Dünyada uşaq sağlamlığı xidmətləri, xüsusilə də profilaktik tibb, vaksinasiya və ümumilikdə ana-uşaq sağlamlığı müasir pediatriyanın öncül məsələlərindən olaraq diqqət çəkməkdədir.
Azmedinfo.az xəbər verir ki, bu məqsədlə ötən həftə İzmir şəhərində bir çox ölkələrdən uşaq sağlamlığı və xəstəlikləri üzrə tədris mərkəzləri, eləcə də əlaqəli təşkilat və qurumları təmsil edən mütəxəssislərin iştirakı ilə Beynəlxalq İzmir Pediatriya Konqresinin builki – ikinci toplantısı keçirilib.
Dokuz Eylül Universitetinin ev sahibliyi ilə təşkil olunan və əsas mövzusu “Ətraf mühit, iqlim dəyişikliyi və uşaq sağlamlığı” olaraq müəyyən edilən konqresdə ölkəmizi təmsil edən Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) nümayəndələri – APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, MDB dövlətlərinin Nadir Xəstəliklər üzrə Konsorsium şurasının üzvü, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə və ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Şəhla Balayeva Azərbaycanda uşaq sağlamlığı sahəsində aparılan mühüm elmi-tədqiqat işləri və müasir yanaşmaları, həyata keçirilən profilaktik tədbirlər və gələcək hədəfləri beynəlxalq auditoriyaya təqdim ediblər.
Təranə Tağı-zadə tədbirdə moderator və məruzəçi kimi iştirak edib. Pediatr alim ölkəmizdə uşaq sağlamlığı sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib, bu sahənin Azərbaycanda tarixi inkişafına toxunaraq, müasir dövrdə həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb.
Alim Türk dünyasının gələcəyi üçün uşaqların sağlamlığının vacibliyinə toxunaraq ətraf mühitin uşaqların fiziki və zehni inkişafına birbaşa təsir etdiyini, bu səbəbdən təmiz hava, su və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsinin prioritet məsələlərdən olduğunu qeyd edib. “Bizim əsas vəzifəmiz sağlam gələcək nəsil yetişdirməkdir” deyən pediatr, “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq, hər iki ölkənin yeni nəslinin sağlamlığını təmin etmək üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
Çıxış zamanı alim Türk dünyasının uşaq həkimləri üçün ortaq layihə təklif edib. Belə layihələrin tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi və elmi inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
Təranə xanım çıxışına Mustafa Kamal Atatürkün "Uşaqları sağlam və bilikli yetişdirilməyən millətlər, təməli çürük binalar kimi tez dağılırlar," kəlamı ilə yekun vurub.
Tədbirdə pediatr alim Şəhla Balayeva isə "Məktəblilər arasında sağlamlıq problemlərinin yaranmasında ətraf mühit amillərinin rolu” mövzusunda çıxış edərək, məktəblilərin sağlamlıq problemlərinin yaranmasında ətraf mühitin təsirlərini göstərən tədqiqat nəticələrini auditoriyanın diqqətinə çatdırıb.
Alim bildirib ki, müasir dövrdə məktəb mühitindəki amillər uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib. Şəhərlərdə artan hava çirklənməsi, məktəb binalarında keyfiyyətsiz havalandırma və balanssız qidalanmanın təkcə tənəffüs yolları xəstəliklərini deyil, həm də allergik reaksiyaları və digər xroniki problemləri stimullaşdırdığını qeyd edib. O, məktəblilərin sağlam gələcəyini təmin etmək üçün təhsil ocaqlarında gigiyena və sanitar normalara ciddi riayət olunmasının zəruriliyini vurğulayıb, bu sahədə kompleks tədbirlərin görülməsinin əhəmiyyətinə toxunub.
Konqresdə azərbayacanlı mütəxəssislər mükafatlandırılıb. Onların məruzələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və iki qardaş ölkə arasında elmi əməkdaşlığın yeni istiqamətlərdə inkişafına zəmin yaradıb.
Azərbaycanlı alimlər konqresdə beynəlxalq tərəfdaşlar və həmkarları ilə səmərəli əməkdaşlıqlar qurub. PUADER-in idarə heyətinin sədri, İzmir Katip Çelebi Universitetinin professoru Bumin Dündar, Dokuz Eylül Universitetinin professoru Adam Aydın, Ege Universitetinin professoru Cam Balkan eləcə də Atatürk Kültür Mərkəzi və Pediatriya Uzmanlıq Akademiyası Dərnəyinin təmsilçiləri konqresin yüksək səviyyədə təşkilinə və elmi-praktiki diskussiyalara öz töhfələrini veriblər. Bu əməkdaşlıq platforması azərbaycanlı mütəxəssislərin qardaş ölkənin qabaqcıl alimləri və təşkilatları ilə gələcək layihələr üçün əlaqələrini möhkəmləndirməyə imkan verib.
