Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə çərçivəsində regionlarda silsilə elmi-praktik seminarlar uğurla keçirilib.
Azmedinfo.az xəbər verir ki, layihənin əsas məqsədi hemofiliya və digər qanın laxtalanma pozuntularının müasir müalicəsi sahəsində həkim və xüsusilə orta tibb işçilərinin bilik və bacarıqlarını artırmaq, beynəlxalq təcrübəyə əsaslanan yanaşmaları (o cümlədən ev şəraitində müalicə və profilaktika modelini) təşviq etməkdir. Bununla pasiyentlərin həyat keyfiyyəti yüksəldilir, uşaqların fiziki məhdudiyyət və əlillik yaranmadan sağlam böyüməsinə töhfə verilir. Tibb bacıları pasiyentin vəziyyətinin izlənilməsi, vaxtında müdaxilə və həkimlə pasiyent arasında effektiv əlaqənin qurulmasında mühüm rol oynayır.
Seminarlar Gəncə Şəhər Birləşmiş (26 avqust 2026) Xəstəxanasında, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında (25 avqust 2026), Sumqayıt Tibb Mərkəzində (21 avqust 2026) və Quba Rayon Mərkəzi Xəstəxanasında (18 avqust 2026) təşkil olunub.
Hər bir tədbirdə yerli xəstəxana rəhbərləri açılış sözü söyləyərək maarifləndirici tədbirlərin, peşəkar əməkdaşlığın və regionlarda müalicə əlçatanlığının əhəmiyyətini vurğulayıblar. Elmi hissədə əsasən eyni mütəxəssis heyəti çıxış edib.
Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov – “Beynəlxalq təcrübəyə əsaslanan evdə müalicənin tətbiqi və faydası”, Respublika Klinik Xəstəxanasının hematoloqları (Aytac Novruzova və ya Ələmdar Cəfərzadə) – “Hemofiliyanın multidissiplinar müalicə modeli”, Sumqayıt Hospitalının baş tibb bacısı Mirvarid Siracova – “Hemofiliyanın müalicəsində tibb bacısının rolu”, MediClub mütəxəssisləri (Məhəmməd Kərimli və ya Mətin Mahmudov) – “Xarici və daxili qanaxmalar zamanı təcili tibbi yardım” mövzularında təqdimat ediblər.
Seminarların yekununda qanaxmaların qarşısının alınması və ilkin müdaxiləyə dair praktiki nümayişlər keçirilib, iştirakçıların sualları cavablandırılıb. Gəncədə əlavə olaraq fizioterapiya şöbəsinə baxış təşkil olunub və qanaxmaların fəsadlarının aradan qaldırılmasında fizioterapevtik müalicənin rolu müzakirə edilib.
Seminarlar mərhələsi başa çatdıqdan sonra Bakı şəhərində geniş tərkibli hesabat konfransı keçiriləcək. Konfransda hemofiliyanın müalicəsində aktual məsələlər müzakirə ediləcək, xüsusi təkliflər paketi hazırlanaraq aidiyyəti dövlət səhiyyə qurumlarına təqdim olunacaq.
-
İkili orqan transplantasiyası: Müasir tibbin mürəkkəb xilasetmə missiyasıƏn çox oxunanlar10 Sentyabr 2026310
-
Varlığa dörd fərqli baxışƏn çox oxunanlar12 Sentyabr 2026238
-
Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır - Regionlarda elmi-praktik seminarlarƏn çox oxunanlar13 Sentyabr 2026212
-
İnfarkt baş verməmiş risk görünür - Professor müasir kardiologiyanın imkanlarından bəhs etdiƏn çox oxunanlar10 Sentyabr 2026210
-
Azərbaycanda kök hüceyrə transplantasiyası sahəsində yeniliklər və dövlət dəstəyiƏn çox oxunanlar18 Sentyabr 2026206
-
Gözlər qaranlıqdan işığa niyə dərhal uyğunlaşmır?Ən çox oxunanlar13 Sentyabr 2026206
-
Bakıda ana və uşaq sağlamlığına həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcəkƏn çox oxunanlar11 Sentyabr 2026202
-
SABİQUN KİMLƏRDİR?Ən çox oxunanlar10 Sentyabr 2026198
-
Ekspert: İİV illərlə simptomsuz keçə bildiyi üçün vaxtında müayinə və müalicəyə sadiqlik həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar12 Sentyabr 2026190
-
Boğaz və qulaq ağrısı zamanı hansı hallarda həkimə müraciət edilməlidir?Ən çox oxunanlar14 Sentyabr 2026188
-
Başgicəllənməsinin gizli səbəbi - Qulaq kristallarının qaçması nədir?Ən çox oxunanlar14 Sentyabr 2026178
-
MƏZHƏB DİN DEYİLƏn çox oxunanlar14 Sentyabr 2026178
-
NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRHƏn çox oxunanlar17 Sentyabr 2026174
-
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşübƏn çox oxunanlar11 Sentyabr 2026172
-
Şəhər yaşıllıqları niyə səhiyyə infrastrukturunun bir hissəsinə çevrilməlidir?Ən çox oxunanlar11 Sentyabr 2026170
-
Əməvi ideologiyasının Hz. Əli haqqında yaratdığı iftiralarƏn çox oxunanlar15 Sentyabr 2026170
-
MÜAVİYƏ — QURANA ZİDD SİSTEMİN BANİSİƏn çox oxunanlar13 Sentyabr 2026168
-
12 sentyabr – Ümumdünya İlk Tibbi Yardım GünüdürƏn çox oxunanlar12 Sentyabr 2026166
-
QURANDA İSLAMI KÖKÜNDƏN DƏYİŞƏN SƏHV YOZUMLARƏn çox oxunanlar16 Sentyabr 2026166
-
15 Sentyabr – Ümumdünya Limfoma ilə Mübarizə GünüƏn çox oxunanlar15 Sentyabr 2026154