38 həftəlik hamiləlikdən 2430 qram çəki ilə özəl tibb müəssisələrindən birində dünyaya gələn yenidoğulmuş, doğulduqdan dərhal sonra Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinə təxliyə olunub.
Azmedinfo.az xəbər verir ki, aparılan instrumental və laborator müayinələr nəticəsində körpədə anadangəlmə qida borusunun atreziyası və distal traxeoezofageal fistul (nəfəs borusu ilə qida borusu arasında patoloji əlaqə) aşkarlanıb. Təcili tibbi göstəriş əsasında pasiyentə icra olunan sağtərəfli torakotomiya əməliyyatı ilə distal traxeoezofageal fistul ləğv edilib və ezofaqoezofaqostomiya (qida borusunun uclarının bir-birinə tikilməsi) əməliyyatı uğurla həyata keçirilib.
Mürəkkəb cərrahi müdaxilə uşaq cərrahı Umud Musayev tərəfindən icra olunub. Cərrahi briqadanın tərkibində assistent Zülfiyyə Məmmədova və anestezioloq Nailə Səlimova da iştirak ediblər.
Əməliyyatdan sonra körpənin müalicəsi Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində, şöbə müdiri Xuraman Məmmədovanın rəhbərliyi və reanimatoloq Sevinc Nəbiyevanın birbaşa nəzarəti altında intensiv şəkildə davam etdirilib.
Postoperativ dövrdə aparılan nəzarət kontrast müayinəsi zamanı anastomoz (birləşmə) nahiyəsində hər hansı sızma qeydə alınmayıb. Vəziyyəti stabilləşən körpə 29 iyun 2026-cı il tarixində Uşaq Cərrahiyyəsi şöbəsinə köçürülüb. Hazırda tam enteral (təbii yolla) qidalanan körpədə qusma halları yoxdur və ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Körpənin valideynləri övladlarının yenidən sağlamlığına qovuşmasında əməyi keçən bütün həkim heyətinə və tibb personalına göstərilən yüksək peşəkarlıq, diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261096
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261050
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261022
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261022
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026944
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026926
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026926
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026926
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026918
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026916
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026888
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026880
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026856
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026782
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026758
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026740
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026732