Son günlər Tibb Universitetində ödənişli təhsilhaqqının artırılması ilə bağlı müxtəlif müzakirələr gedir. Fərqli yanaşmaların olması təbiidir və hər bir fikrə hörmətlə yanaşmaq, sağlam müzakirə mühitini qorumaq cəmiyyətimizin inkişafı üçün vacibdir. Müxtəlif baxış bucaqları, əslində, bizi daha möhkəm və balanslı qərarlara aparır.Bunu Milli Məclisin Səhiyyə və Elm Təhsil Komitəsinin üzvü Rəşad Mahmudov bildirib.
Azmedinfo.az tibb təhsili verən universitetlərdə ödənişli təhsil və mövcud maliyyələşdirmə mexanizmləri barədə geniş açıqlamalarıın yer aldığı məqaləni izləyiciləri ilə paylaşır.
Onun sözlərinə görə, tibb təhsili ən strateji sərmayəmizdir: "Unutmamalıyıq ki, dünyanın hər yerində tibb təhsili digər sahələrlə müqayisədə ən bahalı və ən strateji təhsil növüdür. Bunun səbəbi sadədir. Həkim yetişdirmək üçün ən müasir texnologiyalar, yüksək ixtisaslı müəllim heyəti, geniş klinik baza və praktiki təcrübə imkanları tələb olunur. Əgər biz tibbin gələcəyinə güvənmək və səhiyyəmizi dünya səviyyəsinə çıxarmaq istəyiriksə, təhsilə qoyulan investisiya da bu səviyyəyə uyğun olmalıdır. Bu, heç də imkansız ailələrin övladlarının həkim olmasına maneə yaratmır. Çünki ölkəmizdə fəaliyyət göstərən Tələbə Kredit Fondu illik cəmi 2% simvolik faizlə, işə başladıqdan sonra uzun illər ərzində qaytarılma imkanı ilə dünyada bəlkə də ən nümunəvi sistemlərdən biridir. Əsas məsələ, bu fondun imkanlarından cəmiyyətin düzgün və effektiv şəkildə yararlanmasıdır.
Təəssüf ki, hələ də bir çox tələbə və ailə bu imkandan tam istifadə etmir və mövzunu yalnız qiymət artışı prizmasından dəyərləndirir. Halbuki dövlətin, eləcə də müxtəlif fondların məqsədi, istedadlı gənclərin maddi çətinlik səbəbindən təhsildən kənarda qalmamasıdır". R.Mahmudov əlavə edib ki, gələcəkdə, bəzi (Almaniya) inkişaf etmiş ölkələrdə olduğu kimi, yerli vətəndaşlar üçün tamamilə dövlət və ya xüsusi fondlar tərəfindən qarşılanan təhsil modelinə keçid mümkündür: "Amma bu, “təhsil pulsuzdur” deyərkən pulun ödənilməməsi anlamına gəlmir. Sadəcə həmin ödənişlərin dövlətin daxili resursları və sosial mexanizmlər vasitəsilə təmin olunması deməkdir. Bu gün ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin və səhiyyənin paralel inkişafına yönəlmiş siyasət, məhz yüksək keyfiyyətin, sosial bərabərliyin və davamlı inkişafın təmin olunmasına xidmət edir. Bu siyasətin əsasında həm milli resurslarımızın səmərəli idarə olunması, həm də gələcək nəsillər üçün dayanıqlı və ədalətli sistemin qurulması dayanır. Ona görə də bu məsələyə yalnız bir tərəfdən baxmaq doğru deyil. Yüksək keyfiyyətli təhsil üçün adekvat maliyyə təminatı vacibdir, eyni zamanda sosial bərabərlik üçün mövcud mexanizmlərin hamı tərəfindən düzgün və məqsədyönlü istifadəsi təmin olunmalıdır. İnkişafın yolu - qarşılıqlı hörmət, obyektiv yanaşma və birlikdə məsuliyyət hissi ilə mümkündür".
