Dünyanın bir çox ölkəsində hər il fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü qeyd olunur. Bu günün simvolu kimi qəbul edilmiş qızılı lent uşaqların qlobal cəmiyyət üçün çox dəyərli olduğunu, həmçinin kiçik yaşda ağır xəstəliklə mübarizə aparmağın necə şücaət tələb etdiyini xatırladır.
Azmedinfo.az xəbər verir ki, Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Gününün əsas məqsədi uşaq onkologiyasının problemlərinə diqqəti cəlb etməklə yanaşı, həm də son illərdə bu sahədə əldə edilmiş mühüm uğurlardan danışmaqdır.
Cəmi iyirmi il əvvəl xərçəng ən dəhşətli diaqnoz kimi qəbul edilirdi, az qala ölüm hökmü kimi dəyərləndirilirdi. İndi vəziyyət kəskin şəkildə dəyişib. Hesablamalar göstərir ki, bu gün leykemiya və limfomalı uşaqların 90% -dən çoxu və retinoblastomalı xəstələrin 97% -dən çoxu sağalır.
Bu gün tibb elminin və səhiyyə xidmətlərinin qazandığı uğurlar uşaq onkoloji xəstəliklərin müalicəsində ən müasir, yüksək texnoloji üsullardan istifadə etməyə imkan verir.
Heç kəsə sirr deyil ki, onkoloji xəstəliklərin erkən diaqnozu çox vacib əhəmiyyət kəsb edir. Uşaq onnkoloji xəstəliklərində də diaqnoz nə qədər tez qoyulsa, uşağın sağalma şansı bir o qədər yüksəkdir. Vaxt itirməmək çox vacibdir. Bir neçə gün və ya həftəlik gecikmə xəstəliyin başqa bir mərhələyə keçməsinə gətirib çıxarır. Araşdırmalar göstərir ki, ilkin diaqnozun qoyulmasında da son dövrdə mühüm nəticələr əldə edilib. Belə ki, son bir neçə ildə yeni aşkarlanmış şişlərin sayı 25% artıb.
Uşaq xərçəng xəstəlikləri ilə mübarizə aparan digər vacib komponent reabilitasiyadır. Ağır müalicə və ya cərrahi əməliyyat ciddi nəticələrsiz ötmür. Uşaq bütün normal funksiyalarını itirə bilir, sanki körpəyə çevrilir. Və sonra, reabilitasiya mərkəzlərinin mütəxəssislərinin köməyi ilə uşaqlar yenidən yeriməyi, danışmağı, bədənlərini idarə etməyi və daha çox şey öyrənirlər. Hazırda həm iri dövlət mərkəzlərinin açılması, həm də özəl reabilitasiya mərkəzlərinin köməyi ilə xərçəng daşıyıcısı olan uşaqlar üçün reabilitasiya imkanları xeyli artıb.
Bu gün xəstə uşaqlara verə biləcəyimiz dəstəyin və məhəbbətin nə qədər gərəkli olduğunu, bütün çətinliklərə baxmayaraq onlara təbəssüm və ən yaxşıya inamını qoruyub saxlamağın nə qədər vacib olduğunu bir daha xatırlatmaq istərdik.
Uşaqlar bizim gələcəyimizdir!
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654