Yarım kəskin (subakut) tiroidit, De Quervain tiroiditi və ya digər bir deyişlə granulomatoz, nəhəng hüceyrəli tiroiditi kimi də, adlanır. Bu xəstəlik, ilk dəfə 1904-cü ildə Fritz De Quervain tərəfindən qalxanabənzər vəzidə nəhəng hüceyrələrin və qranulomaların tapılması ilə tanınmışdır.
Xəstəlik adətən üst tənəffüs yollarının viruslarla iltihabını və bunu təqibən, boyun bölgəsində tiroid vəzi üzərində inkişaf edən şiddətli ağrı ilə özünü göstərən, qalxanabənzər vəzin iltihabı xəstəliyidir. Subakut tiroidit əsasən gənc və orta yaşlı insanlarda daha çox rast gəlinir. Qadınlarda kişilərə nisbətən 3-4 qat daha artıq rast gəlinir. Rast gəlmə tezliyi təxminən 5/100.000-dir. Ağrılı zob (subakut tiroidit) xəstəliyi viral infeksiyalar zamanı və yaxud postviral iltihaba cavab reaksiyasının nəticəsi kimi ortaya çıxır.Anamnezdə adətən xəstəliyin simptomları görüldükdən 2-8 həftə öncə keçirilmiş üst tənəffüs yolları infeksiyası mövcuddur. Bu əlaqə, viral antigenin makrofaqlardakı HLA-B35 molekuluna birləşərək T-hüceyrələri aktiv etməsi və tiroid follikul hüceyrələrində destruksiyaya səbəb olması ilə bağlı olduğu düşünülür. 2009-cu ildə H1N1 virusu pandemiyası zamanı da, subakut tiroiditlə xəstələnmə sayında artış olduğu göstərilmişdir. Hal-hazırda 2020-ci ildə Covid-19 pandemiyası zamanı biz həkimlər tərəfindən subakut tiroiditlə xəstələnmə sayında artış müşahidə etməkdəyik.
Klinikası: Xəstəliyin ən tipik əlamətləri, boyunda qalxanabənzər vəzi bölgəsində şiddətli ağrı, yüksək həssaslıq və sərtlikdir. Ağrı əsasən boyunun bir tərəfindən başlayır, daha sonra digər tərəflərinə yayılsa da, bir tərəfdə daha şiddətli olur. Bəzən də, bir tərəfdə ağrı azalarkən, digər tərəfində ağrı davam edə bilir. Ağrılı zob (subakut tiroidit) zamanı ağrı çox şiddətli olur və adətən, çənəyə, dişlərə, qulağa yayıla bilir. Udqunma zamanı çətinlik, öskürək, baş-boyunda hərəkət məhdudluğu, əllə toxunma və geyimlə təması zamanı ağrı müşahidə oluna bilər. Xəstələrin bir hissəsində, ağrının inkişafından günlər ya da, həftələr əvvəl keçirilmiş üst tənəffüs yollarıın viral infeksiyası heykayəsi mövcud olur. Xəstələrin çoxunda, halsızlıq, iştahasızlıq, sümük, oynaq və əzələ ağrıları, üşütmə, titrəmə və subfebril hərarət kimi əlamətləri də, vardır. Bu cür xəstələr adətən üst tənəffüs yollarının digər kəskin iltihabi xəstəlikləri ilə qarışıdırılır və yalnışlıqla uzun müddət antibiotik müalicəsi qəbul edirlər. Antibiotik müalicəsinin faydası olmur, şikayətlər davamlı və tipikdir.
Xəstəliyin klinik gedişatına görə əsasən 3 mərhələ müşahidə edilir.
- İlk dövrlərdə tiroid hüceyrələrinin destrukiyasına bağı olaraq, tiroid hormonlarının qan dövranına qarışması nəticəsində tiroid hormon (Tg, sərbəst T4 və sərbəst T3) çoxluğu səbəbindən müvəqqəti xəstələrdə hipertireoid əlamətləri (taxikardiya, tərləmə və s. kimi) müşahidə olunur.
- Destruksiyanın azalması ilə müşahidə olunan bu mərhələdə qanda tiroid hormonları azalmağa başlayır və tirotoksikoza bənzər şikayətləri azalır.
- Bu mərhələdə destruksiya tam dayanır və qanda tiroid hormonları normaya düşür və xəstə eutiroid vəziyyətdə yəni tam sağalır. Ümumilikdə hər mərhələ təxminən 1 ay davam edir və xəstəliyin tam sağalması 2-3 ay çəkir.
Ağrılı zob (subakut tiroidit) qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Düzgün müalicə sonrası tiroid vəzi özünün funksiyasını bir müddət sonar tam bərpa edir, lakin 5-10 % hallarda vəzidə hipofunksiya əmələ gəlir və vəzidə baş verən hormon əskikliyi (hipotiroid) qalıcı ola bilməkdədir. Tiroid hormonu əskikliyi inkişaf edən faktlarda daha sonra, halsızlıq, yorğunluq, kilo alma, dəri quruluğu, üşümə, qəbizlik, unutqanlıq kimi əlamətlər görülə bilməkdədir.
SUBAKUT TİROİDİTDƏ (DE QUERVAİN TİRODİTİ) LABORATORİYA TESTLƏRİ NECƏDİR?
Bu faktlarda qanda sedimentasiya yüksəkliyi çox tipiktir. Xəstələrin əksəriyyətində sedimentasiya dəyəri 50-100 mm/saat civarıdır. Leykosit (WBC) və CRP də, artış izlənə bilər. Qanda tiroid hormonları (sərbəst T3, sərbəst T4) səviyyələri yüksək, TSH səviyyəsi isə aşağı olaraq müəyyən olunur, eləcə də tiroglobulin səviyyəsi yüksək ola bilər.
Dr. Fuad Əliyev
Zob həkimi

-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654