Onkoloq Natəvan Əzizova mədə xərçənginin artan təhlükəsi barədə xəbərdarlıq edir
Dünya səhiyyəsinin qarşısında dayanan ən səssiz, lakin ən amansız təhlükələrdən biri mədə xərçəngidir. Bu xəstəlik çox zaman səssiz başlayır, lakin gec mərhələdə öz izini ağır nəticələrlə göstərir.
Azmedinfo.az xəbər verir ki, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin üzvü, onkoloq Natəvan Əzizova mədə xərçənginin hazırda dünyada ən çox görülən bədxassəli şişlərdən biri olduğunu deyib və hər il təxminən 1 milyon yeni xəstəyə bu diaqnozun qoyulduğunu vurğulayıb: "Ən çox yayılma göstəriciləri Şərqi Asiya ölkələrində (xüsusilə Yaponiya, Koreya və Çin), Cənubi Amerikanın bəzi regionlarında və Şərqi Avropada müşahidə olunur. Ən az rast gəlindiyi ərazilər isə Şimali Amerika, Qərbi Avropa və Afrikanın bəzi bölgələridir. Azərbaycan üçün isə vəziyyət fərqlidir qida vərdişləri, duzlu və hisə verilmiş qidaların çoxluğu, həmçinin Helicobacter pylori infeksiyasının geniş yayılması səbəbindən mədə xərçəngi halları nisbətən yüksəkdir".
Onkoloq Natəvan Əzizovanın sözlərinə görə, xəstəlik əsasən 50 yaşdan yuxarı şəxslərdə daha çox müşahidə edilir və kişilərdə qadınlara nisbətən təxminən iki dəfə çox rast gəlinir. “Bunun əsas səbəbləri arasında təkcə genetik meyillilik deyil, həm də zərərli vərdişlər, kimyəvi maddələrlə işləmə və qeyri-sağlam qidalanma dayanır,” – deyə ekspert vurğulayır.
Ekspert risk faktorlarını da sadalayıb: "Əsas risk faktorlarına Helicobacter pylori infeksiyası, çox duzlu, hisə verilmiş, marinad edilmiş və yanmış məhsulların qəbulu, siqaret çəkmə, ailəvi-genetik meyillilik (xüsusilə CDH1 gen mutasiyası), mədə xorasının bəzi formaları, xroniki atrofik qastrit və digər xəstəliklər daxildir. Bundan əlavə, metal emalı, rezin sənayesi, kömür və qalay istehsalı kimi sahələrdə çalışan şəxslərdə də mədə xərçəngi riski daha yüksək olur".
"Mədə xərçəngi çox vaxt gec mərhələdə aşkarlandığı üçün müalicə çətinləşir. Erkən diaqnoz qoyulan xəstələrdə 5 illik sağqalım 90 faizədək olduğu halda, gec mərhələdə bu göstərici 20-30 faizə qədər enir. Dünya üzrə hər il təxminən 770 min insan bu xəstəlikdən dünyasını dəyişir və bu göstərici xərçəngdən ölüm hallarına görə 4-cü yeri tutur. Azərbaycanda 2020-ci ildə mədə xərçəngindən 1299 nəfər həyatını itirib, bu da ümumi ölüm hallarının 1,65 faizini təşkil edir,” – deyə Natəvan Əzizova "World Cancer Research Fund"un məlumatlarına istinadən qeyd edib.
Onkoloq bildirib ki, mədə xərçənginin müalicəsi xəstəliyin mərhələsi və xəstənin ümumi vəziyyətindən asılı olaraq fərqlənir. Total və ya parsial qastrektomiya – yəni mədənin tam və ya hissəvi çıxarılması, limfa düyünlərinin təmizlənməsi ilə birlikdə aparılır. Kimyaterapiya əməliyyatdan əvvəl (neo-adjuvant), sonra (adjuvant) və ya xəstəliyin son mərhələsində (palliyativ) tətbiq olunur. Radioterapiya isə hədəf (target) terapiya və immunoterapiya isə kombinə olunmuş şəkildə istifadə edilə bilər.
"Mədə xərçənginin vaxtında aşkarlanmasının “qızıl standartı” endoskopiya sayılır. Risk qrupuna daxil olan şəxslərdə 2–3 ildən bir endoskopik müayinə aparılması tövsiyə olunur. İştahsızlıq, erkən doyma, qan azlığı, səbəbsiz arıqlama və ya davamlı mədə ağrısı kimi şikayətlər olduqda qastroenteroloqa müraciət vacibdir", - deyə ekspert qeyd edib.
Natəvan Əzizova sonda vurğulayıb ki, “sağlam qidalanma, meyvə-tərəvəzlə zəngin pəhriz, duzlu və hisə verilmiş qidalardan uzaq durmaq, siqaret və alkoqoldan imtina etmək, vaxtaşırı həkim müayinəsindən keçmək” mədə xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır. Unutmayaq ki, erkən diaqnoz həyatın xilas körpüsüdür. Mədə xərçəngi vaxtında aşkarlanarsa, sağalma şansı 90 faizdən çoxdur. Öz sağlamlığınıza dəyər verin və vaxtında müayinədən keçin.”
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026284
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026170
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026144
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026140