Tənəffüsünüzə dəyər verin – Astma ilə nəzarətdə yaşamaq mümkündür!
Astma — tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı bronx divarlarında iltihab, ödem və spazm baş verir ki, bu da nəfəsalmanın çətinləşməsi, xırıltı, öskürək və döş nahiyəsində sıxılma hissi ilə müşayiət olunur. Dünyada milyonlarla insan astmadan əziyyət çəkir, lakin düzgün yanaşma və mütəmadi nəzarət sayəsində bu xəstəliklə tamahəng yaşamaq mümkündür.
Azmedinfo.az astmalı şəxslər üçün zəruri tövsiyələri təqdim edir:
1. Tetikləyici faktorları müəyyən edin və onlardan uzaq durun.
Toz, polen, heyvan tükü, kif göbələkləri, siqaret tüstüsü və bəzi dərman preparatları astma tutmasını tətikləyə bilər. Hər bir xəstə üçün fərdi allergenlər fərqli ola bilər — bu səbəbdən allerqoloji müayinələrdən keçmək vacibdir.
2. Qəfil tutmaların qarşısını almaq üçün dərman müalicəsinə əməl edin.
Astmanın müalicəsi yalnız tutma zamanı deyil, gündəlik profilaktik nəzarətlə mümkün olur. İnhalyator formasında kortikosteroidlər və bronx genişləndirici preparatlar həkimin göstərişi ilə qəbul edilməlidir.
3. Ətraf mühit şəraitini nəzarətdə saxlayın.
Evin havasını tez-tez dəyişmək, tozsoranla təmizlik, allergenlərin qarşısını alan yataq dəstlərindən istifadə və kondisionerlərin filtrini təmiz saxlamaq əhəmiyyətlidir.
4. Sağlam həyat tərzi sürün.
Daimi fiziki aktivlik (məsələn, üzgüçülük), sağlam qidalanma və stresin idarə olunması immunitetin möhkəmlənməsinə və tənəffüs sisteminin daha effektiv işləməsinə kömək edir.
5. Ailənin və yaxınların maarifləndirilməsi vacibdir.
Astmalı şəxsin yanında olan insanlar təcili yardım tədbirlərini, inhalyatorun istifadəsini və astma əlamətlərini tanımağı bilməlidir. Bu, qəfil tutmalar zamanı həyati əhəmiyyət kəsb edə bilər.
Tənəffüs sağlamlığınızı qoruyun – hər nəfəs dəyərlidir.
-
Bakıda qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr olunmuş "Səsini eşit!" adlı tədbir keçiriləcəkƏn çox oxunanlar15 Noyabr 20261176
-
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıbƏn çox oxunanlar16 Noyabr 20261062
-
BİR DİN VAR İDİ — İNSANLAR ONDAN QOPDULARƏn çox oxunanlar18 Noyabr 20261048
-
Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidirƏn çox oxunanlar18 Noyabr 20261038
-
Deputat autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün maliyyənin artırılmasını təklif edibƏn çox oxunanlar18 Noyabr 20261036
-
Quranın dilinə müdaxiləƏn çox oxunanlar17 Noyabr 20261010
-
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilərƏn çox oxunanlar16 Noyabr 2026972
-
Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıbƏn çox oxunanlar19 Noyabr 2026954
-
Tibb işçiləri üçün etik davranış qaydalarına dair təqdimat keçirilibƏn çox oxunanlar20 Noyabr 2026942
-
Antibiotiklərdən düzgün istifadə həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar19 Noyabr 2026940
-
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanırƏn çox oxunanlar20 Noyabr 2026926
-
İcbari tibbi sığortada yeni mərhələ – Elektron reyestr yaradılırƏn çox oxunanlar18 Noyabr 2026904
-
Tələbələr arasında vərəm və ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar müayinələrə başlanılıbƏn çox oxunanlar19 Noyabr 2026888
-
Həkimdən böyrək xəstələrinə mühüm çağırış: Dializdən azad olmaq mümkündür!Ən çox oxunanlar17 Noyabr 2026886
-
Cənubi Koreyada alimlər 3D bioprinter vasitəsilə canlı insan buynuz qişası yaradıblarƏn çox oxunanlar17 Noyabr 2026884
-
18 noyabr – Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə GünüdürƏn çox oxunanlar18 Noyabr 2026864
-
ABŞ qızılcadan azad ölkə statusunu itiribƏn çox oxunanlar15 Noyabr 2026826
-
İSLAM ADI ALTINDA MÜAVİYƏNİN SÜLALƏ HAKİMİYYƏTİƏn çox oxunanlar15 Noyabr 2026764
-
İcbari tibbi sığorta ilə sümük iliyi transplantasiyası 50 pasiyentə icra olunubƏn çox oxunanlar21 Noyabr 2026690
-
2027-ci ildə ambulator dərmanların icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılırƏn çox oxunanlar21 Noyabr 2026688