Yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirildi
14 Fevral 2025
710
Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi tərəfindən Mərkəzi Gömrük Hospitalında ilkin yanğın təhlükəsizliyi qaydaları ilə bağlı təlim keçirilib.
Azmedinfo.az-a Hospitaldan verilən məlumata görə, təlimdə Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev, Texniki-təsərrüfat şöbəsinin rəis müavini Pərviz Sadıqov, Hospitalın müxtəlif şöbələrinin rəisləri, əməkdaşlar, orta tibb personalı, həkim rezidentlər və texniki işçilər, o cümlədən Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev, Baş texiniki əmək müfəttişi Yaşar Yusubov və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin baş inspektoru Əziz Cəfərov iştirak ediblər.
Təlim zamanı salamlama nitqi ilə çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev Hospitalda yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi olaraq həyata keçirilən fəaliyyətlər barədə məlumat verib və bu məsələnin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Daha sonra Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev gömrük sistemində Həmkar təşkilatların hər birində bu qəbildən tədbirlərin həyata keçirildiyi barədə məlumat verib və yanğın təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyətindən bəhs edib. Həmçinin Asəf Ağayev nəzəri təlimlərin növbəti mərhələlərdə praktiki təlimlərlə davam etdiriləcəyini və prosesin mütəmadi xarakter daşıyacağını da bildirib.
Təlim zamanı Əziz Cəfərov və Yaşar Yusubov ilkin yanğın zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları barədə geniş məlumat verib, yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması üçün davranış qaydaları, ilkin yanğın təhlükəsizliyi qaydaları, yanğın şkafının qapısının açılması, yanğın şlanqının açılması üsulu, su kranı, su şlanqının idarə olunması proseslərini ardıcıl şəkildə izah ediblər.
Təlimin auditoriyanı maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654