Meyit donorlarından götürülən orqanların kimə veriləcəyi Vahid İnformasiya Sistemi vasitəsilə müəyyən olunur. Donor məlumatları daxil edildikdən sonra sistemdə qeydiyyatda olan bütün xəstələrin tibbi göstəriciləri avtomatik analiz edilir və uyğunluğa görə sıralanır. Eyni tibbi şərtlərdə olan xəstələr arasında üstünlük ən uzun müddət gözləyənə verilir.
Azmedinfo.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova lent.az-a müsahibəsində bildirib.
Ekspert buna dair məlumatlarının tam məxfiliyinin qanunla qorunduğunu, donor kimliyinin açıqlanmasının qadağan olduğunu vurğulayıb.
Qeyd edib ki, orqanların saxlanma müddəti orqandan asılı olaraq dəyişir: ürək 4–6 saat, ağciyər 6–8 saat, qaraciyər 10–12 saat, mədəaltı vəzi 12–18 saat, böyrək isə 24–36 saata qədər saxlanıla bilir. Bu səbəbdən orqan nə qədər tez köçürülərsə, transplantasiyanın uğur faizi bir o qədər yüksək olur.
“Hazırda ölkədə 1000-dən çox insan orqan transplantasiyasını gözləyir. Onların sırasında təqribən 360 nəfər böyrək, 150 nəfər qaraciyər, 25 nəfər ürək, 20 nəfər buynuz qişası, 540 nəfər isə sümük iliyi transplantasiyasına ehtiyac duyur. Ən böyük tələbat böyrək və sümük iliyi üzrədir”,- deyə Yeganə Abbasova bildirib.
Ekspert son illər ölkədə orqan donorluğu sahəsində mühüm irəliləyişlərin əldə olunduğunu deyib: “İlk dəfə meyit donordan orqanların götürülməsi, daha sonra region üzrə ilk ürək transplantasiyasının icrası bu sahədə əhəmiyyətli dönüş yaradıb. Donorluğa qeydiyyat ötən illə müqayisədə 8 dəfə artıb”.
Yeganə Abbasova diqqətə çatdırıb ki, orqanlarının köçürülməsi tam ödənişsiz, dövlət hesabına aparılır. Transplantasiya olunan şəxslərin ömür boyu istifadə etdiyi immunosupressiv dərmanların da xərcləri dövlət tərəfindən qarşılanır.
Onun sözlərinə görə, vətəndaşlar ölümündən sonra donor olmaq üçün verdikləri razılığı istənilən vaxt şəxsi kabinetdə dəyişə bilirlər. Qeydiyyat zamanı təmsilçi göstərilir, lakin bu şəxs yalnız məlumatlandırıcı funksiyaya malikdir və qərara təsir edə bilməz.
Ekspert onu da bildirib ki, qanuna əsasən, ölüm sonrası donorluq yalnız beyin ölümü reanimasiyada təsdiqləndiyi halda mümkündür. Qəfil ölüm, evdə və ya xəstəxanadan kənarda baş verən vəfat zamanı orqanların götürülməsi tibbi cəhətdən mümkün olmur.
Yeganə Abbasova sonda qeyd edib ki, bu günə qədər ölkəmizdə meyit donorlardan 42 orqan köçürülüb və bu transplantasiyalar ağır xəstələrin yenidən normal həyata qayıtmasına imkan yaradıb. Donor qeydiyyatında əksər vətəndaşlar bütün orqanlarını bağışlamağa razılıq verirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654