Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Sentyabr 2026, Çərşənbə axşamı, 11:47
Əlaqə vasitələri
Bizimlə əlaqə
Məktəb çantası beldə yükə çevrilməsin
20 Sentyabr 2026
152
Məktəb çantası beldə yükə çevrilməsin

Məktəbə qayıdış dövründə uşaqların gündəlik həyatında sağlam vərdişlərin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan valideynlərin diqqət etməli olduğu məqamlardan biri də məktəbli çantasının çəkisi və düzgün daşınmasıdır.

Azmedinfo.az xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Həddindən artıq ağır çanta və onun düzgün daşınmaması bel və boyun ağrılarına, çiyinlərdə yorğunluğa, eləcə də bədən duruşunun pozulmasına səbəb ola bilər.

Çantanın uşağın kürəyinə uyğun olması, qayışlarının çox uzun və ya boş qalmaması da vacibdir. Çanta hər iki çiyində, hər iki qayışdan istifadə edilməklə daşınmalıdır. Bu, yükün bədənə daha bərabər paylanmasına və onurğaya düşən gərginliyin azalmasına kömək edir.

Valideynlər uşağın çantasını vaxtaşırı yoxlamalı, məktəbdə həmin gün üçün lazım olmayan kitab və əşyaların çantada qalmasına yol verməməlidirlər. Sağlam vərdişlərin erkən yaşdan formalaşdırılması uşağın həm məktəb həyatına, həm də ümumi sağlamlığına müsbət təsir göstərir.

Ən çox oxunanlar