Həyat xilas edən orqan transplantasiyası əməliyyatları necə koordinasiya olunur?
17 Noyabr 2025
790
Orqan transplantasiyası çoxsaylı tibbi komandanın – reanimatoloqların, cərrahların, transplantasiya mütəxəssislərinin və digər səhiyyə işçilərinin birgə fəaliyyətini tələb edən həssas və mürəkkəb bir prosesdir. Beyin ölümü diaqnozunu dəqiq müəyyənləşdirən reanimatoloqların, eləcə də donor orqanlarının çıxarılması və transplantasiyaya hazırlanmasını həyata keçirən cərrahların işi həyati əhəmiyyət daşıyır.
Azmedinfo.az xəbər verir ki, bu böyük komandanın işini birləşdirən və bütün mərhələlərin vahid mərkəzdən idarə olunmasını təmin edən qurum isə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzidir. Mərkəz donorun müəyyənləşdirilməsi, tibbi məlumatların toplanması, orqanların qiymətləndirilməsi və uyğunlaşdırılması kimi bütün prosesləri əlaqələndirir.
Azərbaycanda ilk dəfə meyit donor müəyyən edildiyi zaman Koordinasiya Mərkəzinin fəaliyyəti xüsusilə önə çıxdı. Beyin ölümünün təsdiqi, hüquqi prosedurların tamamlanması, donor ailəsi ilə həssas şəkildə aparılan kommunikasiya, orqanların vaxtında çıxarılıb müxtəlif transplantasiya mərkəzlərinə çatdırılması məhz səmərəli koordinasiyanın nəticəsi idi. Bu hadisə ölkədə transplantasiya sisteminin təşkilati gücünü nümayiş etdirdi.
Ürək transplantasiyası zamanı koordinasiya daha kritik rol oynayır, çünki ürək donordan çıxarıldıqdan sonra cəmi 4–5 saat ərzində nəql edilməlidir. Bu səbəbdən Koordinasiya Mərkəzi həm ilk meyit donorluğunda, həm də ürək transplantasiyası kimi yüksək riskli əməliyyatlarda “vahid komanda beyni” funksiyasını yerinə yetirib.
Mərkəz donor sayının artırılması, beyin ölümü diaqnostikasının ölkə üzrə bütün tibb müəssisələrində standartlaşdırılması, vahid elektron məlumat sisteminin genişləndirilməsi və ictimai maarifləndirmənin gücləndirilməsi kimi mühüm istiqamətləri qarşısına məqsəd qoyub. Bu işlər Azərbaycanda transplantasiya xidmətinin daha da inkişafına və daha çox xəstənin həyatının xilas edilməsinə şərait yaradacaq.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261108
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026920
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026906
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026824
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026792
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654