Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Sentyabr 2026, Çərşənbə, 06:26
Əlaqə vasitələri
Bizimlə əlaqə
Polip götürüldükdən sonra nəzarət müayinələri niyə vacibdir?
22 Sentyabr 2026
82
Polip götürüldükdən sonra nəzarət müayinələri niyə vacibdir?

Kolonoskopiya zamanı bağırsaq polipinin tamamilə götürülməsi həmin polipin aradan qaldırılması deməkdir.

 

Azmedinfo.az xəbər verir ki, qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev bildirir ki, polipin çıxarılması gələcəkdə bağırsaqda yeni poliplərin yaranma ehtimalını tamamilə aradan qaldırmır.

 

Onun sözlərinə görə, yeni poliplərin yaranma riski əvvəlki polipin ölçüsü, sayı, histoloji xüsusiyyətləri və digər risk faktorlarından asılı olaraq dəyişə bilər. Buna görə də polip aşkar edilərək götürüldükdən sonra nəzarət kolonoskopiyasının vaxtı hər pasiyent üçün fərdi şəkildə müəyyən edilməlidir.

 

“Polipin götürülməsi ilə nəzarət prosesi başa çatmır. Müntəzəm müayinələrin davam etdirilməsi yeni poliplərin vaxtında aşkarlanması və mümkün risklərin erkən qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Dr. Aqil Ağakişiyev qeyd edib.

Ən çox oxunanlar