Cəmi üç qısa ayəyə sığdırılmış bu fundamental xitab insanın dünyadakı mövqeyini dəqiqləşdirən bütöv bir həyat fəlsəfəsi təqdim edir.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Surə insanın zaman içindəki vəziyyətini və qurtuluş şərtlərini göstərir:
1. Əsrə and olsun!
2. Həqiqətən, insan ziyan içindədir.
3. Yalnız iman gətirənlər, saleh əməllər edənlər, bir-birinə haqqı tövsiyə edənlər və bir-birinə səbri tövsiyə edənlərdən başqa.
Burada diqqətçəkən məqam budur ki, Quran insanın xilasını yalnız “iman edirəm” deməklə məhdudlaşdırmır və dörd bir-biri ilə bağlı şərt göstərir:
İman → saleh əməl → haqq → səbir.
Yəni iman insanın daxilində qalan sadəcə etiqad deyil, saleh əməldə görünməli, insan haqqı müdafiə etməli və haqq yolunda səbirli olmalıdır.
“İnsan ziyan içindədir” nə deməkdir?
“Əsr” burada zamanı, zamanın keçməsini xatırladan çox güclü bir ifadədir. İnsan üçün verilmiş ömür geri qayıtmayan sərmayədir. Hər keçən an insanın ömründən gedir. Əgər bu zaman iman, yaxşı əməl, haqq və səbir istiqamətində istifadə edilmirsə, insan nəticədə itkidədir.
Deməli, surənin məntiqi belədir: Zaman keçir → insanın ömrü azalır → deməli, insan özünü boşuna xərcləyirsə, ziyan edir.
Lakin Quran bu ziyan vəziyyətindən çıxış yolunu da dərhal göstərir.
Ən mühüm məqam
Surə “xilas olanlar”ı fərdi şəkildə deyil, bir-birinə münasibətləri ilə birlikdə təqdim edir:
iman gətirirlər;
saleh əməl edirlər;
haqqı bir-birlərinə tövsiyə edirlər;
səbri bir-birlərinə tövsiyə edirlər.
Beləliklə, "Əl-Əsr" surəsi insanın zaman qarşısında daşıdığı məsuliyyəti, imanın saleh əmələ çevrilməsini, haqqın müdafiəsini və bu yoldakı səbri özündə ehtiva edən yığcam bir həyat proqramıdır.
İnsan üçün ən böyük sərvət zamandır, onu iman, saleh əməl, haqq və səbirə çevirməyən insan ömrünü ziyana çevirmiş olur.
Quranın fəlsəfəsi: Giriş, ideya, məzmun və süjet xətti
Quranı yalnız dini hökmlər və ibadət qaydaları toplusu kimi təqdim etmək onun mahiyyətini kiçiltməkdir. Quran insanı yalnız nəyə inanmağa deyil, varlığı necə anlamağa, həqiqəti necə dərk etməyə, necə yaşamağa və insan olaraq hansı məsuliyyəti daşımağa çağırır.
Bu mənada Quranı fəlsəfədən ayrı təsəvvür etmək düzgün yanaşma deyil. Çünki fəlsəfənin əsas sualları — Varlığın mənbəyi nədir? Həqiqət nədir? İnsan kimdir? Həyatın mənası nədir? Doğru həyat necə olmalıdır? — Quranın düşüncə sisteminin də əsas suallarıdır.
Lakin Quranın fəlsəfəsi insanın qurduğu mücərrəd bir sistem deyil. Onun başlanğıc nöqtəsi insan deyil, Allahdır, son məqsədi isə insanın özünü və dünyanı bu ilahi həqiqət əsasında dərk etməsidir.
Bu baxımdan Quranın fəlsəfi bütövlüyünü dörd əsas anlayışla ifadə etmək olar:
Əl-Maun — Quranın qapısı (girişi);
Əl-İxlas — Quranın ideyası;
Əl-Əsr — Quranın məzmunu;
Ayətül-Kürsi — Quranın ideya və məzmununun ana xətti.
Əl-Maun — Quranın qapısı
Əl-Maun surəsi Quranın dünyasına daxil olmaq üçün mühüm bir qapı açır.
Surə insanın dini iddiasını onun real davranışı ilə qarşılaşdırır. Yetimi itələmək, miskinə yardım etməyə təşviq etməmək, ibadəti nümayişə çevirmək və ən adi yardımı belə əsirgəmək insanın mənəvi vəziyyətini ortaya qoyur.
Burada Quran çox mühüm bir meyar qoyur: İman insan həyatında nəticə yaratmalıdır.
Deməli, Quranın qapısından daxil olmaq sadəcə “inanıram” deməklə mümkün deyil. İman insanın münasibətlərində, əxlaqında, ədalətində və əməlində görünməlidir.
Əl-Maun buna görə Quranın əxlaqi qapısıdır, insanı sözlərdən əməllərə keçirir.
