Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
10 Oktyabr 2026, Şənbə, 07:05
Əlaqə vasitələri
Bizimlə əlaqə
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdır
08 Oktyabr 2026
144
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdır

Miyopiya uşaqlarda geniş yayılan görmə problemlərindən biridir və bu zaman uşaq uzaqdakı əşyaları aydın görməkdə çətinlik çəkir.

Azmedinfo.az xəbər verir ki, endokrinoloq Fərhad Burzu diabetin də görmənin zəifləməsinə səbəb olduğunu qeyd edərək, xüsusilə uşaqlarda görmə problemlərinin vaxtında aşkarlanması və müntəzəm tibbi nəzarət onların sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.

ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) 6–12 yaş arasında miyopiyası olan uşaqlar üçün “Essilor Stellest” xüsusi eynək linzalarını təsdiqləyib. Linzalar miyopiyanın sürətlə irəliləməsinin qarşısını almağa kömək etmək məqsədilə hazırlanıb.

İki il davam edən araşdırmanın nəticələrinə görə, bu linzalardan istifadə edən uşaqlarda miyopiyanın inkişafı standart eynəklərlə müqayisədə 71 faiz daha yavaş olub. Həmçinin göz almasının həddindən artıq uzanmasında 53 faiz azalma müşahidə edilib.

Həkim bildirib ki, diabet də görmənin zəifləməsinə və zamanla ciddi göz fəsadlarının yaranmasına səbəb ola bilər. Qanda şəkərin uzun müddət yüksək olması gözün tor qişasındakı damarları zədələyərək diabetik retinopatiyaya gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün qan şəkərinin nəzarətdə saxlanılması, mütəmadi göz müayinələrindən keçilməsi və həkim nəzarətinin davam etdirilməsi vacibdir.


Ən çox oxunanlar