Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 08:27
Əlaqə vasitələri
Bizimlə əlaqə
Erkən diaqnoz parazitar və infeksion xəstəliklərin gedişatını tam dəyişə bilər
18 Sentyabr 2026
96
Erkən diaqnoz parazitar və infeksion xəstəliklərin gedişatını tam dəyişə bilər

Parazitar və infeksion xəstəliklər əksər hallarda gizli inkişaf edərək ilkin mərhələdə adi narahatlıq və ya halsızlıq təsiri bağışlasa da, vaxtında tədbir görülmədikdə ciddi fəsadlara səbəb ola bilər.

 

Azmedinfo.az xəbər verir ki, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri, həkim-infeksionist Elvira Əliyevanın sözlərinə görə, bu cür xəstəliklər çox vaxt yorğunluq, iştahasızlıq, qarın nahiyəsində ağrılar və ümumi zəiflik kimi qeyri-spesifik əlamətlərlə özünü büruzə verir və bu halları əsla adi qarşılamaq olmaz.

Həkim bildirir ki, xüsusilə uşaqlarda və risk qrupuna daxil olan şəxslərdə mütəmadi laborator nəzarət və müayinələr vacibdir:

“Uzun illərin klinik təcrübəsi göstərir ki, erkən diaqnoz və düzgün yanaşma xəstəliyin gedişatını tam dəyişə bilər. Problemin başlanğıc mərhələdə aşkarlanması həm müalicə prosesini asanlaşdırır, həm də mümkün ağırlaşmaların qarşısını vaxtında alır.”

Mütəxəssis əlavə edir ki, sağlamlığı gecikdirmədən ilkin əlamətlər müşahidə olunduqda mütəxəssisə müraciət etmək vacibdir.

Ən çox oxunanlar