Noyabr ayı bütün dünyada Ağciyər Xərçəngi Maarifləndirmə Ayı kimi qeyd olunur. Bu ayın əsas məqsədi xərçəngə bağlı ölümlərin qlobal miqyasda əsas səbəbi olan bu ciddi xəstəliyə diqqəti cəlb etmək, əhalinin risk faktorları, erkən diaqnostika imkanları və müasir müalicə üsulları haqqında məlumatlılığını artırmaqdır.
Azmedinfo.az tibbi portalının təqdim etdiyi bu məqalədə, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin üzvü, Liv Bona Dea Hospitalın həkim onkoloqu Elxan Məmmədov və onkologiya ixtisası üzrə rezident Məmmədli Ağadadaş ağciyər xərçənginin yaranma səbəbləri, klinik əlamətləri və müasir təbabətdə tətbiq olunan yeniliklər, xüsusən də fərdiləşdirilmiş hədəfli yanaşmaları ətraflı şəkildə araşdırıblar.
Ağciyər xərçəngi (AX) dünyada onkoloji xəstəliklər arasında həm insidens, həm də mortalitet baxımından ilk sıralarda dayanır. 2025-ci il GLOBOCAN məlumatlarına görə, ağciyər xərçəngi bütün bədxassəli şişlərin təxminən 11.4%-ni təşkil edir və xərçəngə bağlı ölümlərin əsas səbəbidir. Xəstəlik kişilərdə daha çox rast gəlinir, lakin qadınlarda da siqaret istifadəsinin artması ilə tezlik yüksəlir. İnkişaf etmiş ölkələrdə insidens azalmağa meylli olsa da, inkişaf etməkdə olan regionlarda artmaqda davam edir.
Etiologiyası
Əsas risk faktoru siqaret çəkmədir. Bütün halların 85-90%-i ilə əlaqəlidir. Tütün tüstüsündəki kanserogenlər (benzpirən, nitrozaminlər və s.) bronx epiteli hüceyrələrində DNT zədələnməsi yaradır. Digər etioloji amillərə radon qazı, asbest, dizel tüstüsü, hava çirkliliyi, ionlaşdırıcı radiasiya, genetik meyllilik, irsi pozğunluqlar (EGFR geninin irsi heteroziqot mutasiyası, Li-Fraumeni sindromu, Peutz-Jeghers sindromu) və xronik obstruktiv ağciyər xəstəliyi (AXOX) daxildir. Ağciyər karsinomasının ailə anamnezi (birinci dərəcəli qohumlarda) müvafiq xərçəngin inkişaf riskini 2-3 dəfə artırır.
Patomorfologiyası
Ağciyər xərçəngi histoloji olaraq iki əsas qrupa bölünür: qeyri-kiçik hüceyrəli (AQXHK) və kiçik hüceyrəli (AKHK). AQXHK ümumi halların təxminən 85%-ni təşkil edir və adenokarsinoma, yastıhüceyrəli karsinoma və böyük hüceyrəli karsinomadan ibarətdir. AKHK isə neyroendokrin mənşəlidir, sürətlə böyüyür və metastaz potensialı yüksəkdir. Nadir rast gəlinən növlərindən tüpürcək vəzi tipli karsinoması və sarkomatoid karsinomadır.
Əlamətləri
Erkən mərhələlərdə simptomsuz ola bilər. Ən çox rast gəlinən əlamətlər: öskürək, hemoptiziya, nəfəs darlığı, sinə ağrısı və arıqlamadır. Lokal invaziyalarda səs batması (n. recurrens), disfagiya, vena cava superior sindromu kimi hallar müşahidə oluna bilər. İpsilateral yuxarı ətrafda neyropatik ağrılar (Pancoast şişi) və paraneoplastik sindromlar mümkündür. Metastatik yayılma zamanı sümük ağrıları, qaraciyər disfunksiyası və beyin simptomları yaranır.
Diaqnostikası
İlk addım xəstənin klinik qiymətləndirilməsidir. Uzunmüddətli öskürək, hemoptiziya, sinə ağrısı, dispne və izahsız çəki itkisi şübhəni artıran əsas əlamətlərdir. Risk faktorları, xüsusilə uzun illər siqaret çəkmə tarixi nəzərə alınmalıdır. Radioloji diaqnostika prosesin əsas hissəsidir. İlkin olaraq ağciyər rentgenoqrafiyası aparılsa da, daha dəqiq qiymətləndirmə üçün toraks KT üstünlük təşkil edir. KT şişin ölçüsünü, lokalizasiyasını və limfa düyünlərinə yayılmasını müəyyənləşdirməyə imkan verir. Metastatik yayılımın aydınlaşdırılması üçün PET-CT geniş istifadə olunur. Diaqnozun qəti təsdiqi histopatoloji nəticə ilə aparılır. Bunun üçün bronxoskopiya ilə biopsiya, transtorakal biopsiya və ya EBUS yolu ilə limfa düyünlərindən material götürülə bilər. Alınan nümunədə hüceyrə tipi (adenokarsinoma, yastıhüceyrəli karsinoma və s.) müəyyənləşdirilir.