Tədbirin uğurlu keçirilməsində əvəzsiz xidmətləri olan bu şəxslərin təşkilatçılığı və səyləri yüksək təqdir olunub. Onların gərgin əməyi sayəsində elmi mübadilə üçün əlverişli mühit yaradıldığı, bunun da gələcək tərəfdaşlıqlar üçün möhkəm zəmin olduğu bildirilib. Konqres elm və bilik sahəsində yeni körpülər qurmağa yönəlmiş müştərək əməkdaşlığın parlaq nümunəsi kimi qiymətləndirilib. Tədbirdə iqlim dəyişikliyinin uşaq sağlamlığına təsirləri ilə bağlı kurslar da təşkil olunub, yüksək elmi səviyyəli tədqiqatlar təqdim edilib.
Konqres çərçivəsində iclas və simpoziumlarda ümumi pediatriya və onun yan ixtisas sahələrində yeniliklər, müasir tətbiqlər, eləcə də uşaq psixiatriyası ilə bağlı mövzular, tez-tez rast gəlinən cərrahi problemlər və onların müalicəsi kimi uşaq sağlamlığının hərtərəfli məsələləri müzakirə olunub.
-
Süd vəzi xərçənginin müalicəsində neoadyuvant kimyaterapiyanın əhəmiyyəti dünya alimlərinin maraq dairəsindədirƏn çox oxunanlar04 Noyabr 2025250
-
Məhkəmə təbabətində süni intellekt erası başlayırƏn çox oxunanlar04 Noyabr 2025222
-
Peşə bayramları ilə əlaqədar metropoliten əməkdaşları tibbi müayinələrə cəlb olunubƏn çox oxunanlar06 Noyabr 2025174
-
Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayevin atası vəfat edibƏn çox oxunanlar07 Noyabr 2025142
-
Orqan donorluğuna həsr olunmuş növbəti maarifləndirici görüşƏn çox oxunanlar06 Noyabr 2025114
-
Azərbaycan və Ukrayna səhiyyə sənayesində əməkdaşlığı genişləndirirƏn çox oxunanlar03 Noyabr 2025110
-
Zərərli qidalardan kəskin imtina alkoqol asılılığı riskini artırırƏn çox oxunanlar03 Noyabr 2025110
-
Böyük Britaniyada quş qripi ilə bağlı fövqəladə qaydalar qüvvəyə minirƏn çox oxunanlar05 Noyabr 2025108
-
Beynəlxalq səhiyyə əməkdaşlığı, elmi fikir mübadiləsi və tibbi təcrübənin vəhdətiƏn çox oxunanlar06 Noyabr 2025108
-
Kardioloq qanın durulmasına və ürək sağlamlığına faydalı məhsulları sadaladıƏn çox oxunanlar01 Noyabr 2025106
-
Bakı Sağlamlıq Mərkəzində şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Ən çox oxunanlar08 Noyabr 2025106
-
Milli Aviasiya Akademiyasının tələbələri arasında orqan donorluğu dəyərləri təbliğ edildiƏn çox oxunanlar01 Noyabr 2025106
-
Orqanizmi qış mövsümünə necə hazırlamalı?Ən çox oxunanlar01 Noyabr 2025104
-
İcbari tibbi sığorta mövzusunda maarifləndirmə təlimləri ölkə üzrə genişlənirƏn çox oxunanlar06 Noyabr 2025104
-
Konstitusiya və suverenlik: Mərkəzi Gömrük Hospitalında dövlətçilik mövzulu tədbirƏn çox oxunanlar06 Noyabr 2025102
-
TƏBİB ucqar bölgələrdə əhaliyə tibbi xidmətlərin əlçatanlığını artırırƏn çox oxunanlar05 Noyabr 2025100
-
Alimlər ürək tutması riskini öncədən proqnozlaşdırmağa imkan verən genetik markerləri müəyyən ediblərƏn çox oxunanlar05 Noyabr 202596
-
Gələn il Səhiyyə Nazirliyinə ayrılan vəsait artırılacaq — Uşaqların 95 faizi peyvəndlə əhatə olunacaqƏn çox oxunanlar07 Noyabr 202594
-
Qısa müddətli aclıq beynin fəaliyyətinə mənfi təsir göstərmir - AraşdırmaƏn çox oxunanlar06 Noyabr 202592
-
Əhali arasında qripə qarşı peyvəndləmə fəallığı artıb — Səhiyyə NazirliyiƏn çox oxunanlar03 Noyabr 202592