Mütəxəssislər xəbərdarlıq edirlər ki, su kəsilməsindən sonra krandan axan ilk şəbəkə suyu sağlamlıq üçün təhlükəli ola bilər. Xüsusilə uşaqlar, hamilələr, yaşlılar və immun sistemi zəif olan şəxslər su vasitəsilə keçən xəstəliklərə qarşı daha həssas olurlar.
Azmedinfo.az xəbər verir ki, mütəxəssislərin bildiridiyinə görə, uzunmüddətli su kəsintilərinin ardından krandan axan ilk su bəzi infeksiya risklərini də özü ilə gətirir. Belə suyun birbaşa içilməsi, şəxsi gigiyenada və ya yemək hazırlanmasında istifadəsi mədə-bağırsaq infeksiyalarının, həmçinin tifo, vəba, dizenteriya, hepatit A və E kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Sağlıq Elmləri Universiteti Gülhane Tibb Fakültəsinin İctimai Sağlamlıq kafedrasının professoru Toker Ergüder bildirib ki, su kəsintiləri təkcə gündəlik həyatı çətinləşdirmir, həm də ictimai sağlamlıq baxımından ciddi risklər yaradır.
Professorun sözlərinə görə, borularda uzun müddət hərəkətsiz qalan suda tortu və mikroorqanizmlərin çoxalması mümkündür: “Şəbəkəyə yenidən su verildikdə ilk axan suda bulanıqlıq, pas, pis qoxu və ya mikrobla çirklənmə müşahidə oluna bilər. Belə suyun birbaşa içilməsi və ya yemək bişirilməsində istifadəsi mədə-bağırsaq pozğunluqları və dəri problemlərinə səbəb ola bilər. Xüsusilə körpələr, yaşlılar və immun sistemi zəif olan şəxslər bu təsirlərdən daha çox zərər görə bilər.”
Kəsilmədən sonra su dərhal istifadə edilməməlidir
Prof. Dr. Ergüder xəbərdarlıq edib ki, su kəsintisindən sonra ilk gələn su dərhal istifadə olunmamalıdır:“Su əvvəlcə bir müddət axıdılmalı, onun şəffaflığı və qoxusu yoxlanmalıdır. İçmə və yemək məqsədilə, şəbəkə suyunun təhlükəsiz olduğuna əmin olana qədər qablaşdırılmış və ya qaynadılmış sudan istifadə ən düzgün yanaşmadır. Bundan əlavə, binalardakı su anbarlarının mütəmadi təmizlənməsi və dezinfeksiyası, fərdi filtr və təmizləyici sistemlərin baxımı da yoluxma riskini azaldır.”
O, əlavə edib ki, su kəsintiləri təkcə texniki problem deyil, həm də higiyena və qida təhlükəsizliyi ilə birbaşa bağlı məsələdir. Buna görə də vətəndaşların məlumatlı davranması, yerli idarələrin isə əhalini mütəmadi məlumatlandırması və su keyfiyyətinə nəzarəti gücləndirməsi vacibdir.
Belə suyun birbaşa istifadəsi ictimai sağlamlıq üçün təhlükəlidir
Ankara Etlik Şəhər Xəstəxanasının infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssisi Doç. Dr. Gülnur Kul bildirib ki, su vasitəsilə keçən xəstəliklər bütün yaş qruplarını təsir edə bilər, lakin xüsusilə uşaqlar, hamilələr, yaşlılar və immun sistemi zəif olan şəxslər daha çox risk altındadır.
Onun sözlərinə görə, su kəsintiləri zamanı və ya ondan sonra gələn şəbəkə suları, quyular, tanker suları, çeşmə və artezian suları, eləcə də göl və çay kimi səth suları təhlükəsiz olmaya bilər. Belə suların içilməsi, şəxsi gigiyenada və ya yemək hazırlığında istifadəsi tifo, vəba, amöblü və ya basillə dizenteriya, bağırsaq parazitləri, hepatit A və E, leptospiroz və tularemi kimi xəstəliklərə səbəb ola bilər.
Qeyd edib ki, bu xəstəliklər gigiyena qaydalarına əməl olunmadıqda insandan insana da keçə bilər.
İshal, ürəkbulanma, qusma, qarın ağrısı hallarında həkimə müraciət edilməlidir
Mütəxəssis vurğulayıb ki, çirkli tullantı sularının içmə və istifadə suyuna qarışması nəticəsində eyni anda çox sayda insan xəstələnə bilər.
Bəzi bakterial ishal hallarında xəstəliyin gizli dövrü bir neçə gün, tifoda təxminən iki həftə, hepatit A-da isə altı həftəyə qədər ola bilər. İshal, ürəkbulanma, qusma, qarın ağrısı kimi əlamətlər yaranarsa, vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməlidir.
Mütəxəssis əlavə edib ki, su kəsintisi zamanı borularda mənfi təzyiq yaranır və bu, ətrafdakı çirkli suların borulara sızmasına səbəb ola bilər. Belə halda, kəsintidən sonra verilən təmiz su da krandan çirkli şəkildə axa bilər. Həmçinin, suyun axışı dayandıqda boruların iç səthində yaranan “biofilm” təbəqəsində mikroorqanizmlər çoxala bilər.
Qablaşdırılmış və rəsmi icazəli bulaq suları istisna olmaqla, digər bütün su mənbələri infeksiya riski daşıya bilər. Buna görə də, su kəsintisindən sonra gələn şəbəkə suları mütləq qaynadılmalı və ya xlorlanmalıdır. Xüsusilə içməyə və ya meyvə-tərəvəz yumağa istifadə edilən su bir neçə dəqiqə qaynadılmalı və ya uyğun şəkildə xlorlanmalıdır. Bu tədbirlər mikrobların əksəriyyətinin məhv olmasını təmin edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654