Müalicəsi
Müalicə histoloji tipə, mərhələyə və molekulyar statusa əsaslanır. Erkən mərhələdə cT1-2N0-1M0 cərrahi rezeksiya əsas yanaşmadır, adjuvant və ya neoadjuvant kemoterapi əlavə oluna bilər. Lokal irəliləmiş mərhələdə kimya+radioterapiya tətbiq olunur. Metastatik xəstələrdə müalicə sistem xarakter daşıyır: platina əsaslı kemoterapi, immunoterapiya (pembrolizumab, nivolumab) və hədəfli müalicələr (EGFR, ALK, ROS1 inhibitorları) istifadə olunur.
Profilaktikası
Ən effektiv profilaktika siqaretdən uzaq durmaqdır. İkincili profilaktika məqsədilə risk qruplarında aşağı doza KT ilə skrininq aparılması tövsiyə olunur. Peşəkar ekspozisiyadan (asbest, radon və s.) qorunma, hava çirkliliyinin azaldılması və sağlam həyat tərzi ağciyər xərçənginin qarşısının alınmasında mühüm rol oynayır.
Bu ay təkcə məlumatlanmaq deyil, həm də həyati vərdişləri dəyişmək üçün çağırışdır. Ağciyər xərçəngi ilə mübarizə yalnız həkimlərin deyil, bütün cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir. Maariflənmə, erkən müayinə vərdişləri və sağlam seçimlər isə bu təhlükənin qarşısını almağın ən real yoludur.
-
Azərbaycan Tibb Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi əməkdaşlığa başlayırƏn çox oxunanlar13 Aprel 2026296
-
Maternal sağlamlıq və hamiləlik ağırlaşmaları üzrə multidissiplinar konfrans keçiriləcəkƏn çox oxunanlar14 Aprel 2026270
-
Talassemiyasız həyat naminə könüllü qanvermə aksiyasıƏn çox oxunanlar14 Aprel 2026168
-
Ürək cərrahiyyəsində inqilab - Professor Hüseyn İncə sinə açılmadan qapaq dəyişdirdiƏn çox oxunanlar11 Aprel 2026166
-
DTX Hərbi Hospitalında prostat xərçənginin erkən diaqnozu üçün yeni texnologiya tətbiq olunduƏn çox oxunanlar10 Aprel 2026148
-
Endokrinoloq: Qan təzyiqini effektiv idarə etməyin ən rasional yolu təbii və balanslaşdırılmış qidalanmadırƏn çox oxunanlar13 Aprel 2026144
-
Evdə fit qalmağın ən effektiv yolu – Yeni fitness videosunu izləyinƏn çox oxunanlar11 Aprel 2026140
-
Körpələr evi işçilərinin əməkhaqları artırıldıƏn çox oxunanlar16 Aprel 2026136
-
Ana sağlamlığına və gələcəyə vurulan ağır zərbə - Selektiv abortƏn çox oxunanlar18 Aprel 2026132
-
Gələcəyin sağlamlığını birlikdə quraq! - “Qadın Sağlamlığı Mərkəzi” İctimai BirliyiƏn çox oxunanlar15 Aprel 2026120
-
Tədris Cərrahiyyə Klinikasının həkimlərindən daha bir uğurlu ortopedik əməliyyatƏn çox oxunanlar10 Aprel 2026118
-
Orqan donorluğu ilə bağlı növbəti maarifləndirici tədbirƏn çox oxunanlar14 Aprel 2026118
-
Azərbaycanlı professor Şanxayda beynəlxalq tibbi platformada ölkəmizi təmsil edibƏn çox oxunanlar09 Aprel 2026114
-
15 aprel – Ekoloji Bilik GünüdürƏn çox oxunanlar15 Aprel 2026106
-
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyasıƏn çox oxunanlar17 Aprel 2026104
-
AMEA-da ABŞ-ın qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndələri ilə görüşƏn çox oxunanlar16 Aprel 2026100
-
Öd yolları və pankreas xəstəliklərində minimal invaziv inqilabi üsuldurƏn çox oxunanlar15 Aprel 202698
-
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilibƏn çox oxunanlar16 Aprel 202696
-
Diabetin sonu? Çin alimləri hər şeyi dəyişə biləcək bir addım atdıƏn çox oxunanlar13 Aprel 202696
-
ÜST rəhbəri İsrailə çağırış etdiƏn çox oxunanlar10 Aprel 202694