Təhsil eksperti Elçin Süleymanov bildirib ki, Tibb təhsili, kifayət qədər yüksək maliyyə tələb edən bir sahədir: “Bu səbəbdən təhsil haqqının yüksək olması, tibbi laboratoriyalar, avadanlıqlar və digər maddi-texniki təminatın dəyəri baxımından başa düşüləndir. Eyni zamanda, xaricdə tibb təhsili almaq istəyənlərin sayı da kifayət qədər çoxdur. Bu baxımdan, universitetin maddi-texniki bazasının inkişafı və əlavə resursların təmin edilməsi məqsədilə maliyyə mənbələrinin genişləndirilməsi zəruridir. Doğrudur, bu rəqəm orta statistik göstəricilərə malik bir ailə üçün yüksək görünə bilər. Lakin ödənişli əsaslarla qəbul olunan tibb tələbələrinin topladığı bal göstəriciləri kifayət qədər yüksək olduğundan, onlar Tələbə Təhsil Krediti Fondunun imkanlarından yararlana bilirlər. Tibb təhsili alan məzunlar bir neçə ildən sonra bu təhsil üçün qoyulan investisiyanın bir neçə qatını geri qaytara bilirlər. Bu, xüsusən, Azərbaycanda təhsil alan və sonradan xarici ölkələrdə rezidentura mərhələsinə qəbul olunan, Avropa və dünyanın digər ölkələrində müvafiq imtahanları uğurla verən həkimlər üçün xarakterikdir. Əlbəttə, arzu olunan odur ki, bütün təhsil ödənişsiz olsun. Lakin ödənişli və ödənişsiz təhsil yalnız fiskal xarakter daşımır, həm də rəqabət mühitinin formalaşmasına xidmət edir.
Dünyanın heç bir ölkəsində bütün tələbələrin dövlət hesabına oxuması praktik olaraq mövcud deyil. Adətən yüksək göstəricilərə malik olanlar dövlət sifarişi ilə təhsil alır, digərləri isə dövlət tərəfindən verilən təhsil kreditləri hesabına oxuyurlar. Azərbaycanda bir neçə il öncə dövlət sifarişi ilə təhsil alanların payı ümumi tələbə kontingentinin 20–30%-ni təşkil edirdi. İldə orta hesabla 34–40 min tələbə qəbul olunurdu ki, onlardan təxminən 10 mini dövlət sifarişi ilə, qalan 24 mini isə ödənişli əsaslarla təhsil alırdı. Son illərdə bu göstərici müsbət istiqamətdə dəyişmiş, qəbul olunanların 50–54%-i dövlət sifarişi əsasında oxumağa başlayıb. Hazırda hər iki tələbədən biri dövlət hesabına təhsil alır”.
Ekspertin sözlərinə görə öz hesabına təhsil alan tələbələr də akademik göstəricilərini yüksəldərək təqaüd alma imkanı əldə edirlər: “Əvvəlki sistemdə təhsil haqqını ödəməyən tələbələr eyni zamanda təqaüd də alırdılar. Hazırda isə dövlət tərəfindən təhsil haqqı ödənilsə belə, təqaüd yalnız akademik göstəriciləri yüksək olanlara verilir. Bu, rəqabət mühitini gücləndirən bir amildir. Beləliklə, tələbələrin bir qisminin dövlət, digər qisminin isə öz hesabına təhsil alması başa düşüləndir. Ödənişli əsaslarla oxuyan tələbələrin sosial və maliyyə vəziyyətinə görə dəstəklənməsi və onlara təhsil krediti verilməsi məqsədəuyğundur.
Tələbə Təhsil Krediti Fondu vasitəsilə verilən vəsait məzunlar tərəfindən geri qaytarılır və bu da fondun həcmini artıraraq gələcəkdə daha çox tələbənin yararlanmasına imkan yaradır. Fond həm təhsil haqqını ödəyir, həm də yüksək akademik ortalamaya malik olanlara geri ödəniş zamanı müəyyən güzəştlər tətbiq edir. Nəticə etibarilə, tibb təhsilinin uzunmüddətli və yüksək maliyyə tələb edən bir proses olduğunu nəzərə alsaq, təhsil haqqı artımı əvvəlki illərə nisbətən ciddi görünsə də, mövcud alternativ maliyyələşmə mexanizmləri bu yükü müəyyən qədər yüngülləşdirir. Dövlət və tələbə büdcələri arasında maliyyə yükünün bölüşdürülməsi mexanizmləri isə gələcəkdə yenidən müzakirə edilə bilər”.
Fidan Həmişəyeva
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142