Əl-İxlas — Quranın ideyası
Quranın ideyasının mərkəzində Tövhid dayanır.
Əl-İxlas surəsi bunu son dərəcə yığcam şəkildə ifadə edir:
“De: O Allah birdir. Allah Saməddir. O, doğmamış və doğulmamışdır. Heç bir şey Ona tay deyil.” (112:1–4)
Bu, sadəcə Allah haqqında məlumat deyil. Bu, bütün Quran dünyagörüşünün təməl prinsipidir.
Allah birdir, mütləq hakimiyyət də Ona məxsusdur. Deməli, insanın qarşısında çoxsaylı ilahlar, mütləq hakimlər və müqəddəsləşdirilmiş insan iradələri ola bilməz.
Tövhid insanı həm də azadlaşdırır, yəni insan yaradılmışa qul deyil, Yaradanın qarşısında məsul varlıqdır.
Beləliklə, Əl-İxlas Quranın ideyasını — Tövhidi ifadə edir.
Əl-Əsr — Quranın məzmunu
Əl-Əsr surəsi cəmi üç ayə ilə insan həyatının əsas problemini və çıxış yolunu göstərir:
“Əsrə and olsun! Həqiqətən, insan ziyan içindədir. Yalnız iman gətirib saleh əməl edənlər, bir-birinə haqqı tövsiyə edənlər və səbri tövsiyə edənlər istisnadır.” (103:1–3)
Burada Quranın ideyası insan həyatının məzmununa çevrilir.
İnsan zaman içində yaşayır. Zaman isə geri qayıtmır. Buna görə insanın əsas problemi ömrünü nəyə çevirdiyidir.
Quranın cavabı dördlükdə cəmlənir:
İman → saleh əməl → haqq → səbir.
İman daxili başlanğıcdır. Saleh əməl onun həyatda görünən formasıdır. Haqq onu cəmiyyətə daşıyır. Səbir isə bu yolda davamlılığı təmin edir.
Deməli, Əl-Əsr Quranın ideyasının insan həyatında açılmış məzmunudur.
Ayətül-Kürsi — ideya və məzmunun əsas sujet xətti
Bəs Tövhid ideyası ilə insanın həyat məzmununu birləşdirən əsas xətt nədir?
Burada Ayətül-Kürsi — Bəqərə 2:255 — xüsusi fəlsəfi əhəmiyyət daşıyır.
Ayə Allahı “Ondan başqa ilah olmayan”, “Diri və Qəyyum” kimi təqdim edir. Göylərdə və yerdə olanların Ona məxsus olduğunu, Onun hər şeyi bildiyini, qüdrət sahibi olduğunu, hökmünün hər şeyi əhatə etdiyini bildirir.
Beləliklə, burada Quranın bütün düşüncə sistemini hərəkətə gətirən əsas münasibət belədir: Allah → varlıq → insan → məsuliyyət.
Allah mütləq həqiqətdir və hakimiyyətdir. İnsan isə bu varlıq nizamının içində yaşayan və seçimlərinə görə məsuliyyət daşıyan varlıqdır.
Bu baxımdan Ayətül-Kürsi Quranın ideya və məzmun vəhdətinin fəlsəfəsi kimi oxunur.
Quranın bütöv fəlsəfi mənzərəsi
Beləliklə, dörd məqam bir-birini tamamlayır:
Əl-Maun → Qapı
İnsanı sözün deyil, əməlin meyarına gətirir.
Əl-İxlas → İdeya
Bütün düşüncənin təməlini — Tövhidi müəyyən edir.
Əl-Əsr → Məzmun
Bu ideyanın insan həyatında necə yaşanacağını göstərir.
Ayətül-Kürsi → Ana xətti
Allahı varlığın, həqiqətin və hökmün mərkəzinə qoyaraq ideya ilə məzmunu vəhdətidir.
Belə oxunuşda Quran yalnız “inanılacaq şeylər” kitabı deyil. O, insanın varlığa, Allaha, özünə, başqa insanlara və həyata münasibətini müəyyən edən bütöv fəlsəfi dünyagörüşdür.
Quranın fəlsəfəsini bir cümlədə belə ifadə etmək olar:
Allah mütləq həqiqət və tək hakimdir, insan isə bu həqiqəti dərk edib iman, saleh əməl, haqq və səbir vasitəsilə həyatında gerçəkləşdirməklə öz varlığının mənasını tapır.
Bu baxımdan Əl-Maun Quranın qapısını açır, Əl-İxlas onun ideyasını bəyan edir, Əl-Əsr həmin ideyanın məzmununu açır, Ayətül-Kürsi isə ideya ilə məzmunun hərəkət etdiyi ilahi xətti göstərir.
Beləliklə, Quranın fəlsəfəsi kənardan Qurana əlavə edilən bir fəlsəfə deyil, Quranın özünün varlıq, insan və həyat haqqında qurduğu düşüncə sistemidir.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261100
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654