Ürəyin normal ritmindən kənar döyünməsi ilə xarakterizə olunan aritmiyalar, orqanizmin ən həyati mexanizmlərində baş verən ciddi dəyişikliklərin xəbərçisi ola bilər.
Azmedinfo.az Azərbaycan Kardiologiya Cəmiyyətinin məlumatına əsasən xəbər veri ki, bu pozulmalar zamanı ürək çox sürətli, çox yavaş və ya tamamilə nizamsız şəkildə fəaliyyət göstərir. Tibbi praktikada ürək döyüntüsünün dəqiqədə 100-dən çox olması taxikardiya, 60-dan aşağı düşməsi bradikardiya, ən çox rast gəlinən nizamsız ritm isə atrial fibrilyasiya kimi təsnif edilir. Bəzən tamamilə sağlam insanlarda da rast gəlinən "artıq vurğular", yəni ekstrasistollar da bu qrupun bir hissəsidir.
Pasiyentlər adətən ürəkdöyünmə, sinədə "boşluq" və ya "sıçrama" hissi, başgicəllənmə və yorğunluqdan şikayət edirlər, ağır hallarda isə bu vəziyyət qəfil bayılmalara səbəb ola bilir. Bu narahatlıqların kökündə duran səbəblər müxtəlifdir. Bura ürək və tiroid xəstəlikləri ilə yanaşı, elektrolit pozulmaları, stress, yuxusuzluq, həmçinin kofein və enerji içkilərinin həddindən artıq istifadəsi daxildir. Xüsusilə uzun müddət davam edən, tez-tez təkrarlanan və sinə ağrısı və ya təngnəfəsliklə müşayiət olunan ritm pozulmaları həyati təhlükə daşıdığı üçün mütləq həkim nəzarəti tələb edir.
Müalicə prosesi yalnız peşəkar kardioloq tərəfindən aritmiyanın spesifik növü müəyyən edildikdən sonra fərdi qaydada təyin edilir. Unutmaq olmaz ki, hər ürəkdöyünmə mütləq şəkildə patoloji aritmiya hesab edilməsə də, ritm pozulmalarını diqqətdən kənar qoymamaq və vaxtında müayinə olunmaq sağlam gələcəyin rəhnidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261096
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261050
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261022
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261022
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026944
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026926
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026926
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026926
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026918
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026916
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026888
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026880
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026856
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026782
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026758
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026740
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026732